Məhkəmə qərarları › İş №2(006)-2999/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2999/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməs
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2999/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə və Cavabdeh2 qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə və Cavabdeh2 qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Mikayıl Müşfiq küçəsində 04 aprel 2022-ci il tarixdə, saat 13:50 radələrində Cavabdeh2 idarə etdiyi, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən sığortalanmış “HYUNDAİ SANTA FE MİNİK” markalı, **- FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən manevr qaydaları pozulmuş və İddiaçı məxsus və idarə etdiyi “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşını arxa hissəsindən vurmuşdur. Faktla bağlı olaraq, Bakı şəhəri DYPİ əməkdaşı, YPX baş inspektoru, polis kapitanı X2 xx.xx.2022-ci il tarixli, ******* saylı İnzibati Xəta haqqında iş üzrə qərar qəbul edərək “HYUNDAİ SANTA FE MİNİK” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati məsuliyyətə cəlb etmişdir. Qəza nəticəsində iddiaçının yeni əldə etdiyi avtomobilə çox ciddi maddi ziyan dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən № BS-C-22/1843 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda və "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən № BS-C-22/1928 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda İddiaçı məxsus və idarə etdiyi “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və dəymiş ziyan 768 (yeddi yüz altmış səkkiz) manat məbləğində qiymətləndirilmişdir. İddiaçı nəqliyyat vasitəsinə sığorta şirkəti tərəfindən dəymiş ziyanla razılaşmayaraq yenidən hesablanmasını xahiş etmişdir. Sonradan sığorta şirkəti aktlaşdıraraq yenidən ekspertiza keçirmiş və dəymiş ziyan qaldırılaraq 860 (səkkiz yüz altmış) manat müəyyən edilmişdir. Bu günə kimi İddiaçı məxsus və idarə etdiyi “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilməmiş və zərərin aradan qaldırılması üçün heç bir addım atılmamışdır. İddiaçı ona məxsus və idarə etdiyi “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yenicə olaraq, 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində yerləşən rəsmi “MİTSUBİSHİ MOTORS” salonundan əldə etmişdir. İddiaçının müraciəti əsasında, “MİTSUBİSHİ MOTORS”-un Azərbaycanda rəsmi nümayəndəsi olan "xxxx" MMC tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən iddiaçıya məxsus və idarə etdiyi “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2242,80 manat məbləğində ziyan dəymişdir. Göstərilənlərə əsasən, “HYUNDAİ SANTA FE MİNİK” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən qəza törədilməsi nəticəsində İddiaçı məxsus və idarə etdiyi “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyan 2242,80 manat, əlavə olaraq dövlət rüsumunun və digər xərclərə görə ödənilmiş 1000 manat məbləğində pulun, cəmi 3242,80 manat pulun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “HYUNDAİ SANTA FE MİNİK” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən qəza törədilməsi nəticəsində İddiaçı məxsus və idarə etdiyi “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyan 2000,01 manat, əlavə olaraq dövlət rüsumunun və digər xərclərə görə ödənilmiş 1000 manat məbləğində pulun, cəmi 3000 manat pulun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, "HYUNDAİ SANTA FE MİNİK” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan “Avtoservis” tərəfindən verilmiş qüsur aktının surətindən görünür ki, “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 768 manat ziyan dəymişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə işindən görünür ki, “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1063 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən yol-nəqliyyat hadisəsinin sənədləşdirilməsi ilə bağlı (hüquqi yardım) 1000 manat pul ödənilmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli, 9/5555 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2021-ci il buraxılışlı, “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **- NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən, dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1844 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti 974 manat, təmir-bərpa işlərinin qiyməti 870 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1805 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti 935 manat, təmir-bərpa işlərinin qiyməti 870 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 60 manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04 aprel 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə 2000,01 manat pulu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, 2021-ci il buraxılışlı, “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən, dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1844 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti 974 manat, təmir-bərpa işlərinin qiyməti 870 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1805 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti 935 manat, təmir-bərpa işlərinin qiyməti 870 manat məbləğində ziyan dəyməsi müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Belə olan halda, iddiaçının avtomobilinə vurulmuş zərərə görə 2000,01 manat pul tələb etməsi əsassızdır. Məhkəmə hesab edir ki, avtomobilin 2021-ci il buraxılışlı olmasını nəzərə alaraq vurulmuş zərərin məbləği dəyişilməli hissələrin qiymətinə köhnəlmə faizi nəzərə alınmaqla müəyyənləşdirilmiş 1805 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, “Avtoservis” və "xxxx" MMC tərəfindən qüsur aktlarında göstərilmiş məbləğlər (768 manat və 1063 manat) yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş avtomobilin hazırki vəziyyəti nəzərə alınmaqla həmin avtomobilin bərpa olunması üçün kifayət deyildir. Həmçinin, qeyd olunmalıdır ki, qəzaya səbəb olan avtomobil “HYUNDAİ SANTA FE MİNİK” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin mülki məsuliyyəti sığorta şirkətində 5000 (beş min) manatadək məbləğə sığortalanmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin 1805 manat müəyyən edilməsi, qəzaya səbəb olan avtomobilin sözügedən sığorta şirkətində 5000 (beş min) manatadək məbləğə sığortalanması nəzərə alınmaqla, "xxxx" ASC-dən 1805 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, tələb digər cavabdehə münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “digər xərclərə görə (hüquqi yardım) ödənilmiş 1000 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, digər xərclərin (hüquqi yardım) əvəzi kimi 500 (beş yüz) manat iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi ziyana görə 1805 (bir min səkkiz yüz beş) manat, digər xərclərə görə 500 (beş yüz) manat və ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2359 (iki min üç yüz əlli doqquz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə və digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat cavabdeh "xxxx" ASC-dən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə və Cavabdeh2 qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi"nə tələbi dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi ziyana görə 1805 (bir min səkkiz yüz beş) manat, digər xərclərə (hüquqi yardıma) görə 500 (beş yüz) manat və ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2359 (iki min üç yüz əlli doqquz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə və digər Cavabdeh2 münasibətdə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat cavabdeh "xxxx" ASC-dən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar