Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-547/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh Əbülfət oğluna qarşı “daxili lizing müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin və avtomobilin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, iddiaçı “xxxx” MMC-nin mülkiyyətində olan “Hyundai” markalı “Sonata” modelli **-PV-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi “xxxx” MMC-yə qaytarılması, Cavabdeh Əbülfət oğlundan “xxxx” MMC-nin xeyrinə 11.051 (on bir min əlli bir) manat əsas lizinq borcu, 2790 (iki min yeddi yüz doxsan) manat lizinqdən istifadəyə görə faiz borcu, 2570 manat hesablanmış penya, cəmi 16411 manat borcu, həmçinin 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 1801/0472 saylı X5 əsasən, İddiaçı MMC Cavabdeh ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan əlavə №1-də göstərilən və ümumi dəyəri 20.000 manat olan 01 ədəd “Hyundai” markalı “Sonata” modelli 90PV480 qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh isə öz növbəsinə əsasən 14.000 manat məbləğində borcu illik 32% faiz hesablanmaqla, 36 ay müddətinə “xxxx” MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Əbülfət oğlu lizinq müqaviləsinə əlavə №2-də 36 ay müddətinə illik 32% faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçıya iddia qaldırılan günə 11051 manat əsas lizinq borcu, 2790 manat lizinqdən istifadəyə görə faiz borcu, 2570 manat hesablanmış penya, cəmi 16411 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. xx xxxxxxx 2018-ci il tarixli 1801/0472 saylı X4 14.1-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizing verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər. 14.1.3 Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, “Hyundai” markalı “Sonata” modelli **-PV-*** qeydiyyat nömrəli avtomaşını qardaşına vermiş, sonuncu da onu satmışdır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı “xxxx” MMC ilə Cavabdeh Əbülfət oğlu arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 1801/0472 saylı Daxili lizinq müqaviləsindən görünür ki, “xxxx” MMC-nin mülkiyyətində olan “Hyundai” markalı “Sonata” modelli **-PV-*** avtomobil Cavabdeh Əbülfət oğlunun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan AD № 357482 saylı nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, “Hyundai” markalı “Sonata” modelli **-PV-*** avtomobil “xxxx” MMC-nin mülkiyyətindədir. Beləliklə, iş materiallarından göründüyü kimi lizinq verən lizinq obyekti olan “Hyundai” markalı “Sonata” modelli **-PV-*** avtomobil lizinq alan Cavabdeh Əbülfət oğlunun istifadəsinə vermiş, eyni zamanda Cavabdeh Əbülfət oğlu X5 uyğun öhdəlikləri icra etməsini üzərinə götürmüşdür. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən məlum olduğu kimi, Cavabdeh Əbülfət oğlu müqavilə ilə nəzərdə tutulan öhdəlikləri lazımi qaydada icra etməmiş, yəni lizinq ödənişlərini həyata keçirməmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə öhdəliklərin icra edilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının MM-nin 747-2-ci maddəsinə əsasən «lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır». Azərbaycan Respublikasının MM-nin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Azərbaycan Respublikasının MM-nin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikasının MM-nin 748-1.1-ci maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, iddia təmin edilməli, iddiaçı “xxxx” MMC-nin mülkiyyətində olan “Hyundai” markalı “Sonata” modelli **-PV-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi “xxxx” MMCyə qaytarılmış, Cavabdeh Əbülfət oğlundan “xxxx” MMC-nin xeyrinə 11.051 (on bir min əlli bir) manat əsas lizinq borcu, 2790 (iki min yeddi yüz doxsan) manat lizinqdən istifadəyə görə faiz borcu, 257 (iki yüz əlli yeddi) manat hesablanmış penya, cəmi 14.098 (on dörd min doxsan səkkiz) manat borcu, həmçinin 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “xxxx” MMC-nin iddiası qismən təmin edilsin. İddiaçı “xxxx” MMC-nin mülkiyyətində olan “Hyundai” markalı “Sonata” modelli **-PV- *** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi “xxxx” MMC-yə qaytarılsın. Cavabdeh Əbülfət oğlundan “xxxx” MMC-nin xeyrinə 11.051 (on bir min əlli bir) manat əsas lizinq borcu, 2790 (iki min yeddi yüz doxsan) manat lizinqdən istifadəyə görə faiz borcu, 257 (iki yüz əlli yeddi) manat hesablanmış penya, cəmi 14.098 (on dörd min doxsan səkkiz) manat borcu, həmçinin 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-547/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-547/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver