Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3076/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, iddiaçı ”İddiaçı” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********47589 olan Samsung Galaxy A6 markalı telefon, 2 ədəd aksesuar üçün 165 manat ödənilməmiş hissə, 16 manat cərimə 12.04.2019-cu il tarixli müqaviləsinə əsasən Apple markalı qulaqlıq üçün 270 manat ödənilməmiş hissə, 27 manat cərimə , ümumilikdə 478 manat borc, 20 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 498 manat Cavabdeh alınaraq ”İddiaçı” MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 14.12.2018-ci il və 12.04.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********47589 olan Samsung Galaxy A6 markalı telefon, 2 ədəd aksesuar və Apple markalı qulaqlıq almış və nəticədə 478 (dörd yüz yetmiş səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 890 (səkkiz yüz doxsan) manat (12 ay x 74 manat + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********47589 olan Samsung Galaxy A6 markalı telefon, 2 ədəd aksesuar üçün ümumilikdə 181 (yüz səksən bir) manat olmaqla ondan 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, cərimə 44 manat (0.74 manat x 60 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 16 (on altı) manat cərimə; Cavabdeh 14.12.2018ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********47589 olan Samsung Galaxy A6 markalı telefonu 28.12.2019-cu il tarixində geri qaytarmış və məhsul 221 manat qiymətləndirilib borcundan silinmişdir.12.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 504 (beş yit dörd) manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) Apple markalı qulaqlıq üçün ümumilikdə 297 (iki yüz doxsan yeddi) manat olmaqla ondan 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, cərimə 88 manat (0.42 manat x 210 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 27 (iyirmi yeddi)) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 959 manat təşkil edir. Qeyd olunanlara əsasən, 14.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********47589 olan Samsung Galaxy A6 markalı telefon, 2 ədəd aksesuar üçün 165 manat ödənilməmiş hissə, 16 manat cərimə, 12.04.2019-cu il tarixli müqaviləsinə əsasən Apple markalı qulaqlıq üçün 270 manat ödənilməmiş hissə, 27 manat cərimə, ümumilikdə 478 manat borc, 20 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 498 manat Cavabdeh alınaraq ”İddiaçı” MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə mövcuddur və tələb MPM-nin 284-1-ci maddəsinə uyğundur. Ərizə icraata qəbul edilmiş və Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat icraatında baxılmışdır. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh, «xxxx» MMC ilə 14.12.2018-ci il və 12.04.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********47589 olan Samsung Galaxy A6 markalı telefon, 2 ədəd aksesuar və Apple markalı qulaqlıq almış və nəticədə 478 (dörd yüz yetmiş səkkiz) manat borc yaranmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.12.2018-ci il və 12.04.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********47589 olan Samsung Galaxy A6 markalı telefon, 2 ədəd aksesuar və Apple markalı qulaqlıq almış və nəticədə 478 (dörd yüz yetmiş səkkiz) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 890 (səkkiz yüz doxsan) manat (12 ay x 74 manat + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********47589 olan Samsung Galaxy A6 markalı telefon, 2 ədəd aksesuar üçün ümumilikdə 181 (yüz səksən bir) manat olmaqla ondan 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, cərimə 44 manat (0.74 manat x 60 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 16 (on altı) manat cərimə;Cavabdeh 14.12.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********47589 olan Samsung Galaxy A6 markalı telefonu 28.12.2019-cu il tarixində geri qaytarmış və məhsul 221 manat qiymətləndirilib borcundan silinmişdir.12.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 (beş yit dörd) manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) Apple markalı qulaqlıq üçün ümumilikdə 297 (iki yüz doxsan yeddi) manat olmaqla ondan 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, cərimə 88 manat (0.42 manat x 210 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 27 (iyirmi yeddi)) manat cərimə borcu hesablanmışdır . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 429.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Əgər alıcı alğısatqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 600-cı maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 14.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********47589 olan Samsung Galaxy A6 markalı telefon, 2 ədəd aksesuar üçün 165 manat ödənilməmiş hissə, 16 manat cərimə12.04.2019-cu il tarixli müqaviləsinə əsasən Apple markalı qulaqlıq üçün 270 manat ödənilməmiş hissə, 27 manat cərimə , ümumilikdə 478 manat borc, 20 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 498 manat Cavabdeh alınaraq ”İddiaçı” MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 367.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia tələbi təmin edilsin. 14.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********47589 olan Samsung Galaxy A6 markalı telefon, 2 ədəd aksesuar üçün 165 manat ödənilməmiş hissə, 16 manat cərimə 12.04.2019-cu il tarixli müqaviləsinə əsasən Apple markalı qulaqlıq üçün 270 manat ödənilməmiş hissə, 27 manat cərimə Ümumilikdə 478 manat borc, 20 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 498 manat Cavabdeh alınaraq ”İddiaçı” MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3076/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3076/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver