Məhkəmə qərarları › İş №2(006)-3576/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3576/2021

27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3576/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07.05.1980-ci il təvəllüdlü qardaşı X8 22.03.2021-ci il tarixində ünvan 1 ünvanında ev şəraitində ölməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 22.03.2021-ci il tarixdə anasına məxsus ünvan 1 ünvanında qardaşı X8 14:00 radələrində vəziyyəti qəflətən pisləşmişdir. Dərhal “103” xidmətinə zəng edərək məlumat vermişlər. Təcili və X6 Stansiyasının əməkdaşları hadisə yerinə gəlsələr də, qardaşı onlar gələnə kimi artıq ölmüşdür. 22.03.2021-ci il tarixdə mərhum qardaşı Qaradağ rayonu ümumşəhər qəbristanlığında yaxın qohumların iştirakı ilə dəfn edilmişdir. Mərhum qardaşının ölüm faktının müəyyən olunması və qeydə alınması ona vərəsəlik məsələləri ilə əlaqədar işlərin həlli üçün lazımdır. Qardaşının ölümü haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, buna etiraz edilmiş və onun məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərilənlərə əsasən 07.05.1980-ci il təvəllüdlü qardaşı X8 22.03.2021-ci il tarixində ünvan 1 ünvanında ev şəraitində ölməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, qardaşı X8 22.03.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X4 yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda mərhumun ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən qardaşının bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən X9 ünvanlanmış 07.04.2021-ci il tarixli, 05/Q-670/75 saylı məktubdan görünür ki, X8 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar bildirilmişdir ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qardaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qardaşının ölüm faktının müəyyən edilməsindən asılıdır. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 18.06.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 285170 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Tovuz rayonunda anadan olmuş, atası X10, anası X1r. Bakı şəhəri Yasamal rayonu VVAQ şöbəsi tərəfindən 10.03.1993-cü il tarixdə verilmiş XVİİİ-ЖГ seriyalı, 334120 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 07.05.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 20.06.2015-ci il tarixdə verilmiş AZE seriyalı, 15476300 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 07.05.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Təcili və X6 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 22.03.2021-ci il tarixdə X8 adına çağırış verilmişdir. Həkim qədər ölümdür. Kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 nömrəli Şəhər Poliklinikası tərəfindən 05.04.2021-ci il tarixdə verilmiş 701 saylı məktubdan görünür ki, ünvan 3 ünvan sökülüb) qeydiyyatda olan 07.05.1980-ci il təvəllüdlü X15 22.03.2021-ci il tarixdə rəhmətə getmişdir. Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə ölümün səbəbini bilmədiklərinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidirlər. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Sanqaçal qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Z.Məmmədov tərəfindən 06.04.2021-ci il tarixdə verilmiş 295 nömrəli arayışdan görünür ki, X15 23.03.2021-ci il tarixdə Sanqaçal qəsəbəsi ərazisində yerləşən Sofi Həmid məzarlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum X15 onun bacısı oğludur. 22.03.2021-ci il tarixdə onların evində yemək yeyirmişlər. Mərhumun birdən halı pisləşmiş, kürəyi və sinəsinin ağrıdığını söyləmiş, yataq otağına dincəlməyə getmişdir. Təcili tibbi yardım çağırmışlar, lakin içəri girəndə artıq vəfat etdiyini görmüşlər. Sanqaçal qəsəbəsi ərazisində yerləşən Sofi Həmid məzarlığında dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 oğlu ifadəsində bildirmişdir ki, mərhum X15 vəfat edən gün, yəni 22.03.2021-ci il tarixdə onların evində imiş. Mərhum özünü yaxşı hiss etmirmiş, buna görə də otağına dincəlməyə keçmişdir. Ürəyinin ağrıdığını söyləmişdir. Təcili tibbi yardım çağırmışlar, lakin gələnə qədər artıq vəfat etmişdir. Sanqaçal qəsəbəsi ərazisində yerləşən Sofi Həmid məzarlığında dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X15 ərizəçinin qardaşı olmuşdur. X15 22.03.2021-ci il tarixdə yaşadığı ünvanda ölmüş və Sanqaçal qəsəbəsi ərazisində yerləşən Sofi Həmid qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07.05.1980-ci il təvəllüdlü X8 22.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.05.1980-ci il təvəllüdlü X8 22.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar