Məhkəmə qərarları › İş №2(006)-6232/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6232/2021

15.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6232/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Salatın Əsgərova 141 ünvanında yerləşən 01 mərtəbəli binada 59.5 kv metr ümumi sahəsi olan 3 otaqlı 8№li mənzilə (№0045310 seriyalı **********77-05101-093002 reyestr nömrəli, 27.12.2006-cı il qeydiyyat tarixli) 2/1 hissəsində İddiaçı payı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı, Cavabdeh ilə 03.08.1993-cü il tarixində nikaha daxil olmuş, 17.09.2018-ci ildə tarixdə 01 saylı Bakı Asan Xidmət Mərkəzində AZ-İ№299256 saylı akt ilə nikahları ləğv etmişlər. Nikah dövründə tərəfindən Cavabdeh ünvan 2 ünvanında yerləşən 3 otaqlı almışdır. Həmin mənzilin 2/1 hissəsinə onun payının tanınması və mülkiyyət hüquqlarının ƏMDK yanında DƏDRX-də qeydiyyat alınmasını tələb edirdi. Mübadilə məsələ ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq Mediasiya Şurasının müraciət etmiş lakin tərəf mediator tərəfindən sessiyada iştirak boyun qaçırdığı üçün mediator tərəfindən imtina nəzərə alınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X2 iddia tələbini qəbul etmiş və bildirmişdir ki, cavabdeh iddiaçı ilə aralarında olan əmlak bölgüsünü aparılmasın etiraz etməmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışdan görünür ki, Cavabdeh ondan ötrü ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində istifadədə olan 0,055 ha torpaq sahəsində yerləşən 141 nömrəli, 01 mərtəbəli binada 59,5 kv.m ümumi, 50,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 263 nömrəli reyestr kitabının 25559 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 01 saylı Bakı Asan Xidmət X3 tərəfindən verilmiş 17.09.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh aralarında nikah pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17.09.2018-ci ildə, 133 №-ilə qeyd edilmişdi. İddiaçı Cavabdeh qızının birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Salatın Əsgərova 141 ünvanında yerləşən 01 mərtəbəli binada 59.5 kv metr ümumi sahəsi olan 3 otaqlı 8№li mənzilə (№0045310 seriyalı **********77-05101-093002 reyestr nömrəli, 27.12.2006-cı il qeydiyyat tarixli) 2/1 hissəsində İddiaçı payı müəyyən edilməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, həmin tələb təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışdan göründüyü kimi Cavabdeh ondan ötrü ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində istifadə olan 0,055 ha torpaq sahəsində yerləşən 141 nömrəli, 01 mərtəbəli binada 59,5 kv.m ümumi, 50,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 263 nömrəli reyestr kitabının 25559 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə tərəflərin 17.09.2018-ci ildə tarixdə rəsmi nikaha daxil olduqlarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, əmlak tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdi ki, tərəflər 03.08.1993-cü il tarixdə birgə nikaha daxil olmuşlar, 17.09.2018-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzində AZ-İ № 299256 saylı aktla onlar arasında olan nikah pozulmuşdur. Birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Salatın Əsgərova 141 ünvanında yerləşən 01 mərtəbəli binada 59.5 kv metr ümumi sahəsi olan 3 otaqlı 8 №li mənzili əldə etmişlər. Məhkəmə qeyd edir ki, mübahisələndirilən mənzil tərəflərin birgə nikah dövründə əldə edildiyi üçün mübahisəli mənzilə tərəflərin hər birinin ½ hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Salatın Əsgərova 141 ünvanında yerləşən 01 mərtəbəli binada 59.5 kv metr ümumi sahəsi olan 3 otaqlı 8 №li mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh qızının payları müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Salatın Əsgərova 141 ünvanında yerləşən 01 mərtəbəli binada 59.5 kv metr ümumi sahəsi olan 3 otaqlı 8 №li mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh qızının payları müəyyən edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar