Məhkəmə qərarları › İş №2(006)-2966/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2966/2021

01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2966/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X2 25.03.1957-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda anadan olmuşdur. Anası Bakı şəhəri, Xəzər rayonu, Albalılıq Şərqi küçəsi, ev 25 ərizəçi ilə birlikdə yaşamışdır. X2 29.12.2020-ci il tarixdə COVİD-19 (koronovirus) xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının ramana qəsəbəsi üzrə nümayəndəliyinin 103 saylı, 10.03.2021-ci il tarixli arayışına əsasən X4 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən kənd qəbristanlığında dəfn olunması faktı təsdiq edilmişdir. Anasının ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə Bakı şəhəri Maraqlı şəxsnə rəsmi müraciət etmişdir. Lakin şöbə anasının ölümünü təsdiq edən həkim tibbi arasınının olmaması səbəbindən şəhadətnamənin verilməsindən 05/Q-524/75 saylı, 10.03.2021-ci il tarixli imtina məktubu vermişdir. Göstərilənlərə əsasən, 25.03.1957-ci il təvəllüdlü X2nın 29.12.2020-ci il tarixdə Covid-19 (koronovirus) xəstəliyindən Bakı şəhərində vəfat etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, mərhum onun anasıdır. Dəfn mərasimində iştirak etmişdir. Ölüm haqqında şəhadətnaməni ala bilmədiklərini demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X5 25.03.1957-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarında olan 14.07.1998-ci il tarixli, XXİ-JQ № 328628 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Ərizəçi xx.xx.1981-cı ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, ata qrafasında X12, ana qrafasında X6 göstərilmişdir. Mülki işdə olan 29.12.2020-ci il tarixdə Təcili və X8 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsində və müşayiət vərəqəsində göstərilmişdir ki, X3 12:15-də onun yanına gəldikdə artıq vəfat etmiş və onun meyiti aşkar edilmişdir, Covid-19 pozitivdir. İş materiallarındakı Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 10.03.2021-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 10.03.2021-ci il tarixli, 103 saylı arayışından görünür ki, X1 rayonu, Ramana qəsəbəsində yerləşən kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, baş daşı üzərində “X5 24.03.1957 - 29.12.2020” yazılar qeyd edilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X2 29 dekabr 2020-ci il tarixdə vəfat etmiş və Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən kənd qəbirstanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə ölüm faktının müəyyən edilməsi hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə yalnız şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Ölümün səbəbi isə tibb orqanlar tərəfindən müəyyən edildiyi üçün məhkəmə tərəfindən həmin faktın müəyyən edilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə ölümün səbəbi hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi 25 mart 1957-ci il təvəllüdlü X2nın 29 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi 25 mart 1957-ci il təvəllüdlü X2nın 29 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar