Məhkəmə qərarları › İş №2(006)-6652/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6652/2021

01.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6652/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X5 ilə 12.02.1967-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İddiaçı 2008-ci il tarixdə səhhəti ilə bağlı Fransa Respublikasına getdi. Həmin vaxt hamiləlik dövründə idi. X6 09 noyabr 2008-ci il tarixdə Fransa Respublikasında dünyaya gəldi. Uşaq dünyaya gəldikdən 6 ay sonra Bakı şəhərinə qayıtdılar. İddiaçı müalicəsini orada davam etdirməyə başladı. Bir-neçə dəfə İran İslam Respublikasına da getdi. İddiaçının Fransa Respublikasında aldığı müalicə tam fərqli və effektli idi. Bakı şəhərinə qayıtdıqdan bir müddət sonra, övladının doğum haqqında şəhadətnaməsini tapa bilmədilər. Həmin dövrdə Fransa Respublikasına gedib, yenisini almağa da, imkanları olmadı. Bu səbəbdən övladlarına Bakı şəhəri Cavabdehndən yeni doğum haqqında şəhadətnamə aldılar. Həmin şəhadətnamədə övladının doğum yeri Bakı şəhəri qeyd edildi. İddiaçının səhhətində yaranmış problemlərin kəskinləşməsi səbəbindən 2012-ci il tarixdə yenidən Fransa Respublikasına getdilər. İddiaçının müalicəsi Fransada müsbət təsir etdiyi səbəbindən, orada oturum aldılar və yaşamağa başladılar. Fransa Respublikasında olarkən övladlarının doğum haqqında şəhadətnaməsinin yenisini də aldılar. İddiaçı ailə olaraq, Fransa Respublikasında yaşayırlar. X10 təhsilini burada alır. Göstərilənlərə əsasən 09 noyabr 2008-ci il təvəllüdlü X1 adına olan, 09 aprel 2011-ci il tarixli ilkin doğum haqqında akt qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş AZ-İ № 220157 saylı, 14 aprel 2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 683 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Aslanova soyadı verilmişdir. İşin materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən 09 aprel 2011-ci il tarixdə verilmiş AZ-İİ № 648992 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 09 noyabr 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası İddiaçıdır. İşin materiallarında olan Strasburq şəhəri VVADQ şöbəsi tərəfindən verilmiş № 006805/2008 saylı, 17.06.2021-ci il tarixli doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X9 09 noyabr 2008-ci il tarixdə anadan olmuş, atası Aslanov Elşən, anası Ələkbərova Səbinədir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh İddiaçı ünvanladığı 10.08.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri tərəfindən icra olunur. Qeyd olunanlara əsasən məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri tərəfindən icra olunur. Göründüyü kimi 09 noyabr 2008-ci il təvəllüdlü X1 adına iki yerdə həm Bakı şəhərində, həm də ki Fransa Respublikasının Strasburq şəhərində doğum akt qeydi tərtib olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, 09 noyabr 2008-ci il təvəllüdlü X1 adına olan Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş doğum haqqında akt qeydi ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 09 noyabr 2008-ci il təvəllüdlü X1 adına olan 09 aprel 2011-ci il tarixli ilkin doğum haqqında akt qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 09 noyabr 2008-ci il təvəllüdlü X1 adına olan 09 aprel 2011-ci il tarixli ilkin doğum haqqında akt qeydi ləğv edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar