Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2995/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.06.2019-cu il tarixli, 00702725 saylı müqaviləyə əsasən İMEİ Kodu **********23024 olan “Samsung Galaxy A10” markalı telefon üçün 83 (səksən üç) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 19.10.2019-cu il tarixli, 00990900 saylı müqaviləyə əsasən İMEİ Kodu **********13362 olan “Xiaomi Redmi 7A” markalı telefon üçün 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla ümumilikdə 316 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 336 manat pul vəsaitinin Cavabdeh iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı «xxxx» MMC arasında bağlanmış 05.06.2019-cu il tarixli, 00702725 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 370 (üç yüz yetmiş) manat (9 ay x 41 manat + 1 manat ilkin ödəniş) İMEİ Kodu **********23024 olan «Samsung Galaxy A10» markalı telefon üçün ümumilikdə 91 (doxsan bir) manat olmaqla ondan 83 (səksən üç) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat (0.41 manat x 60 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 8 (səkkiz) manat cərimə, 19.10.2019-cu il tarixli, 00990900 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 300 (üç yüz) manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********13362 olan “Xiaomi Redmi 7A” markalı telefon üçün ümumilikdə 225 (iki yüz iyirmi beş) manat olmaqla ondan 205 (iki yüz beş) manat ödənilməmiş hissə, cərimə 60 manat (0.25 manat x 240 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 20 (iyirmi) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 382 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: 05.06.2019-cu il tarixli, 00702725 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, «xxxx» MMC ümumi dəyəri 370 manat təşkil edən İMEİ Kodu **********23024 olan «Samsung Galaxy A10» markalı telefon üçün 1 manat ilkin ödənişlə, 9 ay müddətinə, hər ay 41 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 19.10.2019-cu il tarixli, 00990900 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, «xxxx» MMC ümumi dəyəri 300 manat təşkil edən İMEİ Kodu **********13362 olan «Xiaomi Redmi 7A» markalı telefon üçün 0 manat ilkin ödənişlə, 12 ay müddətinə, hər ay 25 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 25.02.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 05.06.2019-cu il tarixli və 19.10.2019-cu il tarixli müqavilələrə əsasən Cavabdeh ümumilikdə iddiaçı “xxxx” MMC-yə ümumilikdə 316 (üç yüz on altı) manat borcu vardır. 03.08.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, «xxxx» MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 30.12.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1978-cı il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. 26.02.2021-ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05.06.2019-cu il tarixli, 00702725 saylı əşyanın alqısatqısına dair müqaviləyə əsasən “xxxx” MMC əşyanı 1 manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 9 ay müddətinə aylıq 41 manat ödəniş etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir.19.10.2019-cu il tarixli 00990900 saylı əşyanın alqı-satqısına dair müqaviləyə əsasən “xxxx” MMC əşyanı 0 manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 12 ay müddətinə aylıq 25 manat ödəniş etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir.İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləğləri cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 05.06.2019-cu il tarixli, 00702725 saylı müqavilə üzrə İMEİ Kodu **********23024 olan “Samsung Galaxy A10” markalı telefon üçün 83 (səksən üç) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 19.10.2019-cu il tarixli, 00990900 saylı müqavilə üzrə İMEİ Kodu **********13362 olan “Xiaomi Redmi 7A” markalı telefon üçün 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə 316 (üç yüz on altı) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 05.06.2019-cu il tarixli, 00702725 saylı müqavilə üzrə İMEİ Kodu **********23024 olan “Samsung Galaxy A10” markalı telefon üçün 83 (səksən üç) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 19.10.2019-cu il tarixli, 00990900 saylı müqavilə üzrə İMEİ Kodu **********13362 olan “Xiaomi Redmi 7A” markalı telefon üçün 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə 316 (üç yüz on altı) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2995/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2995/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver