Məhkəmə qərarları › İş №2(007)-1475/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1475/2021

05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1475/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərclərin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı əlavə xərclərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh olan atası ilə anası-X3 2002- ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Nikahlarından xx xxxxxx 2002-ci ildə o, İddiaçı dünyaya gəlmişdir Cavabdeh olan atası ilə anası arasında münasibətlər korlanmışdır. Atası onun maddi vəziyyəti ilə maraqlanmamış və anası aliment tələbi ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Nizami rayon Məhkəməsinin qətnaməsi ilə onun-yetkinlik yaşına çatmayan xx xxxxxx 2002-ci il İddiaçı saxlanması üçün 154 manat alimentin tutuması müəyyən edilmişdir. Hal hazıra yetkinlik yaşına çatmışdır və alimentin ödənişi dayandırılmışdır. Bildirir ki, 2020-ci ildə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi kursuna daxil olmuş və orada əyani formada, ödənişli təhsil alır. Hal hazırda əyani şöbədə 1-ci kursda təhsil aldığından heç bir yerdə işləmir. Çünki təhsil qrafiki buna heç cür imkan vermir. Hazırki təhsili, gündəlik xərcləri müəyyən qədər pul tələb edir. Bura təhsil haqqını hələ daxil etmir Aylıq xərclər ən azından 130-150 manat təşkil edir. Qəbzləri məhkəməyə təqdim edə bilməsəm də aydındır ki, gündəlik xərclər minimum 5 manat xərclənir. O isə həmin pulu və təhsil haqqını ödəyə bilmir. Yeganə kömək edən şəxs anasıdır. Anası da hal-hazırda yataq xəstəsidir. Artıq ona kömək edə bilmir. Atası əlavə xərclərin ödənilməsinə cəlb edilməlidir. Qeyd olunanlara əsasən xx.xx.2002-ci il təvəllüdlü İddiaçı təhsili və gündəlik xərcləri ilə bağlı xərclərin təmin edilməsi məqsədilə hər ay 130 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, X3 2002-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikahdan xx xxxxxx 2002-ci ildə mən İddiaçı dünyaya gəlmişdir X4 ilə aralarında münasibətlər korlandığı üçün aliment tələbi ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Nizami rayon Məhkəməsinin qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx xxxxxx 2002-ci il İddiaçı saxlanması üçün 154 manat alimentin tutuması müəyyən edilmişdir. Aliment kəsiləndən sonra qızı İddiaçı yetkinlik yaşına çatana kimi alimenti hər ay vaxtı vaxtında ödəmiş və aliment ödəməkdən yayınmamışdır. İndi də öz qızının təlim tərbiyəsində iştirak etmək istəyir, çünki bu onun bir ata kimi borcudur. Lakin hal-hazırda xəstə olduğu və heç yerdə işləmədiyi üçün hər ay yalnız 100 manat məbləğində pul ödəməyə gücü çatır. Həmin məbləği hər ay vaxtı vaxtında ödəməyi öz öhdəsinə götürür. İddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: AZ-İ seriyalı 28817 nörməli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15.08.2006-ci il tarixdə 24 nömrəsi ilə qeyd edilmişdir. AR Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 23.11.2020-ci il tarixli 105 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də, 11-ci sinif bazasından 15.09.2020-ci il tarixdən Texniki və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkıəzinə daxil olmuş və ödənişli əsaslarla təhsil alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 81.1- ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən. valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən,eləcə də cavabdehin iddianı qismən,100 manat məbləğdə etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü İddiaçı təhsili və gündəlik xərcləri ilə bağlı xərclərin təmin edilməsi məqsədi ilə hər ay 100 (yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü İddiaçı təhsili və gündəlik xərcləri ilə bağlı xərclərin təmin edilməsi məqsədilə hər ay 100 (yüz) manat məbləğində pul İddiaçı verilməsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar