Məhkəmə qərarları › İş №2(007)-1425/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1425/2020

10.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1425/2020 10.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X3 qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06/17/0595 saylı, 04 dekabr 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 526.48 manat, cərimə üzrə 300 manat, cəmi 826.48 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, dəyəri 1,960.00 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2017-ci il buraxılışı olan COMFORT markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazani asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator, 50 ədəd radiator, 5 ədəd radiator asqısı seti zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavabdeh X2 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında 04 dekabr 2017-ci il tarixdə 06/17/0595 saylı Daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra «Lizinq müqaviləsi») bağlanmışdır. Lizinq müqaviləsinə əsasən, iddiaçı 1,960.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2017-ci il buraxılışı olan, COMFORT markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asilan məişət qaz qazani asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator, 50 ədəd radiator, 5 ədəd radiator asqısı seti (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 11.02.20 tarixinədək, lizinq ödənişləri üzrə 526.48 manat, cərimə üzrə 1,341.35 manat olmaqla, cəmi 1,867.83 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda Lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, cavabdehlə lizinq şirkəti arasında bağlanmış Lizinq müqaviləsi cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən öz hüquqi qüvvəsini itirmiş sayılır. Buna müvafiq olaraq, cavabdehin müqavilənin predmetini əks etdirən Lizinq obyekti üzərində olan mülkiyyətçi tərəfindən verilmiş müvəqqəti istifadə və sahiblik hüquqları da həmçinin əhəmiyyətsiz sayılmalıdır. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bu günə qədər Lizinq obyektindən qanunsuz olaraq istifadə etməkdədir. Belə ki, cavabdeh lizinq obyektinin mülkiyyətçisi olan İddiaçı MMC-nin Lizinq obyektinin geri qaytarılmasının təmin edilməsi barədə tələblərinə məhəl qoymur və Lizinq obyektini geri qaytarmaqdan imtina edir. Cavabdeh tərəfindən yol verilən bu hüquqazidd əməl nəticəsində iddiaçının mülkiyyət hüquq pozulmuşdur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X5 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə X4 arasında bağlanmış 04 dekabr 2017-ci il tarixli 06/17/0595 nömrəli daxili maliyyə lizinqi müqaviləsi və ona əlavədən görünür ki, iddiaçı 1,960.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2017-ci il buraxılışı olan, COMFORT markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asilan məişət qaz qazani asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator, 50 ədəd radiator, 5 ədəd radiator asqısı seti cavabdehin istifadəsinə və sahibliyinə vermiş, X4 isə təhvil-təslim aktına imza edərək lizinq obyekti sayılan əşyaları təhvil almışdır. Cavabdeh X4 isə həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən ödənişləri etməyi öhdəsinə götürmüşdür. - İddiaçı MMC-nin 11 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X2 04 dekabr 2017-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 526.48 manat, cərimə borcu üzrə 1341.35 manat olmaqla, ümumilikdə 1867.83 manat borcu vardır. - 27 fevral 2020-cı il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən iddi ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 04 dekabr 2017-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi və ona əlavəyə əsasən, iddiaçı 1,960.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2017-ci il buraxılışı olan, COMFORT markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asilan məişət qaz qazani asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator, 50 ədəd radiator, 5 ədəd radiator asqısı seti cavabdehin istifadəsinə və sahibliyinə vermiş, X4 isə təhvil-təslim aktına imza edərək lizinq obyekti sayılan əşyaları təhvil almışdır. Cavabdeh X4 isə həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən ödənişləri etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə iddia tələbinin “06/17/0595 saylı, 04 dekabr 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, sözgedən 04 dekabr 2017-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh X4 müqavilə üzrə öhdəliklərini, yəni ödəməli olduğu məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş və həmin müddət 10 dekabr 2018-ci il tarixdə başa çatmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh X4 İddiaçı MMC ilə bağladığı 04 dekabr 2017-ci il tarixli müqavilə üzrə götürdüyü öhdəliklərə əməl edib, lizinq ödənişlərini ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə lizinq verən qarşısında öhdəlik götürdüyündən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşıdığından, ödənilməmiş pul məbləğlərini, habelə lizinq obyektinə vurduğu maddi zərəri iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “dəyəri 1,960.00 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2017-ci il buraxılışı olan COMFORT markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazani asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator, 50 ədəd radiator, 5 ədəd radiator asqısı seti zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavabdeh X2 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, əşyanı təhvil almış lizinq alan onu müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə lizinq verən verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər ki, hazırkı halda cavabdeh X4 müqavilə əsasında aldığı lizinq obyektinin dəyərini müəyyən olunmuş müddətdə ödəməklə bağlı vəzifəsini icra etmədiyi üçün iddiaçının tələbi əsasında yaranmış borc məbləğini və digər xərclərin geri qaytarılmalı olması barədə məhkəmə öz hüquqi mövqeyini ifadə etməklə iddianın həmin hissədə təmin edilməli olması qənaətinə gəlmişdir. Qanunvericiliyə görə, lizinq verən satdığı əşyanın dəyərinin ödənilməsini və ya ödənilməmiş malın geri qaytarılmasını, yəni bunlardan birini lizinq alandan tələb edə bilər, lizinq verənin bunların hər ikisini birlikdə lizinq alandan tələb etmək hüququ yoxdur. Belə olan halda məhkəmə lizinq müqaviləsi əsasında aldığı lizinq obyektlərinin dəyərini müəyyən olunmuş müddətdə ödəməklə bağlı vəzifəsini icra etmədiyi üçün iddiaçının tələbi əsasında yaranmış borc məbləğini və digər xərclərin geri qaytarılmalı olması barədə məhkəmə hüquqi mövqeyini ifadə etməklə iddianın həmin hissədə təmin edilməli olması qənaətinə gəldiyindən hesab edir ki, iddia tələbi “dəyəri 1,960.00 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2017-ci il buraxılışı olan COMFORT markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazani asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator, 50 ədəd radiator, 5 ədəd radiator asqısı seti zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavabdeh X2 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması” hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 04.12.2017-ci il tarixli 16/170595 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 526,48 manat əsas məbləğ, 50 manat cərimə məbləği olmaqla, cəmi 576.48 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 04.12.2017-ci il tarixli 16/170595 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 526,48 manat əsas məbləğ, 50 manat cərimə məbləği olmaqla, cəmi 576,48 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver