Məhkəmə qərarları › İş №2(007)-1306/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1306/2021

29.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1306/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qasımov Babək Natiq oğlu, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Göründüyü kimi, qanunvericiliyin qeyd edilən müddəası müvafiq olaraq iddia ərizəsi (və ya ərizə) ilə məhkəməyə müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün iddia ərizəsinin (və ya ərizənin) şəxsən və ya buna səlahiyyəti olan nümayəndə tərəfindən imzalanması qaydasını müəyyən etmişdir. İş materiallarından görünür ki, Ərizəçi qanunvericiliyin bu tələbinə əməl etməyərək, məhkəməyə təqdim etdiyi ərizəni imzalamamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə görə, iddia ərizəsinin iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar