Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3335/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMCnin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 02.05.2019-cu il, 11.10.2019-cu il və 18.12.2019-cu il, 30.01.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********98891 olan Xiaomi Redmi 7 markalı telefon, Philips markalı blender, İMEİ Kodu **********33866 olan Samsung galaxy A10 markalı telefon, İMEİ Kodu **********02639 olan BQ- 2825 Disco Boom markalı telefon almış və nəticədə 529 (beş yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********98891 olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə,42 (qırx iki) manat olmaqla ondan, 39 (otuz doqquz) manat ödənilməmiş hissə, 9 manat cərimə (30 gün x 0.32 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pezmuş və nəticədə 11.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 181 (yüz səksən hir) manat (12 ay x 15 manat + / manat ilkin ödəniş) Philips markalı blender üçün ümumilikdə, 67 (altmış yeddi) manat olmaqla ondan 61 (altmış bir) manat ödənilməmiş hissə, 18 manat cərimə (120 gün x 0.15 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 369.6 (üçyüz altmış doqquz manat altmış qəpik) manat (12 ay x 30.8 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********33866 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 338 (üç yüz otuz səkkiz) manat olmaqla ondan, 308 (üç yüz səkkiz) manat ödənilməmiş hissə, 90 manat cərimə (300 gün x 0.30 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 30 (otuz) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 90 (doxsan) manat (6 ay x 15 manat () manat ilkin ödəniş) İMEİ Kodu **********02639 olan BQ-2825 Disco Boom markalı telefon üçün ümumilikdə, 82 (səksən iki) manat olmaqla ondan. 75 (yetmiş beş) manat ödənilməmiş hissə, 22 manat cərimə (150 gün x 0.15 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 541.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən 02.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********98891 olan Xiaomi Redmi 7 markalı telefon üçün 39 (otuz doqquz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; 11.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips markalı blender üçün 61 (altmış bir) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə; 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********33866 olan Samsung galaxy A10 markalı telefon üçün 308 (üç yüz səkkiz) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə; 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********02639 olan BQ- 2825 Disco Boom markalı telefon üçün, 75 (yetmiş beş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 529 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 559 manat Cavabdeh alınaraq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cu il tarixli, 00640981 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ Kodu **********98891 olan Xiaomi Redmi 7 markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli, 00973742 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» Philips markalı blenderi Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 18.12.2019-cu il tarixli, 01135093 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ Kodu **********33866 olan Samsung galaxy A10 markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 30.01.2020-ci il tarixli, 20070079 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ Kodu **********33866 olan İMEİ Kodu **********02639 olan BQ- 2825 Disco Boom markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 06 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 17 mart 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə 02.05.2019-cu il tarixli müqavilə üzrə 39 manat ödənilməmiş məbləğ, 3 manat cərimə borcu olmaqla, cəmi 42 manat; 11.10.2019-cu il tarixli müqavilə üzrə 61 manat ödənilməmiş məbləğ, 6 manat cərimə borcu olmaqla, cəmi 67 manat; 18.12.2019-cu il tarixli müqavilə üzrə 308 manat ödənilməmiş məbləğ, 30 manat cərimə borcu olmaqla, cəmi 338 manat; 30.01.2020-ci il tarixli müqavilə üzrə 75 manat ödənilməmiş məbləğ, 7 manat cərimə borcu olmaqla, cəmi 529 manat borcu vardır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış 09.11.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cu il, 11.10.2019-cu il və 18.12.2019-cu il, 30.01.2020-ci il tarixli müqavilələrinə əsasən «xxxx» MMC İMEİ Kodu **********98891 olan Xiaomi Redmi 7 markalı telefon, Philips markalı blender, İMEİ Kodu **********33866 olan Samsung galaxy A10 markalı telefon, İMEİ Kodu **********02639 olan BQ-2825 Disco Boom markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissəhissə müvaqfiq olaraq 12 ay və 06 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun «xxxx» MMC-yə 02.05.2019-cu il tarixli müqavilə üzrə 39 manat ödənilməmiş məbləğ, 3 manat cərimə borcu olmaqla, cəmi 42 manat; 11.10.2019-cu il tarixli müqavilə üzrə 61 manat ödənilməmiş məbləğ, 6 manat cərimə borcu olmaqla, cəmi 67 manat; 18.12.2019-cu il tarixli müqavilə üzrə 308 manat ödənilməmiş məbləğ, 30 manat cərimə borcu olmaqla, cəmi 338 manat; 30.01.2020-ci il tarixli müqavilə üzrə 75 manat ödənilməmiş məbləğ, 7 manat cərimə borcu olmaqla, cəmi 529 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 02.05.2019-cu il tarixli, 00640981 saylı müqavilə üzrə 39 (otuz doqquz) manat ödənilməmiş məbləğ, 3 (üç) manat cərimə borcu; 11.10.2019-cu il tarixli, 00973742 saylı müqavilə üzrə 61 (altmış bir) manat ödənilməmiş məbləğ, 6 (altı) manat cərimə borcu; 18.12.2019-cu il tarixli, 01135093 saylı müqavilə üzrə 308 (üç yüz səkkiz) manat ödənilməmiş məbləğ, 30 (otuz) manat cərimə borcu; 30.01.2020-ci il tarixli, 20070079 saylı müqavilə üzrə 75 (yetmiş beş) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 529 (beş yüz iyirmi doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 559 (beş yüz əlli doqquz) manat məbləğində pul alınaraq «xxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 02.05.2019-cu il tarixli, 00640981 saylı müqavilə üzrə 39 (otuz doqquz) manat ödənilməmiş məbləğ, 3 (üç) manat cərimə borcu; 11.10.2019-cu il tarixli, 00973742 saylı müqavilə üzrə 61 (altmış bir) manat ödənilməmiş məbləğ, 6 (altı) manat cərimə borcu; 18.12.2019-cu il tarixli, 01135093 saylı müqavilə üzrə 308 (üç yüz səkkiz) manat ödənilməmiş məbləğ, 30 (otuz) manat cərimə borcu; 30.01.2020-ci il tarixli, 20070079 saylı müqavilə üzrə 75 (yetmiş beş) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 529 (beş yüz iyirmi doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 559 (beş yüz əlli doqquz) manat məbləğində pul alınaraq «xxxx» MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3335/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3335/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver