Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3291/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı Kərimova (Niyazova) Leyla Əbdülkərim qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kərimova (Niyazova) Leyla Əbdülkərim qızı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-4253/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə 11.08.2014-cü il təvəllüdlü X4 xeyrinə müəyyən edilmiş 154 manat alimentin miqdarının artırılaraq, hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 02.11.2013-cü il tarixdə nikah bağlanmış, birgə nikahdan 11.08.2014-cü il təvəllüdlü X6 doğulmuş, sonradan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4253/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, uşağın anasının yanında qalması və 25.06.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh alimenti vaxtı-vaxtında ödəyir. Lakin tutulan aliment məbləği uşağın xərcinin cüzi bir hissəsini əhatə etdiyinə görə və cavabdehin hazırda “xxxx” Şirkətində proqramçı vəzifəsində çalışdığına görə 154 manat məbləğində müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsi xahiş edilmişdir. İddiaçı Kərimova (Niyazova) Leyla Əbdülkərim qızı məhkəməyə ərizə göndərərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Nəsimi rayon VVADQ tərəfindən verilmiş 02 noyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, 885031 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 02.11.2013-cü il tarixdə Bakı şəhərində nikah bağlamış və bu barədə akt qeydləri kitabında 02.11.2013-cü il tarixdə 836 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş 11 sentyabr 2014-cü il tarixli, AZ-İV seriyalı, № 322616 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 11.08.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11.09.2014-cü il tarixdə 4305 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçı Əbdulkərim qızıdır Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli, 2(006)-4253/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında 02 noyabr 2013-cü il tarixdə bağlanmış nikahın pozulması və tərəflərin birgə nikahlarından anadan olmuş 11.08.2014cü il təvəllüdlü X6 anası X1 yanında qalması və onun yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh 25.06.2018-ci il tarixdən başlayaraq, hər ay 154 (bir yüz əlli dörd) manat məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. 22.06.2018-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1983-cü il tarixdə Gürcüstan Respublikası, Saqareco rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 11.08.2014-cü il təvəllüdlü X6 üçün 154 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(006)-4253/2018 saylı qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2021-ci il üçün uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, 11.08.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(006)-4253/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Kərimova (Niyazova) Leyla Əbdülkərim qızına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 11.08.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(006)-4253/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Kərimova (Niyazova) Leyla Əbdülkərim qızına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3291/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3291/2021
07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver