Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-720/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət X2 İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.1994-cü ildə Horadiz uğrunda döyüşlərdə iştirak edərkən baş beynindən kontuziyaya səbəb olan travma alaraq “Kəskin ekspressiv astenik-nevrotik vəziyyət, postkontuziya ekspressiv iki tərəfli koxlear nevrit, solda yüksək dərəcəli eşitmə zəifliyi və qeyri-kəskin ekspressiv loqonevroz diaqnozu ilə Fizulu rayon səyyar qoşun hospitalında ilkin yardım almışdır, sonradan DİN-nin Respublika Qospitalına göndərilmişdir. xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək baş beyin yüngül kontuziyası, asteno-nevrotik vəziyyət, iki tərəfli neyrosensor eşitmə zəifliyi diaqnozu ilə müalicə olmuşdur. Azərbaycan Respublikası DİN HHK-nın xx.xx.1994-cü il tarixli 634 saylı qərarına əsasən ilə “9b 69a 75b maddələrinin 1-ci qrafasına görə” həmin diaqnoz sülh dövründə hərbi xidmətə sıradan kənar yararlı, müharibə dövründə isə məhdud yararlılığı(1-ci dərəcə) müəyyən edilmişdir. Azərbaycan Respublikası Suverenliyinin qorunması zamanı travma almışdır. Ona yaralanma zamanı aldığı xəsarətlə bağlı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin TSEK-nin diaqnozu ilə əmək qabilliyyətinin itirlməsi ilə ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. Qüvvədə olan müvafiq Qanunvericiliyə əsasən hərbi qulluqçu hərbi qulluğa çağırılarkən dövlət tərəfindən icbari sığortalanır. Qanunvericiliklə nəzərdə tutulmuşdur ki, hərbi qulluqçu xidmət dövründə xəstələndikdə və ya xəsarət alması ilə əlaqədar 2-ci qrup əlillik təyin olunduğu halda ona 6600 manat sığorta məbləği ödənilməlidir. Həmin məbləği ödənilməsini həyata keçirən Azərbaycan Respublikası Dövlət X5 əsassız olaraq sığorta ödənişini yerinə yetirmir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X3 64763 saylı vəsiqəsindən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli, №048997 saylı vəsiqəsindən görünür ki, İddiaçı İİ qrup əlildir. İş materiallarında olan AA №097271saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli, 242 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı şaikayətləri: baş ağrısı, baş gicəllənməsi, gözün dumanlanması, yuxusuzluq, eşitmə qabiliyyətinin pozulması, eşitmə zəifliyi. Anamnez: xx.xx.1994-cü ildə Horadizdə döyüş əməliyyatları zamanı baş beyinin yüngül kontuziyasını alandan sonra özünü xəstə hesab edir. İlkin yardımı Füzuli rayon qoşun səyyar hospitalında almışdır. Sonra isə DİN RQ-yə göndərilib. xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər baş beyninin yüngül kontuziyası, asteno-nevrotik vəziyyət. İki tərəfli neyrosensor eşitmə zəifliyi diaqnozu ilə müalicədə olmuşdur. Yaşadığı yer üzrə həkim nəzarəti altında 20 günlük məzuniyyət almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət X4 müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 6.600 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad olunan hüquq normalarına əsasən iddiaçının tələbi əsaslı olduğuna görə iddiaçıyacavabdeh tərəfindən sığorta ödənişi ödənilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət X2 İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X2 İddiaçı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-720/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-720/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver