Məhkəmə qərarları › İş №2(007)-1007/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1007/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1007/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, X1, İddiaçı Qennadeyevnanın iştirakı ilə, İddiaçı Qennadeyevnanın Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Qennadeyevna Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 noyabr 2007-ci il təvəllüdlü X6 saxlanılması üçün Cavabdeh 170 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayon VVADQ şöbəsinin 2008-ci ilin 05 fevral tarixli 25 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 30 noyabr 2007-ci il tarixdə vətəndaş Periverdiyeva X2 Nikol Elxanovnanın atası Cavabdeh hesab edilmişdir. Atalığın müəyyən edilməsi haqqında 05 fevral 2008-ci il tarixdə verilmiş Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində AZ-İ № 091030 saylı şəhadətnamə yazılmışdır. Həmin şəhadətnaməyə əsasən 30 noyabr 2007-ci il təvəllüdlü X6 ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı Qennadiyevna yazılmaqla Nizami rayon VVADQ şöbəsi tərəfindən 05.02.2008-ci il tarixli AZ-İ № 735966 doğum haqqında şəhadətnamə verilmişdir. Cavabdeh Nizami rayon VVADQ şöbəsində 05.02.2008-ci il tarixli 25 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən könüllü olaraq uşağın saxlanması üçün qida, tərbiyə, müalicə xərclərini 2008-ci il tarixdən ödəyirdi. 30 sentyabr 2019-cu il tarixdən Cavabdeh 1 (bir) ildən artıq X6 saxlanılması üçün aliment öhdəliklərinin yerinə yetirilməsindən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı Qennadiyevna iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildirişlər göndərilməsinə baxmayaraq bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Belə ola halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 05 febral 2008-ci il tarixdə Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 091030 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh 30 noyabr 2007-ci il təvəllüdlü X4 atası hesab edilmişdir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 02.04.2016-cı il tarixdə verilmiş AZ-İİİ 735966 №-li doğum haqqında şəhadətnamənin surətinə əsasən 30 noyabr 2007-ci ildə Bakı şəhərində anadan olmuş X6 atası Cavabdeh, anası İddiaçı Qennadiyevnadır. 12.05.2003-cü il tarixdə Suraxanı RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 05.11.2007-ci il tarixdə Bakı-Nizami RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı Qennadiyevna ünvan 3 ünvanında qeydiyyatdadır. 28 saylı Mənzil Kommunal İstismar sahəsinin 760 nömrəli, 09 dekabr 2020-ci il tarixli arayışa əsasən İddiaçı Qennadiyevna 28 saylı MKİS-nin ərazisində Özbəkistan küçəsi, 8 saylı evin 32 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 10 dekabr 2020-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 170,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 dekabr 2020-ci il tarixdən başlayaraq 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı Qennadiyevnanın xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 30 noyabr 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10 dekabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Perı̇ verdı̇ yeva Yana Qennadyevnanın xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar