Məhkəmə qərarları › İş №2(006)-3504/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3504/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3504/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, cavabdeh, İddiaçı MMC ilə 08.10.2019-cu il və 17.01.2020-ci il tarixli müqavilələrinə əsasən, “Samsung LED” markalı televizor və Xiaomi markalı saat və İMEİ kodu **********24592 olan “Huawei Nova 5T” markalı telefon almış və nəticədə 1411 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 898 manat (12 ay x 74 manat + 10 manat ilkin ödəniş) “Samsung LED” markalı televizor və “Xiaomi” markalı saat üçün ümumilikdə 407 manat olmaqla, ondan 370 manat ödənilməmiş hissə, 111 manat (0.74 manat x 150 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 37 manat cərimə pulu; 17.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1211,6 manat (12 ay x 91,3 manat + 116 ilkin ödəniş) olan “Huawei Nova 5T” markalı telefon üçün ümumilikdə 1004 manat olmaqla ondan 913 manat ödənilməmiş hissə, cərimə 273 manat (0.91 manat x 300 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 91 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 826,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-cü bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 08.10.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung LED” markalı televizor və “Xiaomi” markalı saat üçün 370 manat ödənilməmiş hissə, 37 manat cərimə; 17.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********24592 olan “Huawei Nova 5T” markalı telefon üçün 913 manat ödənilməmiş hissə, 91 manat cərimə, ümumilikdə 1411 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1441 manat Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən Cavabdeh faktiki yaşadığı ünvana rəsmi qaydada göndərilmiş bildiriş məhkəməyə geri qaytarılmış, qeydiyyatda olduğu ünvana isə rəsmi qaydada göndərilmiş bildirişi cavabdeh 30.04.2021ci il tarixdə qəbul etsə də, iddiaya etirazını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.10.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 898 manat olan “Samsung LED” markalı televizor və “Xiaomi” markalı saatı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə 10 manat ilkin ödəniş olmaqla hər ay 74 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1211,6 manat olan “Huawei Nova 5T” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə 116 manat ilkin ödəniş olmaqla hər ay 91,3 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 06.04.2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 08.10.2019-cu il tarixli müqavilə üzrə 370 manat ödənilməmiş hissə, 37 manat cərimə, cəmi 407 manat borcu vardır. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 06.04.2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 17.01.2020-ci il tarixli müqavilə üzrə 913 manat ödənilməmiş hissə, 91 manat cərimə, cəmi 1004 manat borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 11.01.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı MMC ilə 08.10.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung LED” markalı televizor, “Xiaomi” markalı saat və 17.01.2020-ci il tarixli müqaviləyə əsasən “Huawei Nova 5T” markalı telefon almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə ümumilikdə 1411 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 08.10.2019-cu il tarixli müqaviləyə əsasən 370 manat ödənilməmiş hissə, 37 manat cərimə, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən 913 manat ödənilməmiş hissə, 91 manat cərimə, ümumilikdə 1411 manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1441 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 08.10.2019-cu il tarixli müqaviləyə əsasən 370 (üç yüz yetmiş) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən 913 (doqquz yüz on üç) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat cərimə, ümumilikdə 1411 (bir min dörd yüz on bir) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1441 (bir min dörd yüz qırx bir) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar