Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6072/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X4 iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşamış anası, 23.06.1939-cu il tarixdə Qərbi Azərbaycanın (Ermənistan SSR) Meğri rayonunda doğulmuş X1 31.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi, anasının adına ölüm haqqında şəhadətnamənin verilməsi, qətnamənin icrasının Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X2 23.06.1939-cu il tarixdə Qərbi Azərbaycanın (Ermənistan SSR) Meğri rayonunda doğulmuşdur. Bakı şəhərində onunla birgə yaşadığı ünvanda 31 iyul 2021-ci il tarixdə 82 yaşında öz əcəli ilə vəfat etmişdir. Bakı şəhəri Təcili və X3 Stansiyasının 8 saylı bölməsinin təcili yardım briqadası onun həkimə qədər öldüyünü və meyiti aşkar etdiyini təsdiq edən ölüm haqqında xəbərdarlıq vərəqəsini 31 avqust 2021-ci il tarixdə imzalayaraq onlara təqdim etmişlər. Bu ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələri İdarəetmə X9 Şəxs (TƏBİB) Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 nömrəli Şəhər Poliklinikasına müraciət etmişlər, həmin poliklinikadan «Uzun müddət Nəsimi rayonu 5 saylı şəhər Poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə, ölüm səbəbini bilmədiyimizə görə Forma № 106 almaq üçün Nəsimi rayon Məhkəməsinə müraciət edilməsi» barədə 05.08.2021-ci il tarixli imtina məktubu – cavabı verilmişdir. Qeyd edilən sənədlərlə Bakı şəhəri Maraqlı şəxsnə – 23.06.1939-cu il təvəllüdlü X1 ölümünün dövlət qeydiyyatına alınıb ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişlər. Bakı şəhəri Maraqlı şəxs «Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyinə və ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır» məzmunlu imtina cavabı verilmişdir. Mərhum anası X2 Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi ərazisində yerləşən Dədə Qorqud qəbristanlığında 31 iyul 2021-ci il tarixdə dəfn olunmuşdur. Ölüm faktının müəyyən edilməsi mərhum anası X1 onunla qeydiyyatda olduğu ünvandakı mənzildən qeydiyyatdan çıxarmaq üçün lazımdır. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X2 onun nənəsi olmuşdur. 31 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Ərizəçinin anası X2 23.06.1939-cu il tarixdə Ermənistan SSR Meqri rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. Bakı şəhəri T və TTYS-in 8 saylı Yardımçı Stansiyasının 31.07.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 adına 13:40-da çağırış daxil olmuş, ünvana gələn həkim həkimgələnə qədər ölüm baş verdiyini (qadın cinsli meyit) qeyd etmişdir. Zığ Bələdiyyəsinin 06 avqust 2021-ci il tarixli 267 saylı arayışından görünür ki, X2 31 iyul 2021-ci il tarixdə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbristanlığında dəfn olunmuşdur. 5 saylı şəhər Poliklinikasının 05.08.2021-ci il tarixli, 1465 saylı məktubundan görünür ki, ölüm haqqında 106 saylı forma üzrə arayışın verilməsinin mümkün olmadığı bildirilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs 27 avqust 2021-ci il tarixli 05/Q-1586/75 saylı məktubundan görünür ki, ərizəçiyə anası X1 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 23.06.1939-cu il tarixdə Ermənistan SSR Meqri rayonunda doğulmuş X2 31.07.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.06.1939-cu il tarixdə Ermənistan SSR Meqri rayonunda doğulmuş X1 31.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-6072/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6072/2021
01.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver