Məhkəmə qərarları › İş №2(006)-6823/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6823/2021

07.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6823/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızı, Kreditor MMCnin Borclu barəsində “borc tələbi” ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor MMC Borclu barəsində “borc tələbi” ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsinə dair ərizə geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən göründüyü kimi, borclu Şükürov X1 Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 277.1-ci maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Bu Məcəllənin 278.4-cü maddəsinin tələblərinə görə ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Mülki-Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun Nəsimi rayonunda qeydiyyatda olmadığı müəyyən edildiyindən ərizə ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır. Həmçinin kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3, 278.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu barəsində “borc tələbi” ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditor tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar