Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4180/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinə qarşı “ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinə qarşı “ekspert rəyinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi üzrə işin icraatına ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi cinayət təqibi orqanında aparılan araşdırma zamanı keçirilmiş məhkəmə tibbi ekspertiza rəyinin etibarsız hesab edilməsidir ki, qanunvericilikdə ekspert rəyinin etibarsızlığı mülki məhkəmə icraatı qaydasında müəyyən edilən hal deyildir. İşin faktiki hallarından müəyyən edilən hal ondan ibarətdir ki, iddiaçı onun delikt törətməsinə əsas verən məhkəmə tibbi ekspert rəyi ilə razı deyildir, bildirməsinə görə həmin ekspert rəyinin mövcudluğuna görə ona müvafiq sığorta ödənişindən imtina olunmuşdur. İddiaçı onun törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin almış olduğu xəsarətin dərəcəsinin müəyyən edilməsi barədə məhkəmə tibbi ekspertizasının rəyindən narazılığını ayrıca icraatda rəyin etibarsızlığı iddiasını irəli sürməklə deyil, cinayət təqibi orqanında aparılan araşdırma çərçivəsində əlavə və ya təkrar ekspertizanın təyin edilməsi barədə vəsatətlə, etibarsızlıq halında isə buna dair müvafiq orqana müraciəti əsasında həll etməli olduğu halda bunu etməmiş, hazırda məhkəmədə baxılması mümkün olmayan iddia tələbi ilə müraciət etmişdir. Odur ki, hazırki tələbə məhkəmədə baxılmalı olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinə qarşı “ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinə qarşı “ekspert rəyinin etibarsız hesab edilməsi”tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 446259068, qəbzin nömrəsi: 2330, terminal nömrəsi: K0243013, tarix: xx.xx.2024, saat: 16:04) Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4180/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4180/2024
08.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver