Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6071/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, cavabdeh İddiaçı MMC ilə 14.09.2019-cu il, 20.02.2020-ci il, 21.05.2020-ci il və 19.06.2020-ci il tarixlərdəki müqavilələrinə əsasən, “Samsung LED” televizor, “HOFFMANN” səsucaldıcı, İMEİ Kodu **********06238 olan “X4 8T” markalı telefon, “HOFFMANN” soyuducu, İMEİ Kodu **********46046 olan “Samsung Galaxy A41” markalı telefon almış və nəticədə 3173,6 AZN (üç min yüz yetmiş üç manat, altmış qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 992 (doqquz yüz doxsan iki) manat (18 ay x 55 manat + 2 manat ilkin ödəniş) olan “Samsung LED” televizor, “HOFFMANN” səsucaldıcı üçün ümumilikdə 550 (beş yüz əlli) manat olmaqla, ondan 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 626,40 AZN (altı yüz iyirmi altı manat, qırx qəpik) (12 ay x 52 manat 20 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********06238 olan “X4 8T” markalı telefon üçün ümumilikdə 416,80 AZN (dörd yüz on altı manat, səksən qəpik) manat olmaqla, ondan 416,80 AZN (dörd yüz on altı manat, səksən qəpik) ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, 21.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1404 (bir min dörd yüz dörd) manat olan (18 ay x 78 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN” soyuducu üçün ümumilikdə 1404 (bir min dörd yüz dörd) manat olmaqla, ondan 1404 (bir min dörd yüz dörd) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 802,8 AZN (səkkiz yüz iki manat, səksən qəpik) (9 ay x 89 manat 20 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********46046 olan “Samsung Galaxy A41” markalı telefon üçün ümumilikdə 802,8 AZN (səkkiz yüz iki manat, səksən qəpik) olmaqla, ondan 802,8 AZN (səkkiz yüz iki manat, səksən qəpik) ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu borcu hesablanmışdr. Cavabdehin cəmi ödədiyi məbləğ 651,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, ABC Müştəri-nin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən, 14.09.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung LED” televizor, “HOFFMANN” səsucaldıcı üçün 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********06238 olan “X4 8T” markalı telefon üçün 416,80 AZN (dörd yüz on altı manat, səksən qəpik) ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, 21.05.2020-ci il tarixli müqaviləsinə əsasən “HOFFMANN” soyuducu üçün 1404 (bir min dörd yüz dörd) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********46046 olan “Samsung Galaxy A41” markalı telefon üçün 802,80 AZN (səkkiz yüz iki manat, səksən qəpik) ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, ümumilikdə 3173,60 AZN (üç min yüz yetmiş üç manat, altmış qəpik) borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.09.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 992 manat olan “Samsung LED” televizoru və “HOFFMANN” səsucaldıcını Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 55 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20.02.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 626,40 AZN olan İMEİ Kodu **********06238 olan “X4 8T” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 52,2 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.05.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1404 AZN olan “HOFFMANN” soyuducunu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 78 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.06.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 802,80 AZN olan İMEİ Kodu **********46046 olan “Samsung Galaxy A41” markalı telefonu Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 9 ay müddətinə hər ay 89,2 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 14.09.2019-cu il tarixli müqavilə üzrə 550 AZN ödənilməmiş hissə, 0 AZN dəbbə, cəmi 550 AZN, 20.02.2020-ci il tarixli müqavilə üzrə 416,80 AZN ödənilməmiş hissə, 0 AZN dəbbə, cəmi 416,80 AZN, 21.05.2020-ci il tarixli müqavilə üzrə 1404 AZN ödənilməmiş hissə, 0 AZN dəbbə, cəmi 1404 AZN, 19.06.2020-ci il tarixli müqavilə üzrə 802,80 AZN ödənilməmiş hissə, 0 AZN dəbbə, cəmi 802,80 AZN, ümumilikdə 3173,60 AZN borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 10.03.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh İddiaçı MMC ilə 14.09.2019-cu il tarixli müqaviləsinə əsasən “Samsung LED” televizoru, “HOFFMANN” səsucaldıcını, 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********06238 olan “X4 8T” markalı telefonu, 21.05.2020-ci il tarixli müqaviləsinə əsasən “HOFFMANN” soyuducunu, 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********46046 olan “Samsung Galaxy A41” markalı telefonu almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə ümumilikdə 3173,60 AZN (üç min yüz yetmiş üç manat, altmış qəpik) borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz manat) dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14.09.2019-cu il tarixli müqaviləyə əsasən 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən, 416,80 AZN (dörd yüz on altı manat, səksən qəpik) ödənilməmiş hissə, 21.05.2020-ci il tarixli müqaviləsinə 1404 (bir min dörd yüz dörd) manat ödənilməmiş hissə, 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən 802,80 AZN (səkkiz yüz iki manat, səksən qəpik) ödənilməmiş hissə, ümumilikdə 3173,60 AZN (üç min yüz yetmiş üç manat, altmış qəpik) borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 14.09.2019-cu il tarixli müqaviləyə əsasən 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən, 416,80 AZN (dörd yüz on altı manat, səksən qəpik) ödənilməmiş hissə, 21.05.2020-ci il tarixli müqaviləsinə 1404 (bir min dörd yüz dörd) manat ödənilməmiş hissə, 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən 802,80 AZN (səkkiz yüz iki manat, səksən qəpik) ödənilməmiş hissə, ümumilikdə 3173,60 AZN (üç min bir yüz yetmiş üç manat, altmış qəpik) borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6071/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6071/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver