Məhkəmə qərarları › İş №2(007)-1015/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1015/2021

05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1015/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı “İddiaçı” İstehsalat Birliyinin cаvаbdеh Cavabdeh оğlunа qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi cаvаbdеh Cavabdeh оğlunа qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 2873,10 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2903,10 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 26.04.2016-cı il tarixində 16604 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********08660 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G- 4 markalı **********80 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 1. 26.11.2018-ci il tarixli ******* saylı akt əsasında 399,60 manat, 2. 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 3. 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 4. 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 5. 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 6. 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 207 manat, 7. 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat,8. 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 9. 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 10. 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 12. 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 13. 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 14. 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 15. 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 16. 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 17. 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, cəmi 2683,80 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 277,20 manat borcu qalmışdır. Məlumat üçün bildirirlər ki, cavabdeh 2018-2020-ci illər ərzində təbii qaza 100 manat pul ödəmişdir (aktlar yazıldığı dövrü əhatə edir). Bu da onu göstərir ki, cavabdeh mütamadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb (bu barədə kəsim aktları tərtib olunub), lakin o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinədə ziyan vurur). Cavabdeh tərəfindən cuzi ödəniş edildikdən sonra “İddiaçı” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 2873,10 manat təşkil etməkdədir. “İddiaçı” İB-nın nümayəndələri tərəfindən cavabdehə 2873,10 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən X1nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Yuxarıda qeyd etdikləri sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abonentin saldosundan görünür ki, abonent kodu **********08660 sayla qeydiyyata alınmış istehlakçı Cavabdeh məxsus Bakı, Xəzər, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə 18.03.2020-ci il tаriхdə “ZENNER G4T MEXANİKİ” tipli sаyğаc qurаşdırılmışdır. - “İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında bağlanmış 26.04.2016-cı il tarixli 16604 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, bu müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Cavabdeh ünvanına “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********08660 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı **********80 nömrəli qaz sayğacı quraşdırılmışdır. - Təbii X1nın pozulması haqqında 26.11.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSQ, Dəm-soba qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x6x90=648, 1.5x8x90=1080, 1.4x18x90=2262, cəmi 3996 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 28.12.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSQ, Dəmir.S qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x6x30=216, 1.5x10x30=450, 1.4x18x30=756, cəmi 1422 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 31.01.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ, Dəmir soba qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x6x30=216, 1.5x10x30=450, 1.4x18x30=756, cəmi 1422 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 28.02.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ, Dəmir soba qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x6x30=216, 1.5x10x30=450, 1.4x18x30=756, cəmi 1422 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 29.03.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ, Dəmir soba qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x6x30=216, 1.5x10x30=450, 1.4x18x30=756, cəmi 1422 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 30.04.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, kombi, QSSQ qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x6x30=216, 1.5x10x30=450, 2.6x18x30=1404, cəmi 2070kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 30.05.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSQ qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x4x30=144, 1.5x4x30=180, cəmi 324 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 28.06.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x4x30=144, 1.5x4x30=180, cəmi 324 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 31.07.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x4x30=144, 1.5x4x30=180, cəmi 324 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 30.08.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x4x30=144, 1.5x4x30=180, cəmi 324 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 30.09.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x4x30=144, 1.5x4x30=180, cəmi 324 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 30.10.2019-cu il tarixli 02466871 nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x4x30=144, 1.5x4x30=180, cəmi 324 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 29.11.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ, Dəmir soba qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x6x30=216, 1.5x10x30=450, 1.4x18x30=756, cəmi 1422 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 30.12.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ, Dəmir soba qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x24x30=864, 1.5x24x30=1080, 1.4x24x30=1008, cəmi 2952 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 30.01.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ, Dəmir soba qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x24x30=864, 1.5x24x30=1080, 1.4x24x30=1008, cəmi 2952 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 28.02.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ, Dəmir soba qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x24x30=864, 1.5x24x30=1080, 1.4x24x30=1008, cəmi 2952 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında 30.03.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********08660 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan qeyri-qanuni istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ- 4, QSSQ, Dəmir soba qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x24x30=864, 1.5x24x30=1080, 1.4x24x30=1008, cəmi 2952 kub metr sərfiyyat hesablanmışdır. - “İddiaçı” İB-nin Debitor borcun ödənilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 30.10.2020-ci il tarixə 2873,10 manat debitor borcu yaranmışdır. Cavabdeh 10 (on) günü müddətində borcun ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə qaz təchizatı dayandırılaraq qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi və aidiyyatı üzrə məhkəməyə müraciət edilməklə yaranmış borcdan əlavə məhkəmə xərcləri də tələb olunması barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün - “İddiaçı” İB tərəfindən 30.06.2020-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmiş və 0,40 qəpik xidmət haqqı tutulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə sayğac quraşdırılmış, sayğac vasitəsilə təbii qazdan istifadə edilmişdir. Lakin cavabdeh istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı istifadəsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında 26.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş və cavabdehin, cəmi 2683,80 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 277,20 manat borcu qalmışdır, lakin ödəniş tam aparılmadığından iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”na əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, hаbеlə “Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi cavabdeh “İddiaçı” İstehsalat Birliyi ilə bağlanmış 26.04.2016-cı il tarixli 16604 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin tələblərini riayət etməyərək təbii X1nın pozulmuş, təbii qazdan qeyri-qanuni şəkildə istifadə etmiş, buna dair 26.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş və həmin aktlar üzrə cavabdehin 2683,80 manat məbləğində borcunun olduğu aydın olmuşdur. Həmçinin cavabdehin faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 277,20 manat borcu vardır. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən 2020-ci ilin sentyabrında 100 manat ödəniş edilmiş, lakin balansı -0,90 qəpik olduğundan ödəniş 99,10 manat məbləğində olmuşdur. Nəticədə hazırda cavabdeh tərəfindən iddiaçıya 2873,10 (aktlar üzrə 2683,80 manat, ödənilməmiş borc 178,10 (277,20-99,10) və yeni tarifə keçid haqqı üzrə 11,20 manat) manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin 2873,10 manat məbləğində zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda göstərilən hallara qаnunvеriciliyin qеyd еdilən tələbləri bахımındаn qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı “İddiaçı” İB-yə vurulmuş 2873,10 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 2903,10 manat məbləğində pul tutularaq iddiaçı “İddiaçı” İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Yuхаrıdа göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “İddiaçı” İB-yə vurulmuş 2873,10 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 2903,10 manat məbləğində pul tutularaq iddiaçı “İddiaçı” İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar