Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5047/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracların, protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpası və ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracların, protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpası və ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cəmi 302.274 manat məbləğində pul cavabdeh X2 alınaraq Cavabdeh1 ASC-yə ödənilməli, həmin məbləğ E.Babayevə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,072 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 275,79 kv.m-dən ibarət B-1141 saylı bağ evinə (ilkin satış qiyməti 300.000 manat) və İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinə (ilkin satış qiyməti 203.000 manat) yönəldilməli, əmlakların açıq hərracdan satışından əldə edilmiş vəsait əsasında borc ödənilməli, qalan məbləğ isə müvafiq qaydada X3, İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməlidir. Qeyd olunan icra vərəqəsi üzrə Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək Qarayev tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-12969-213 saylı sifarişinə əsasən cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 203.000 manat müəyyən edilməklə açıq hərracda satılması məqsədi ilə "xxxx" MMC-nə sifariş verilmişdir. xx.xx.2020-ci tarixli hərrac bildirişindən müəyyən edilir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 203.000 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmişdir. xx.xx.2020-ci tarixli hərrac bildirişindən müəyyən edilir ki, iddiaçılara məxsus olan fərdi yaşayış evinin satış qiyməti 172.550 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində 11:00-da təkrar hərrac təyin edilmişdir. “Birja Yenilikləri” qəzetindən çıxarışlardan müəyyən edilir ki, əmlakla bağlı keçirilmiş hərraclar, həmçinin hərracların baş tutmaması barədə müvafiq elanlar yerləşdirilmişdir. "xxxx" MMC-nin ipoteka saxlayana ünvanladığı xx.xx.2020-ci tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-nun xx.xx.2021-ci tarixli məktubundan müəyyən edilir ki, ipoteka predmeti olan fərdi yaşayış evini təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 129.412,50 manat olmaqla LPO Cavabdeh1 ASC tərəfindən əldə olunması məqsədi ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin LPO "xxxx" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı verilməsi xahiş edilmişdir. LPO Cavabdeh1 ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Nərimanov rayon İcra və Probasiya şöbəsindən xahiş edilir ki, “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icraatı dayandırılsın. Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək Qarayev tərəfindən xx.xx.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraat dayandırılmışdır. İcra şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli, 15-2B-11930 saylı məktubuna əsasən əmlakların açıq hərracda satılmasının müvəqqəti dayandırılması xahiş edilmişdir. LPO "xxxx" ASC xx.xx.2021-ci il tarixli məktubla Nərimanov rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraatın təzələnməsini və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-11057 saylı məktubundan müəyyən edilir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,072 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 275,79 kv.m-dən ibarət B-1141 saylı bağ evinin və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi "xxxx" MMC-nə göndərilmişdir. İcra şöbəsinin xx.xx.2021-ci il tarixli, 15-2B-11931 saylı məktubundan müəyyən edilir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,072 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 275,79 kv.m-dən ibarət B-1141 saylı bağ evinin açıq hərrac yolu ilə satışı Sumqayış şəhəri üzrə İcra İdarəsi də icra olduğu üçün göndərilən həmin sifarişi dayandıraraq, yalnız Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin satışı üzrə hərrac hərəkətlərinin davam etdirilməsi "xxxx" MMCdən xahiş edilmişdir. xx.xx.2021-ci tarixli hərrac bildirişindən müəyyən edilir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 203.000 manat, X3 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,072 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 275,79 kv.m-dən ibarət B-1141 saylı bağ evinin ilkin satış qiyməti 300.000 manat olmaqla, açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmişdir. Hərracın keçirilməsinə dair bildirişdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin satışı üçün xx.xx.2021-ci il tarixdə keçirilən hərrac ilkin hərrac kimi göstərilsə də, həmin hərrac faktiki olaraq "xxxx" MMC tərəfindən keçirilən ilkin və təkrar hərraclardan sonra sayca üçüncü hərracdır. xx.xx.2021-ci tarixli hərrac bildirişindən müəyyən edilir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin satış qiyməti 172.550 manat olmaqla, açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində 11:00-da təkrar hərrac təyin edilmişdir. Bununla da faktiki olaraq əmlak dördüncü dəfə açıq hərracdan satışa çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş poçt qaimələrindən və “Birja Yenilikləri” qəzetindən çıxarışlardan müəyyən edilir ki, bildirişlər tərəflərə göndərilmiş, əmlakla bağlı keçirilmiş hərraclar, həmçinin hərracların baş tutmaması barədə müvafiq elanlar verilmişdir. "xxxx" MMC-nin xx.xx.2021ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin təkrar (dördüncü) hərracının baş tutmaması “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. "xxxx" ASC-nin ləğvedicisi ƏSF-nun xx.xx.2021-ci tarixli məktubundan müəyyən edilir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evini təkrar (dördüncü) hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 129.412,50 manat olmaqla LPO Cavabdeh1 ASC tərəfindən əldə olunması məqsədi ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin LPO "xxxx" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı verilməsi xahiş edilir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 73/02 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoldan və eyni tarixli müqavilədən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin qiyməti 129.412,50 manat olmaqla LPO "xxxx" ASC-yə satılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi, Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-11057 saylı sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində keçirilmiş (üçüncü və dördüncü) hərraclar, həmçinin "xxxx" MMC ilə LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 73/02 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evin üzərində LPO "xxxx" ASC-nin mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilərək fərdi ev üzərində İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyət hüquqlarının bərpa edilməsi, Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-12969-213 saylı sifarişinə əsasən "xxxx" MMC tərəfindən keçirilmiş və baş tutmamış elan edilmiş hərracların nəticəsinə əsasən İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evi üzərində cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin fərdi yaşayı evinin ipoteka yüklülüyünə dair DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi və vəkili X4 iddia tələblərini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddianı qəbul etməyərək göstərmişdir ki, mübahisəli fərdi yaşayış evinin satılması ilə bağlı hərraclar keçirilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, hərraclar qanunauyğun keçirilmiş və qanunla müəyyən olunmuş müddət pozulmadan Bank tərəfindən qəbul olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı3 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı3 və İddiaçı2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" MMC-nin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cəmi 302.274 manat məbləğində pul cavabdeh X2 alınaraq Cavabdeh1 ASC-yə ödənilməli, həmin məbləğ E.Babayevə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,072 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 275,79 kv.m-dən ibarət B-1141 saylı bağ evinə (ilkin satış qiyməti 300.000 manat) və cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə (ilkin satış qiyməti 203.000 manat) yönəldilməli, əmlakların açıq hərracdan satışından əldə edilmiş vəsait əsasında borc ödənilməli, qalan məbləğ isə müvafiq qaydada X3, İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməlidir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək Qarayev tərəfindən xx.xx.2019-cu il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. İşin materiallarında olan Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020ci il tarixli, xx/xx-12969-213 saylı sifarişinə əsasən cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 203.000 manat müəyyən edilməklə açıq hərracda satılması məqsədi ilə "xxxx" MMC-nə sifariş verilmişdir. İşdə olan xx.xx.2020-ci tarixli hərrac bildirişindən müəyyən edilir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 203.000 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci tarixli hərrac bildirişindən müəyyən edilir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin satış qiyməti 172.550 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində 11:00-da təkrar hərrac təyin edilmişdir. İşdə olan “Birja Yenilikləri” qəzetindən çıxarışlardan müəyyən edilir ki, əmlakla bağlı keçirilmiş hərraclar, həmçinin hərracların baş tutmaması barədə müvafiq elanlar yerləşdirilmişdir. İşin materiallarında olan "xxxx" MMC-nin ipoteka saxlayana ünvanladığı xx.xx.2020ci tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 129.412,50 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 198.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. İşdə olan "xxxx" ASC-nin ləğvedicisi ƏSF-nun xx.xx.2021-ci tarixli məktubundan müəyyən edilir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 129.412,50 manat olmaqla LPO Cavabdeh1 ASC tərəfindən əldə olunması məqsədi ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin LPO "xxxx" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı verilməsi xahiş edilir. İş materiallarında olan LPO "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Nərimanov rayon İcra və Probasiya şöbəsindən xahiş edilir ki, “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icraatı dayandırılsın. İşdə olan Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək Qarayevin xx.xx.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraat dayandırılmışdır. İşin materiallarında olan Nərimanov rayon İcra və Probasiya şöbəsinin "xxxx" MMCyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 15-2B-11930 saylı məktubuna əsasən əmlakların açıq hərracda satılmasının müvəqqəti dayandırılması xahiş edilmişdir. İşdə olan sənədlərdən göründüyü kimi LPO "xxxx" ASC xx.xx.2021-ci il tarixli məktubla Nərimanov rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraatın təzələnməsini və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. İş materiallarında olan Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-11057 saylı məktubundan müəyyən edilir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,072 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 275,79 kv.m-dən ibarət B-1141 saylı bağ evinin və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi "xxxx" MMC-nə göndərilmişdir. İşdə olan Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 15- 2B-11931 saylı məktubundan müəyyən edilir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,072 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 275,79 kv.m-dən ibarət B-1141 saylı bağ evinin açıq hərrac yolu ilə satışı Sumqayış şəhəri üzrə İcra İdarəsində də icrada olduğu üçün göndərilən həmin sifariş dayandırılaraq, yalnız Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin satışı üzrə hərrac hərəkətlərinin davam etdirilməsi "xxxx" MMC-dən xahiş edilmişdir. İşin materiallarında olan xx.xx.2021-ci tarixli hərrac bildirişindən müəyyən edilir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 203.000 manat, X3 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,072 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 275,79 kv.m-dən ibarət B-1141 saylı bağ evinin ilkin satış qiyməti 300.000 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmişdir. Hərracın keçirilməsinə dair bildirişdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin satışı üçün xx.xx.2021-ci il tarixdə keçirilən hərrac ilkin hərrac kimi göstərilsə də, həmin hərrac faktiki olaraq "xxxx" MMC tərəfindən keçirilən ilkin və təkrar hərraclardan sonra sayca üçüncü hərracdır. İşdə olan xx.xx.2021-ci tarixli hərrac bildirişindən müəyyən edilir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin satış qiyməti 172.550 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində 11:00-da təkrar hərrac təyin edilmişdir (dördüncü hərrac). Bununla da faktiki olaraq əmlak dördüncü dəfə açıq hərracdan satışa çıxarılmışdır. İş materiallarında olan poçt qaimələrindən və “Birja Yenilikləri” qəzetindən çıxarışlardan müəyyən edilir ki, bildirişlər tərəflərə göndərilmiş, əmlakla bağlı keçirilmiş hərraclar, həmçinin hərracların baş tutmaması barədə müvafiq elanlar verilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.20201ci tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi yerləşən 3 saylı fərdi yaşayış evinin təkrar (dördüncü) hərracının baş tutmaması “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İş materiallarındakı "xxxx" ASC-nin ləğvedicisi ƏSF-nun xx.xx.2021-ci tarixli məktubundan müəyyən edilir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini təkrar (dördüncü) hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 129.412,50 manat olmaqla LPO Cavabdeh1 ASC tərəfindən əldə olunması məqsədi ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin LPO "xxxx" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı verilməsi xahiş edilir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 73/02 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokoldan və eyni tarixli Müqavilədən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin qiyməti 129.412,50 manat olmaqla LPO "xxxx" ASC-yə satılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hazırki mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilməsi nəzərdə tutulsa da, məhkəmə təcrübəsində 30 təqvim gününün axımı müxtəlif hadisələrdən sonra başlanması müşahidə edildiyindən hər bir hadisə üzrə müddətlərin ayrıca hesablanmasına zərurət vardır. “İpoteka haqqında” Qanunun tələblərinə əsasən hərrac baş tutmamış elan edildikdən sonra müddətin axımı - təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində dərc edilmiş elandan hesabladıqda müddətin axımı xx.xx.2020-ci il tarixdə başlayaraq xx.xx.2021-ci il tarixdə kəsilir. Lakin 23- 24 yanvar qeyri-iş gününlərinə təsadüf etdiyindən müddətin axımı xx.xx.2021-ci il tarixdə kəsilir. "xxxx" MMC-nin xx.xx.2020-ci tarixli “İpoteka predmetinin əldə olunmasına dair” təklif (oferta) məktubu da qəzetdə verilmiş elanla eyni tarixli olduğundan müddətin axımı xx.xx.2021-ci il tarixdə kəsilir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "xxxx" MMC-nin təklif (oferta) məktububna verilmiş xx.xx.2021-ci tarixli cavab məktubundan (aksept) məktubundan sonra müddətini axımı xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixdə kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Hər üç hadisədən sonra müddətlərin axımı davam edərkən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hərəkətsizlik etmiş və müddətləri buraxdıqdan, yəni sonuncu hadisədən 13 təqvim günü keçdikdən sonra xx.xx.2021-ci il tarixli məktubla Nərimanov rayon İcra və Probasiya şöbəsinə müraciət edərək “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icraatını dayandırılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilən hər üç hadisədən hesabladıqda “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka predmetini əldə etmək üçün qanunverici tərəfindən müəyyənləşdirilmiş 30 təqvim gününü buraxmış, xx.xx.2021-ci il tarixli Nərimanov rayon İcra və Probasiya şöbəsinə icraatın dayandırılması barədə müraciəti isə ipoteka predmetindən imtinaya bərabərdir. Eyni zamanda, Mülki Məcəllənin 415.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, hətta tələbkar tərəfindən belə bir müraciət hərracın gedişində verilmiş olsa idi belə, hazırki vəziyyətdə hərrac təşkilatı Mülki Məcəllənin 415.3-cü maddəsinin tələblərinə müvafiq olaraq heç bir halda hərrac prosesini dayandıra bilməzdi. Mövcud vəziyyətdə isə başa çatmış hərracların dayandırılmasından söhbət belə gedə bilməzdi. Tələbkarın məhz əmlak ona təklif edildikdən sonra belə bir məktubla icra qurumuna müraciət etməsi dolayısı ilə əmlakı hərracdan əldə etmək niyyətində olmayan, lakin onun üzərində ipoteka hüququnun saxlanılmasında da maraqlı olub ipotekaya xitam verilməsi hüququna maneə yaratmağı planlaşdıran tələbkarın gələcəkdə ona qarşı “İpoteka haqqında” Qanununun 43.8-ci maddəsi üzrə qaldırılacaq iddiadan yayınması üçün zəmin yaratmaq cəhdi olmuşdur. Həmçinin, hərrac təşkilatı və Nərimanov rayon icra şöbəsi Konstitusiya Məhkəməsinin müvafiq qərarının ipoteka saxlayana yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanın verilməsinin qanuni cəhətdən mümkünlüyü barədə tələblərinə zidd olmaqla faktiki olaraq ipoteka saxlayana növbəti dəfə belə bir imkanı yaratmışlar. Belə ki, əmlakın açıq hərracdan satışı ilə bağlı Nərimanov rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-12969-213 saylı sifarişinə əsasən "xxxx" MMC tərəfindən keçirilmiş birinci sifariş üzrə hərracların etibarsız hesab edilməsi ilə bağlı Bank tərəfindən hər hansı iddia tələbi irəli sürülməmiş və həmin hərracın nəticələri mübahisələndirilməmiş, dolayısı ilə tələbkar Bank həmin hərracın nəticələri ilə razılaşmışdır. Başqa sözlə, ilkin sifariş üzrə keçirilmiş hərracların nəticəsi qüvvədə olduğu halda icra məmuru tərəfindən təkrar hərrac sifarişi verilmiş və hərrac təşkilatı tərəfindən nəticə etibarilə sayca 3-cü və 4cü dəfə hərrac keçirilmiş və əmlak sayca 2-ci dəfə 25% endirimlə ipoteka saxlayana təklif edilmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumu “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarında xüsusilə vurğulamışdır ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Şəxslərin qanunvericiliklə tanışlıq və ya qanunu bilmək prezumpsiyası aspektindən məsələyə yanaşdıqda müəyyən etmək olar ki, tələbkar icra sənədi üzrə icraatın könüllü icra müddətində və ya ipoteka predmetinin ilkin hərracının baş tutmamasından sonra, yaxud digər vaxt intervalında yox, məhz təkrar hərrac baş tutmadıqdan, bu barədə elan dərc edildikdən, hətta əmlak ona təklif edildikdən sonra dayandırılması barədə icra məmuruna məktub ünvanlamaqla faktiki olaraq ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə əldə etməklə bağlı müstəsna hüququndan imtina etməsi və bu hüquqdan həmin dövrdə istifadə etmək niyyətində olmaması barədə iradəsini açıq və birbaşa ifadə etmişdir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Göründüyü kimi, tələbkarın məhz hərraclar başa çatdıqdan və ipoteka predmetinin ona təklif edildikdən sonra, hətta əmlakı əldə etmək üçün qanunvericilikdə müəyyən edilmiş müddətdə əmlakı əldə etmək istiqamətində heç bir real addım atmayıb bunun üçün müəyyən edilmiş müddəti başa vurduqdan sonra icra sənədi üzrə icraatın dayandırılması barədə icra məmuruna müraciət etməsi faktı bir daha tələbkarın iradə ifadəsi kimi yalnız əmlakdan həmin dövrdə imtina etməsi ilə təfsir oluna bilər. Belə ki, sonuncu xx.xx.2021-ci il tarixli məktubla Nərimanov rayon İcra şöbəsinə müraciət edərək “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icraatını dayandırılmasını xahiş etmişdir. Eyni zamanda işin hallarından göründüyü kimi Nərimanov rayon İcra şöbəsinin əmlakın satışına dair digər hərrac təşkilatına sifariş verməsi ipoteka saxlayana yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanın verilməsinin qanuni cəhətdən mümkünlüyü barədə tələblərinə zidd olmaqla faktiki olaraq ipoteka saxlayana növbəti dəfə belə bir imkanı yaratmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarınına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “İpoteka haqqında” Qanunun yuxarıda göstərilən normaları baxımından hərracın təkrar keçirilməsi ilə bağlı qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Həmçinin, Konstitusiya Məhkəməsinin istinad olunan qərarının 1-ci bəndinin ipoteka predmetinin yalnız iki hərracının keçirilməsinin “İpoteka haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulması barədə şərhinə zidd olmaqla hazırki iş üzrə faktiki olaraq əmlakın satışına dair ikisi "xxxx" MMC-də, ikisi isə "xxxx" MMC-də olmaqla dörd hərrac keçirilmiş və ipoteka saxlayana iki dəfə əmlakı təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə əldə etmək imkanı yaradılmışdır. Halbuki, Konstitusiya Məhkəməsi istinad olunan qərarında yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğunu qeyd edərək hər hansı əsasla yeni hərracların keçirilməsinin qarşısını almış və bu məqsədlə irəli sürülə biləcək bütün bəhanələri rədd etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Nərimanov rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-11057 saylı sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində keçirilmiş (üçüncü və dördüncü) hərraclar, həmçinin "xxxx" MMC ilə LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 73/02 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol və eyni tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi üzərində LPO "xxxx" ASC-nin mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilərək fərdi ev üzərində İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyət hüquqları bərpa edilməli, Nərimanov rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-12969-213 saylı sifarişinə əsasən "xxxx" MMC tərəfindən keçirilmiş və baş tutmamış elan edilmiş hərracların nəticəsinə əsasən İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi üzərində cavabdeh ləğv prosesində olan "xxxx" ASC ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin fərdi yaşayı evinin ipoteka yüklülüyünə dair DƏDRX-də aparılmış qeydiyyat ləğv edilməli və ipotekaya xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-11057 saylı sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində keçirilmiş (üçüncü və dördüncü) hərraclar, həmçinin "xxxx" MMC ilə LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 73/02 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol və eyni tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi üzərində LPO "xxxx" ASC-nin mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilərək fərdi ev üzərində İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyət hüquqları bərpa edilsin. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-12969-213 saylı sifarişinə əsasən "xxxx" MMC tərəfindən keçirilmiş və baş tutmamış elan edilmiş hərracların nəticəsinə əsasən İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi üzərində cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin fərdi yaşayı evinin ipoteka yüklülüyünə dair DƏDRX-də aparılmış qeydiyyat ləğv edilsin və ipotekaya xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-5047/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5047/2022
15.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver