Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-611/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 Yusuf oğlunun, onun nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Yusuf oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 Yusuf oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq ünvan 2i rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. ünvan 2i rayonu, Həsən Əliyev, Cəlil Məmmədquluzadə, Y.Ə.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətindədir, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 84-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 1 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 262,1 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 Yusuf oğlu və istifadəçiləri digər cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmırli mənzilləri qəbul etməkdən imtina etmişdilər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabdehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənlərin nəzərə alaraq mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişdilər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanuna zidd hərəkətlərini davam etdirməklə, faktiki olaraq iddiaçını şantaj edirlər. Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı sərəncamda göstərilən tapşırıq və tələbləri olduğu kimi və ləyaqətlə yerinə yetirir. Bundan başqa iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhərinin görkəminə uyğun olmayan köhnə tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki göstərişlərinə uyğun olaraq çox sürətlə həmin tələblər yerinə yetirilir. Həmçinin Bakı şəhərində olan görünüşləri müasir tələblərə cavab verməyən köhnə və qəzalı evlərin sökülməsi və yerində müasir binaların tikilməsi geniş vüsət almaqla Ali dövlət orqanlarının tələbləri yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlət birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi Ali dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərə cavab verən evlərlə təmin olunması və eyni zamanda da şəhərin görkəminin də gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasından sui-istifadə etməklə yanaşı yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı Ali Dövlət orqanlarının Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 Yusuf oğlunun, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 va Cavabdeh6 ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, 1 saylı mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 Yusuf oğlunun, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 va Cavabdeh6 ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, 1 saylı mənzildən çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 2i rayonıı, C.Məmmədquluzadə küçəsi, ev 150 a, 1 saylı mənzil ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 314.52 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 800 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixli 10/808 saylı ekspert rəyinə əsasən Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı evin 1 nömrəli mənzilin ümumi sahəsi çıxarışa əsasən müəyyən edilmiş sahədən 106,99 kv.m. (369.09- 262.1 kv.m.) çox, o cümlədən yaşayış sahəsi 62,46 kv.m. (212,76-150,3 kv.m.) və yardımçı sahəsi 44,53 kv.m. (156,33-111,8) təşkil edir. Buradan bəlli olur Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 150 a saylı evin, 1 nömrəli mənzilin 106,99 kv.m. özbaşına tikintidir. Beləliklə xx.xx.2022-ci il tarixli, 10/808 saylı ekspert rəyindən bəlli olur ki, cavabdehlərə məxsus olan fərdi yaşayış evinin faktiki sahəsi 369,09 kv.m. təşkil edir. Belə olan halda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 Yusuf oğlunun, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Əhmədova (Quliyeva) Gülər Tanrıverdi qızının, Cavabdeh5 və Cavabdeh6 ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evinin (mənzilin) üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 Yusuf oğlunun, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Əhmədova (Quliyeva) Gülər Tanrıverdi qızının, Cavabdeh5 və Cavabdeh6 ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evindən (mənzildən) çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 442,90 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 Yusuf oğluna hər ay 800 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmiş 55 kv.m. yaşayış sahsi xx.xx.2022-ci il tarixli 10/808 saylı ekspert rəyində göstərilməmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyində qeyd olunmuş 55 kv.m. yaşayış sahəsini və xx.xx.2022-ci il tarixli, 10/808 saylı ekspert rəyində göstərilmiş 106,99 kv.m. yaşayış sahəsinin nəzərə almaqla hesab edirlər ki, özbaşına tikinti sahəsi ümumilikdə 161,99 kv.m. təşkil edir. Belə olan halda, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdehin Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı evin 1 nömrəli mənzilin çıxarışında qeyd olunmuş ümumi sahəsi 262,1 kv.m. təşkil edən sahəsinə 20% əlavə edilməklə 315 kv.m. və 162 kv.m. özbaşına tikinti sahəsini əlavə edilməklə cəmi 477 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Əhmədova (Quliyeva) Gülər Tanrıverdi qızının, Cavabdeh5 və Cavabdeh6 ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evinin (mənzilin) üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Əhmədova (Quliyeva) Gülər Tanrıverdi qızının, Cavabdeh5 və Cavabdeh6 ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evindən (mənzildən) çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 Yusuf oğluna hər ay 800 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək sonuncu dəqiqləşdirilmiş iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh1 Yusuf oğlu iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, sözügedən ev onların dədə-baba yurdlarıdır. Hazırda həmin evdə 17 nəfər yaşayır. Onlar evin sökülməsinə qarşı deyillər. Tərəflərdən qarşı tərəflə kompensasiya ilə bağlı razılıq əldə olunması üçün dəfələrlə iddia şirkətin rəhbərliyi ilə danışıqlar aparmağa cəhd göstərilmiş, lakin qarşı tərəfin ədalətsiz və qeyri-obyektiv təklifləri nəticəsində razılıq əldə olunmamışdır. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında Cavabdeh1 Yusuf oğlunun nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, hazırki iş üzrə dəfələrlə ekspertiza keçirilmiş, həmçinin mütəxəssis rəyləri alınmışdır. Lakin qeyd edilən rəylər bir-biri ilə ziddiyyət təşkil etmiş və qeyri-obyektiv xarakter daşımışdır. Bununla da cavabdehlərin hüquqları pozulmuşdur. Hazırda sübut növü kimi həmin rəylərə istinad edilərək qərar qəbul olunması hesab edirlər ki, düzgün deyil. Onun üçün də düşünürlər ki, təkrar ekspertizanın keçirilməsi zəruridir.
8. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək onun rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Əhmədova (Quliyeva) Gülər Tanrıverdi qızına, Cavabdeh5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Odur ki, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir.
10. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, ünvan 2i rayonu, Cəlil məmmədquluzadə, Həsən Əliyev, X4 və Novruzov qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçı MMC-yə ayrılmasına rəy bildirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər. 12.Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamının surətinə əsasən İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, 09 saylı müraciətini, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-510 saylı razılıq məktublarını nəzərə alaraq, ünvan 2i rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınmışdır.
13. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara) habelə müfəssəl planın hzırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq ünvan 2i rayonu, Cəlil Məmmədquluzadə, X4, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMc-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksinə (sifarişli - İddiaçı MMC; layihəçi - Bakı Dövlət Layihə İnstitutu) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmalı təsdiq edilmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi «Azərdövlətsənayelayihə» DLİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyin surətindən görünür ki, ünvan 2i rayonu, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, S.Rəhman və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Yaşayış evlərinin yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlaktlə əlaqəsi yoxdur. 15.İş materiallarında olan 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh1 Yusuf oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X5 Bakı şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən 150a saylı evdə qeydiyyatdadırlar.
16. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətinə əsasən ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150a saylı evin, ümumi sahəsi 262,1 kv.m., yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. olan 8 yaşayış otaqlı 1 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 Yusuf oğlunun mülkiyyətindədir. 17."xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi haqqında mütəxəssis rəyinə əsasən ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150 A saylı evin faktiki sahəsi 416,5 kv.m. olan 1 saylı mənzilinin hazırki bazar dəyəri – 630.000 manat məbləğində müəyyən olunmuşdur.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/808 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Cavabdeh1 Yusuf oğluna məxsus ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı evin 1 nömrəli mənzilin texniki pasportda göstərilən, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m. yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. və həmin yaşayış evinin faktiki ümumi sahəsi 369,09 kv.m., o cümlədən yaşayış sahəsi 212,76 kv.m., yardımçı sahəsi 156,33 kv.m. təşkil etdiyini nəzərə alaraq, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi ilə faktiki istifadəsində olan sahənin arasında fərqlilik təşkil edir. Yaşayış evinin faktiki ümumi sahəsi çıxarışa əsasən müəyyən edilmiş sahədən 106,99 kv.m. (369,09-262,1 kv.m.) çox, o cümlədən yaşayış sahəsi 62,46 kv.m. (212,76- 150,3 kv.m.) və yardımçı sahəsi 44,53 kv.m. (156,33-111,8) çox təşkil etmişdir.
19. Cavabdeh1 Yusuf oğlunun sifarişinə əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyinə əsasən ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150a-da yerləşən 8 otaqlı, 1 saylı yaşayış sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar qiyməti 1.665.000 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
20. Cıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150a saylı evin, 8 yaşayış otaqlı, 1 saylı mənzilin ümumi sahəsi 262,1 kv.m., yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. təşkil edir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq ünvan 2i rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. ünvan 2i rayonu, Y.Ə.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətindədir, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 84-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 5 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 262,1 kv.m. olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 Yusuf oğlu və istifadəçiləri digər cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişdilər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
22. AR Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
23. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 №-li qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, onlar dövlət, ictimai və fərdi mənzil fondlarının evlərində kirayədarla kirayəçi, kirayəçilərlə onların ailə üzvləri arasında yaranan mənzil mübahisələrini, vətəndaşlarla mənzil-tikinti kooperativləri arasında mənzil hüquq münasibətləri ilə əlaqədar yaranan mübahisələri və digər mənzil mübahisələrini, o cümlədən mənzil-tikinti kooperativlərinin evlərinin və ya vətəndaşlara mülkiyyət hüququ əsasında məxsus olan evlərin yaşayış sahəsini, həmçinin qeyri-yaşayış sahəsini və binasını özbaşına tutmuş şəxslərin çıxarılması ilə əlaqədar yaranan mübahisələri; həmin evlərin uçmaq təhlükəsi vardırsa, onlardan çıxarmaya; rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarlarına əsasən, sökülməli olan özbaşına tikilmiş evlərdən çıxarmaya; mülki-hüquqi öhdəliklərə əsaslanan (evin sökülməsi, əsaslı təmiri, evin qeyri-yaşayış binasına çevrilməsi və sairlə əlaqədar) tələblər üzrə yaşayış sahəsinin verilməsinə; yaşayış sahəsi verilməsi üçün məlumat verilməklə müdiriyyətin və ya müvafiq ictimai təşkilatın orqanının həmkarlar ittifaqının birgə qərarı ilə verilmiş yaşayış sahəsinə rayon (şəhər) icra hakimiyyəti orqanı order verməkdən imtina etdikdə, order verilməsinə dair mübahisələri həll edir.
24. Məhkəmə hesab edir ki, cavabdehlərin istifadəsinə və sahibliyində olan evin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin evin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğunu, həmçinin söküntü işlərinin və daha sonradan tikinti işlərinin həyata keçirilməsi məqsədilə digər sakinlərin buna razılıq verməsini, hazırda isə cavabdehlərin bu tikintiyə razılıq verməməsi nəticəsində digər sakinlərin mənzillə təmin edilməsinin gecikəcəyini nəzərə alaraq iddia tələbi həmin evin sökülməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
25. Məhkəmə İddiaçı MMC tərəfindən ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı və ətraf ərazi ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh1 Yunus oğlunun yeni təmirli mənzilin (477 kv.m.) mülkiyyətinə verilməsi tələbləri üzrə qeyd edir ki, həmin tələblər də əsaslıdır və təmin edilməlidir.
26. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyinə əsasən Cavabdeh1 Yusuf oğluna məxsus ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı evin 1 nömrəli mənzilin texniki pasportda göstərilən, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m. yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. və həmin yaşayış evinin faktiki ümumi sahəsi 369,09 kv.m., o cümlədən yaşayış sahəsi 212,76 kv.m., yardımçı sahəsi 156,33 kv.m. təşkil etdiyini nəzərə alaraq, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi ilə faktiki istifadəsində olan sahənin arasında fərqlilik təşkil edir. Yaşayış evinin faktiki ümumi sahəsi çıxarışa əsasən müəyyən edilmiş sahədən 106,99 kv.m. (369,09-262,1 kv.m.) çox, o cümlədən yaşayış sahəsi 62,46 kv.m. (212,76-150,3 kv.m.) və yardımçı sahəsi 44,53 kv.m. (156,33-111,8) çox təşkil etmişdir.
27. Məhkəmə digər faktiki sahə ilə bağlı heç bir hüquqi sənəd olmadığından, əsasəndə qanuni sahib olmadığından, digər faktiki sahədə istifadə yalnız özbaşına olduğundan, məhkəmə ədalət prinsipini, həmçinin Konstitusiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarındakı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, qeydiyyatdan keçmiş əmlakdan qeydiyyatdan keçməmiş əmlak barədə kompensasiya miqdarı eyni ola bilməz.
28. Belə ki, qeyd olunan qərarda qeyd edilmişdir ki, “hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.”
29. Bu halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çıxarışlı sahə ilə bağlı əlavə 20 faiz artımın verilməsi, digər qanunsuz sahiblikdə olan sahəyə isə əlavə 20 faiz artımın verilməməsi yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olmuşdur.
30. Məhkəmə həmçinin, cavabdehin nümayəndəsi və vəkilinin təkrar ekspertizanın keçirilməsi barədə vəsatətə münasibətdə qeyd edir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir.
31. Belə ki, vəsatətdə qaldırılan 4 məsələnin birinci hissəsi ilə bağlı mübahisəli 56 kv.m olan və ekspertiza rəyində 1-ci mərtəbədə qeyd edilməyən sahə daha sonradan iddiaçı tərəfindən etiraf olunaraq iddia həcminin artırılması barədə ərizədə öz əksini tapmışdır. Vəsatətin 2-ci hissəsi isə 12,7 kv.m sahənin qeyd edilməməsi isə, tərəflərin mübahisəsiz halı olmuş, çıxarışda öz əksini tapmış və iddiaçı tərəfindən çıxarışla qeyd olunan 262 kv.m sahə onsuzda mübahisələndirilməmişdir. Vəsatətin 3-cü hissəsi isə 2-ci mərtəbədəki qeyd edilməyən 30 kv.m terras Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin müvafiq yekun rəyində öz əksini 2-ci mərtəbənin sxemindəki 8-ci bəndə göstərilmişdir. Vəsatətin son hissəsi isə divar altı sahələrin rəydə öz əksini tapmaması olmuşdur ki, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin müvafiq yekun rəyində bu hissəyə də qiymət verilərək ölçülərin aparılmasında divar altı sahələrində nəzərə alınması qeyd edilmişdir.
32. Belə ki, İddiaçı MMC-nın cavabdehə öz əvvəlki mənzilin yerinə yeni, təmirli, əlavə sahə ölçülərini əlavə edilməklə (262+ 20% (çıxarışlı sahə) + 163 (faktiki sahə) kv.m-li mənzillə təmin edilməsi hazırki cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması deyildir. (Mülkiyyətçi mənzilinin kompensasiya verilməklə sökülməsinə razıdır)
33. Avropa İnsan Hüquqları Məhkəməsinin «Lyudmila Yuryevna SİQUNOVA və Marina Yuryevna SİQUNOVA Rusiyaya qarşı» 12 fevral 2019-cu il tarixli qərarında belə bir hüquqi mövqe ortalığa qoyulmuşdur ki, « müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. Heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (yuxarıda sitat verilən Volçkova və Mironov işi ilə müqayisə edin, §§ 125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (yuxarıdakı 36-cı paraqraf), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilər həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb, çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb (yuxarıdakı 27-ci paraqraf), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyildir. Yekun olaraq məhkəmə təsdiq etmişdir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə hesab edir ki, tədbir mütənasib və uyğundur. »
34. Məhkəmə cavabdehlərə yeni sahə verilənədək aylıq 800 manat əmlak kirayə haqqı verilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təklif olunan aylıq əmlak kirayə haqqısı ağlabatandır və hazırki bazar qiymətlərinin tələblərinə cavab verir.
35. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərin sahibliyində və istifadəsində olan evin sökülərək əvəzinə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə eyni ölçüdə mənzillərin verilməsi qərara alındığından, cavabdehlərin mübahisəli evin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə tələb də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılmağa zərurət qalmamaqla əsaslıdır və təmin edilməlidir.
36. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər hazırki hərəkətləri mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir.
37. AR Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
38. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
39. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
40. Göstərilən Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur.
41. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin inşa etdiyi binanın tikintisinin dayandırılması və tikinti gedən ərazidə MMC-nin fəaliyyətinə qadağa qoyulması həmin binada məskunlaşdırılmalarını gözləyən çoxsaylı insanların hüquqlarının bərpaolunmaz şəkildə xələl görməsinə səbəb ola bilər.
42. Belə ki, işin hallarından aydın olur ki, İddiaçı MMC səlahiyyətli dövlət hakimiyyəti orqanının sifarişi əsasında tikinti işlərini həyata keçirir.
43. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməli, cavabdehlər Cavabdeh1 Yusub oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı evin 1 saylı mənzilinin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı evin 1 saylı mənzilindən çıxarılmaqla mənzil boşaldılmalı və İddiaçı MMC-nin hesabına sökülməli, İddiaçı MMC tərəfindən ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, 150a ünanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. yeni təmirli mənzil Cavabdeh1 mülkiyyətinə verilməli, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 Yusuf oğluna hər ay 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir.
44. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 Yusub oğlundan, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Yusub oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı evin 1 saylı mənzilinin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı evin 1 saylı mənzilindən çıxarılmaqla mənzil boşaldılsın və İddiaçı MMC-nin hesabına sökülsün. İddiaçı MMC tərəfindən ünvan 2i rayonu, C.Məmmədquluzadə küçəsi, 150a ünanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. yeni təmirli mənzil Cavabdeh1 mülkiyyətinə verilsin. Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 Yusuf oğluna hər ay 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 Yusub oğlundan, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov