Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5654/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasını, cavbadeh Cavabdeh xx.xx.2014-cü ildə Yusifcan, xx.xx.2016-ci ildə isə Nezrin adlı uşaqlarının yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay əmək haqqının və başqa qazancının 2A hissəsinin, lakin 170 manatdan az olmamaqla cəmi 340 manat alimentin tutulmasına, etibarnamə üçün ödənlmiş 11.50 manat və vəkilə ödənilmiş 110 manat pulun tutlaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü ildə Qazax rayonunda anadan olmaqla el adəti üzrə Cavabdeh ilə Səadət Sarayı Bakı Nikah evində bağlanmış xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 2 övladı olmuşdur. xx.xx.2014-cü ildə Yusifcan, xx.xx.2016-ci ildə isə Nezrin adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə münasibətləri pisləşmiş, artıq bir neçə aydır ayrılıqda yaşayırlar. Azyaşlı uşaqları onun yanında qalmışdır. Cavabdeh uşaqların saxlanılması üçün heç bir vəsait vermir. 2020-ci ilin yanvar ayından cavabdeh onun və azyaşlı uşaqlarının saxlanılması üçün heç bir yardım etmir. Nikahın pozulmaması, ailənin dağılmaması üçün etdiyi cəhdlər boşa çıxmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını, cavbadeh Cavabdeh xx.xx.2014-cü ildə Yusif can, xx.xx.2016ci ildə isə Nezrin adlı uşaqlarının yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay əmək haqqının və başqa qazancının 2A hissəsinin, lakin 170 manatdan az olmamaqla cəmi 340 manat alimentin tutulmasına, etibarnamə üçün ödənlmiş 11.50 manat və vəkilə ödənilmiş 110 manat pulun tutlaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh C.K.Başsözdən hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını, tələblərinin qalan hissəsindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Səadət Sarayı Bakı Nikah Evi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 847671 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar. Nikah ləğv edildikdən sonra ərə Başsöz, arvada Məmmədova soyadı verilmişdir. 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 715020 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Başsöz Nezrin Celal qızı xx.xx.2016-cı il tarixdə Xırdalan şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 1148 nömrə ilə qeyd edilmişdir. 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 259944 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Başsöz Yusufcan Celal oğlu xx.xx.2014-cü il tarixdə Xırdalan şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 530 nömrə ilə qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildiyinə görə, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Başsöz Nezrin Celal qızı və xx.xx.2014-cü il təvəllüdlü Başsöz Yusufcan Celal oğlu adlı övladları anadan olmuşdur. Hazırda tərəflərin arasında olan nikah pozulmasa da onlar faktiki olaraq birgə yaşamırlar, cavabdeh tərəfindən iddiaçıya uşaqların saxlanılmaları üçün heç bir maddi köməklik göstərilmir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci ildə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yuxarıda qeyd edilən qanunvericiliyin məzmunundan göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. İş materiallarından göründüyü kimi, aliment ödəməli şəxsin rəsmi iş yerinin və digər gəlirlərinin olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2020-ci il üçün yaşayış minimumu uşaq üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Başsöz Nezrin Celal qızı və xx.xx.2014-cü il təvəllüdlü Başsöz Yusufcan Celal oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Başsöz Nezrin Celal qızı və xx.xx.2014-cü il təvəllüdlü Başsöz Yusufcan Celal oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5654/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5654/2020
23.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver