Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-839/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı İsmayılova (Fərəcova) Raminə Tahir qızının Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılması məsələsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılova (Fərəcova) Raminə Tahir qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğuş xərcləri və əlaqəli xərclərin (1.800 manat) yarısı olan 900 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılmış və iddianın təmin edilməsi, 900 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı İsmayılova (Fərəcova) Raminə Tahir qızına ödənilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, 2(006)-839/2021 saylı qətnamə çıxarılmışdır. Məhkəmə çıxarılmış qətnaməni nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, qətnamənin təsviri hissəsində iddiaçının tələbləri göstərilərkən, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə tələb göstərilsə də, həmin hissəyə hüquqi qiymət verilməmiş, bu barədə qətnamə çıxarılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.1 və 229.1.3-cü maddələrinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia tələbi tam təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı İsmayılova (Fərəcova) Raminə Tahir qızına ödənilməsi barədə əlavə qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı İsmayılova (Fərəcova) Raminə Tahir qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-839/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(006)-839/2021
01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver