Məhkəmə qərarları › İş №2(006)-3191/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3191/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3191/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi barədə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi barədə » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada xəbardarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı və cavabdehlər məhkəməyə barışıq sazişini ünvanlayaraq, aralarında yaranmış mübahisənin 26.07.2021ci il tarixli barışıq sazişi ilə həll edildiyini bildirmişlər, sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəməyə ünvanlanmış 26.07.2021-ci il tarixli barışıq sazişindən görünür ki, barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılaşırlar ki: 1) Cavabdeh1 26.07.2021-cil tarixə əsas borc üzrə 10048.52 (on min qırx səkkiz manat, əlli iki qəpik) manat,faiz borcu üzrə 4305,38 ( dörd min üç yüz beş manat, otuz səkkiz qəpik) manat, cəmi 14353.90 (ondörd min üç yüz əlli üç manat doxsan qəpik) manat borcu 05.11.2019-cu il tarixli 2782/19 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətin bitmə tarixinə qədər,yəni 05.11.2022-cil tarixədək,yuxarıda qeyd edilmiş 14353.90 manat məbləğində pulu ödəniş qrafikinə əsasən hər ay 897.11 (səkkiz yüz doxsan yeddi manat,on bir qəpik) manat olmaqla 05.08.2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürür. 2) X2 (AZE 13433250; 04.04.2013-cü Füzuli RPŞ tərərfindən verilmiş) İddiaçı BOKT ASC ilə 2782/19 saylı kredit müqaviəsi üzrə zaminlik müqaviəsi bağlamaqla kreditin gecikdirilməsinə görə kredit götürən Cavabdeh1 ilə bərabər öhdəlik götürür. 3)İddiaçı BOKT ASC ilə 2782/19 saylı kredit müqaviəsi üzrə 26.07.2021-cil il tarixə olan 137.43 (bir yüz otuz yeddi manat,qırx üç qəpik) manat cərimə borcunu Cavabdeh1 öğluna güzəşt edir. 4) 05.08.2021-ci il tarixdən hər ay ödənişlər yeni ödəniş qrafikinə əsasən 897.11 (səkkiz yüz doxsan yeddi manat,on bir qəpik) manat olmaqla Cavabdeh1 tərəfindən ödənilir. 5) İddiaçı BOKT ASC barışıq sazişinin şərtlərinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olan mülki iş üzrə icraata xitam verilməsi barədə müraciət etməyi üzərinə götürür. 6) Ödəniş qrafikinə əsasən müəyyən edilmiş məbləğ Cavabdeh1 tərəfindən gecikdirilərsə,Nəsimi Rayon Məhkəməsinin icraatında olan hazırkı tələb və tərəflər arasında olan predmet üzrə mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad ləğv olunur və barışıq sazişinin şərtlərinə xitam verilməklə mülki işin baxılması davam etdirilir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini qismən təsdiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Sazişin 5 və 6-cı maddələri məhkəmə qaydasında təsdiq edilməli predmet deyildir. Qeyd olunan sazişin 6-cı bəndi qərardad qanuni qüvvəyə mindikdən sonra icra olunmazsa icra mərhələsində həll edilməsi məsələdir. Məhkəmə sazişin 5-ci bəndi ilə bağlı isə qeyd edir ki, İddiaçı BOKT artıq məhkəməyə sazişin təsdiq edilməsi ilə bağlı müraciət etdiyindən, yenidən sazişin qeyd olunan hissəsinin təsdiq edilməsinə zərurət qalmamışdır. Odur ki, sazişin qismən təmin edilərək 5 və 6-ci bəndələri təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «hesablanmış borcun qanunsuz hesab edilməsi və silinməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 04 aprel 2019-cu il tarixli barışıq sazişi qismən təmin edilərək aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh1 26.07.2021-cil tarixə əsas borc üzrə 10048.52 (on min qırx səkkiz manat, əlli iki qəpik) manat,faiz borcu üzrə 4305,38 ( dörd min üç yüz beş manat, otuz səkkiz qəpik) manat,cəmi 14353.90 (ondörd min üç yüz əlli üç manat doxsan qəpik) manat borcu 05.11.2019-cu il tarixli 2782/19 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətin bitmə tarixinə qədər,yəni 05.11.2022-cil tarixədək,yuxarıda qeyd edilmiş 14353.90 manat məbləğində pulu ödəniş qrafikinə əsasən hər ay 897.11 (səkkiz yüz doxsan yeddi manat,on bir qəpik) manat olmaqla 05.08.2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürür.

2. X2 (AZE 13433250; 04.04.2013-cü Füzuli RPŞ tərərfindən verilmiş) İddiaçı BOKT ASC ilə 2782/19 saylı kredit müqaviəsi üzrə zaminlik müqaviəsi bağlamaqla kreditin gecikdirilməsinə görə kredit götürən Cavabdeh1 ilə bərabər öhdəlik götürür.

3. İddiaçı BOKT ASC ilə 2782/19 saylı kredit müqaviəsi üzrə 26.07.2021-cil il tarixə olan 137.43 (bir yüz otuz yeddi manat,qırx üç qəpik) manat cərimə borcunu Cavabdeh1 öğluna güzəşt edir.

4. 05.08.2021-ci il tarixdən hər ay ödənişlər yeni ödəniş qrafikinə əsasən 897.11 (səkkiz yüz doxsan yeddi manat,on bir qəpik) manat olmaqla Cavabdeh1 tərəfindən ödənilir. Barışıq Sazişin digər hissələri olan 5 və 6-cı bəndlərinin təsdiq edilməsindən imtina edilsin. İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi barədə» tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar