Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-165/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0,08 ha torpaq sahəsinin alınması ilə əlaqədar 21.09.2014-cü il tarixdə Cavabdeh ilə bağladığı AN-1-0456571 saylı “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən cavabdehin hesabına ödədiyi 20.000 (iyirmi min) manat məbləğində pulun əvəzi olaraq 2015-ci ildə baş vermiş iki dəfə devalvasiyanı və hazırda 1 ABŞ dollarının 1,70 AZN bərabər olmasını nəzərə alıb cavabdehdən 43.589,7 manat məbləğində (20.000:0,78 ABŞ dolları= 25.641 ABŞ dolları x 1,70 AZN= 43.589,7 manat) pulun, 21.09.2014-cü il tarixli müqavilə şərtlərini kobud şəkildə pozduğuna və 05.03.2018-ci ildən 05.06.2021-ci ilə kimi, yəni 41 ay müddətində dəfələrlə tələb etməyinə baxmayaraq ona borclu olduğu 20.000 manat məbləğində pulu indiyə kimi qaytarmamış 3 il 5 ay, cəmi 41 ay gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən həmin məbləğin illik 5% miqdarını təşkil edən 6833,88 (altı min səkkiz yüz otuz üç manat,səksən səkkiz qəpik) manat məbləğində pulun (20.000 manat x 5% = 100.000 manat: 12 ay =83,34 manat (aylıq faiz) x 41 ay (öhdəliyin icra olunmadığı müddət) =6833,88 manat), habelə onun 20.000 manat məbləğində pulunu ələ keçirməklə ona vurduğu mənəvi zərərə görə 25.000 (iyirmi beş min) manat məbləğində pulun, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh bacısı Məhbubə Hüseynova ilə 20 ildən çoxdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki çay fabrikində bir yerdə işləyir. 2014-cü ildə o, ailəsilə məsləhətləşəndən sonra gələcəkdə oğlanlarına ev tikmək üçün Bakı şəhərində münasib yerdən torpaq sahəsi almağı qərara gəlmişdir. Bu fikrini o, iş yoldaşı Məhbubə Hüseynovaya bildirən zaman iş yoldaşı ona qardaşı Cavabdeh maklerlik etdiyini, torpaq, ev, mənzil alqı-satqısı işləri ilə məşğul olduğunu bildirdi və onu ona yönləndirdi. Ona görə də o, torpaq sahəsi almaq üçün Cavabdeh müraciət etmiş və Cavabdeh ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində ona məxsus torpaq sahəsi olduğunu, nə qədər istəsə həmin torpaq sahəsindən 1 (bir) sotu 2500 (iki min beş yüz) manat olmaqla sata biləcəyini bildirmişdir. Ondan sonra o, həyat yoldaşı X1 və Cavabdehla birgə sonuncunun Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ona məxsus olduğunu dediyi torpaq sahəsinə gedib baxmış, torpaq sahəsinin yerləşdiyi yer xoşlarına gəldiyinə görə həmin ərazidən 0,08 ha ölçüdə torpaq sahəsi almaq qərarına gəlmişlər. Alqı-satqı müqaviləsi bağlamaq məqsədilə o, həyat yoldaşı Elxan Əbdülkərimov və qaynı X2 Cavabdehla bərabər 21.09.2014-ci ildə Abşeron rayonununda yerləşən 1 saylı notariat kontoruna getmişlər. Həmin gün Cavabdeh 0,08 ha torpaq sahəsi almaları ilə əlaqədar Cavabdehla arasında 21.09.2014-cü il tarixli, AN-1-0456571 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və sotu 2500 (iki min beş yüz) manatdan olmaqla cəmi Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pulu həyat yoldaşı onun və qaynı Rahim Əbdülkərimovun yanında cavabdehə vermişdir. Alqı-satqı müqaviləsindən sonra öz adına həmin 0,08 ha torpaq sahəsinə 21.11.2014-cü ildə AR ƏMDKY DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən reyestr nömrəsi **********08, seriya nömrəsi AA-030214 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədini, 22.11.2014-cü ildə isə 4 saylı Ərazi İdarəsindən Seriya RX olan, ******* nömrəli Çıxarış almışdır. 0,08 ha torpaq sahəsini cavabdehdən alandan sonra belə oranı hasara almağa qərara gəlmişlər. Bu məqsədlə Cavabdeh müraciət edib gələcəkdə hər hansı problemlə üzləşməmək üçün ona satdığı torpaq sahəsinin sərhədlərini naturada, yerində dəqiq göstərməsini xahiş etmiş, Cavabdeh isə bunun üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları gəlməli, satdığı 0,08 ha torpağın sərhədlərini müəyyən etməli olduğunu bildirmişdir. Bunun üçün o, əlavə olaraq 200 (iki yüz) manat pul istəmiş, o da razılaşaraq ona istədiyi 200 manat pulu vermişdir. Aradan bir az keçəndən sonra Cavabdeh bu məsələni həll edibetməməsini soruşan zaman satdığı 0,08 ha torpağın sərhədlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları gəlib yerində ölçdüyünü və sərhədlərini dəqiq müəyyənləşdirdiklərini bildirmiş, onlar da cavabdehin dediklərinə inanmışlar. Daha sonra Cavabdeh ona satdığı torpaq sahəsinin sərhədlərini naturada göstərmiş, torpaq sahəsinin sərhədlərini naturada göstəriləndən sonra elə 2014-cü ildə onlar cavabdehin onlara göstərdiyi sərhədlərə uyğun olaraq aldıqları torpaq sahəsini hasara almaq üçün lazım olan tikinti materiallarını (mişar daşı, qum və semet və s.) alıb usta çağırıb torpaq sahəsini daş hasara aldırmış və iki yerdən torpaq sahəsinə giriş üçün qapı yeri qoydurmuşlar. Onlar gələcəkdə həmin torpaq sahəsini bərabər şəkildə iki yerə bölməklə hər iki oğullarına həmin torpaq sahəsində evlər tikdirmək fikrində olmuşlar. Tikinti materialları alıb hasarı hörməyə və usta puluna görə onların cəmi 3000 (üç min) manat və torpaq sahəsinin sənədləşməsinə görə isə onun 1000 (min) manat əlavə xərci çıxmışdır. O və ailə üzvləri cavabdehdən aldıqları torpaq sahəsini tez-tez baş çəkir və ona baxırdılar. 2018-ci ilin mart ayının 5-də növbəti dəfə torpaq sahələrinə baxmağa gedən zaman aldıqları torpaq sahəsinə kiminsə daş tökdürdüyünü və həmin torpaq sahəsinin satılması barədə elan və elanda özünün telefon nömrəsini yazıb hasara vurduğunu görmüş, həmin telefon nömrəsi ilə əlaqə saxlayan zaman torpaqlarına gəlib girən və oraya daş tökdürən və torpağın satılması barədə elan yazan adamın Cavidan adında bir nəfər olduğu müəyyən olunmuşdur. Daha sonra Cavidanla etdikləri söhbətlər zamanı o, cavabdehin 2016-cı ildə Məmmədli kəndində ona da başqa yerdə torpaq sahəsi satdığını, cavabdehdən aldığı torpaq sahəsində iş görmək istəyəndə Cavabdeh onu aldatdığını, həmin torpaq sahəsinin Cavabdeh deyil, tamam başqa adama məxsus olduğunu bildirmişdir. Buna görə də torpağın sahibi onu həmin torpaq sahəsindən çıxarmışdır. Ondan sonra Cavidan Cavabdeh müraciət edib vəziyyəti sonuncuya deyib pulunu və torpağını tələb etməyə başlayanda Cavabdeh vəziyyətdən çıxmaq üçün onu gətirib hasara aldıqları 0,08 ha torpaq sahəsinə salmışdır. O, Cavabdeh göstərişi ilə gəlib onların torpaq sahəsinə girmiş və daş alıb həmin bu torpaq sahəsinə tökmüşdür. Cavabdeh hasara aldıqları 0,08 ha torpaq sahəsi barədə soruşanda cavabdeh ona bildirmişdir ki, bu torpağın sahibi, yəni onlar Rusiyada yaşayırlar. Hətta daha sonra Cavidanı inandırmaq üçün cavabdeh ona məxsus torpaq sahəsinin xeyir-duasmı Cavidana vermək üçün cavan bir oğlanı onun oğlu olması adı ilə həmin torpaq sahəsinə gətirmiş və həmin oğlan cavabdehlə bir yerdə ona məxsus 0,08 ha torpaq sahəsinin xeyir-duasını Cavidana vermişdir. Cavidan da cavabdehə torpaq sahəsi almaq üçün xeyli pul vermiş və cavabdeh onlara satdığı torpaq sahəsini ona vermişdir. Cavabdeh ona başqa yerdən torpaq sahəsi verməyincə və ya pulunu qaytarmayınca onların hasara aldıqları 0,08 ha torpaq sahəsindən çıxmayacaq və bu torpaq sahəsində hər hansı iş görməyə imkan verməyəcək. Cavabdeh öz qanunsuz və dələduz hərəkətləri ilə onu 3 (üç) ildən çoxdur ki, Cavidan adlı şəxslə üz-üzə qoymuş və onlara ciddi problemlər yaratmışdır. Bu problemlər bu gün də davam edir. O və həyat yoldaşı Elxan Əbdülkərimov vəziyyəti belə görəndə cavabdehdən aldıqları 0,08 ha torpaq sahəsinin koordinatlarının həqiqətən naturada düzgün müəyyən olunub-olunmaması məsələsini aydınlaşdırmaq üçün DƏDRX-nin əməkdaşlarına müraciət etmişlər. Həmin idarədən əməkdaşlar gəlib 0,08 ha torpaq sahəsini ölçəndən və “plan və ölçüsü” barədə verilmiş sənədlə tutuşdurandan sonra bu işdə də Cavabdeh onları aldatdığı və sərhədlərinin naturada düzgün müəyyən edilmədiyi müəyyən olunmuşdur. O, vəziyyəti belə görəndə 2018-ci ilin mart ayının əvvəllərində cavabdehə müraciət edib vəziyyəti ona demiş və aldadıldığını gördüyünə görə verdiyi pulu ondan tələb etməyə başlamış, cavabdeh tezliklə pulunu və ya başqa yerdən torpaq sahəsi verəcəyini desə də, bu ancaq söz olaraq qalmış və indiyə kimi bunun heç bir müsbət nəticəsi olmamışdır .Cavabdeh 2018-ci ilin mart ayından indiyə kimi cürbəcür bəhanələrlə onu və həyat yoldaşını aldadır. Nə pulu qaytarır, nə Cavidanla aralarında yaratdığı problemi həll edir, nə də başqa yerdən torpaq sahəsi verir. 2018-ci ilin mart ayından indiyə kimi ailəsində Cavabdeh onları aldadıb pullarını ələ keçirməsi, mənimsəməsi və etdiyi dələduzluq hərəkətləri ilə bağlı böyük münaqişə yaranmış, bu münaqişə günü-gündən artmış, kəskinləşmiş və özünün pik həddinə gəlib çatmışdır. Həyat yoldaşı Elxan Əbdülkərimov da onu bu işdə günahkar bilir. Onunla bərabər bütün ailə üzvləri psixoz vəziyyətinə düşmüşdür. Əsəbləşməkdən əsəbləri tamam pozulmuşdur. Həyat yoldaşı Elxan Əbdülkərimov birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla 3-cü qrup əlildir. Müharibə vaxtı digər xəsarətlərlə bərabər ciddi kontuziya alıb. Oğlu Elman sol gözünə görə 3-cü qrup əlildir. Cavabdehin onların etibarından sui-istifadə edərək onları aldatması həyat yoldaşının səhhətində ciddi problemlər yaratmışdır. Onunla bərabər bütün ailə üzvləri cavabdehin etdiyi bu qanunsuz hərəkətlərindən dərin və ölçüyəgəlməz dərəcədə mənəvi sarsıntılara, əzab- əziyyətlərə, iztirablara məruz qalmış və qalmaqda davam edir. Cavabdeh bu qanunsuz hərəkətlərini görəndən sonra ondan aldığı 0,08 ha torpaq sahəsinə görə verdiyi 20.000 manat pulu və əlavə olaraq sənədləşməyə və hasarı hördürməyə görə çəkdiyi 4000 manat pulu, cəmi 24.000 manat məbləğində pulu geri almaq üçün 2019-cu ilin mart ayında Abşeron rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, müraciətdən sonra Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi polis baş leytenantı Tural Şəkərov şikayəti üzrə araşdırma aparmış, araşdırma zamanı hazırda iddia ərizəsində qeyd etdiyi bütün faktlar öz təsdiqini tapmışdır. Cavabdeh özü də ona 2014-cü ildə Məmmədli kəndi ərazisində sotu 2500 (iki min beş yüz) manat olmaqla 0,08 ha torpaq sahəsi satdığını və buna görə ondan 20.000 (iyirmi min) manat məbləğində, torpağın sərhədlərini naturada müəyyən etmək üçün əlavə 200 (iki yüz) manat pul aldığını, torpaq sahəsini daş hasara aldıqlarını, Cavidan adlı şəxsi 2018-ci ildə gətirib onların torpağına salmasını və Cavidanın onların torpaq sahəsindən çıxmadığını tam etiraf etmişdir. Abşeron rayon polis idarəsində araşdırma aparılan zaman cavabdeh 10 gün vaxt istəmiş və 10 gün müddətində borcunu tam şəkildə ödəyəcəyinə söz vermişdir. Ancaq cavabdeh verdiyi sözə əməl etməmiş və indiyə kimi də əməl etmir. X9 araşdırma aparandan sonra 25.03.2019-cu ildə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmiş və bu məsələ mülki xarakterli məsələ olduğuna görə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə bağlı qərarın surətini 02.04.2019-cu il tarixli məktubla ona göndərmişdir. X6 həmin bu qərarı Abşeron rayon prokurorunun müavini Nail Əliyev tərəfindən 19.09.2019-cu ildə ləğv edilmişdir. Lakin ondan sonra da bu günə kimi Cavabdeh nə ondan aldığı pulları geri qaytarmış, nə Cavidan adlı şəxsi ona məxsus 0,08 ha torpaq sahəsindən çıxarmış, nə də ona başqa yerdən torpaq sahəsi vermişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 2021-ci ildə də o, cavabdehdən pullarını və ya əvəzində başqa torpaq sahəsi verilməsini tələb edəndə 2021-ci ilin mart-aprel aylarında cavabdeh bir neçə dəfə onu və həyat yoldaşı X4 kəndinə aparmış və müxtəlif yerlərdə yerləşən 10-12 sotdan ibarət torpaq sahələrini göstərərk bu torpaq sahələrinin də ona məxsus olduğunu, əgər istəsələr, 2014-cü ildə satdığı 0,08 ha torpağın əvəzinə verdiyini bildirmişdir. Onlar onun dediklərinə inanıb onunla razılaşandan sonra rəsmiləşdirmə işləri aparmamışdan əvvəl növbəti dəfə aldanmamaq üçün DƏDRX-nə müraciət edərək öz şəxsi vəsaitləri hesabına həmin idarədən əməkdaşlar gətirib cavabdehin göstərdiyi və ondan 2014-cü ildə aldıqları torpaq sahəsi əvəzinə vermək istədiyi torpaq sahələrinin kimə və ya kimlərə məxsus olmasını müəyyən edərkən məlum olmuşdur ki,Cavabdeh yenə onları aldatmış, onlar vermək istədiyi torpaq sahəsi tamam başqa-başqa şəxslərə məxsusdur. Bu barədə cavabdehə deyəndə isə o, hər dəfə vəziyyətdən çıxmaq üçün bildirir ki, bu ola bilməz. Son üç ildə məlum olmuşdur ki,cavabdeh tək onu yox, bir çox saf və təmiz insanları aldadıb tora salmış və başlarına eyni oyunları açmışdır. Cavabdeh indiyə kimi ona yalnız 2021-ci ilin iyun ayında 4000 (dörd min) manat pul qaytarmışdır. Həmin pulu verən zaman da demişdir ki, qalan 20.000 (iyirmi min) manatı da səhəri gün gətirib verəcək. Ancaq aradan bir aydan çox vaxt keçməsinə baxmayaraq dediyinə əməl etməmişdir. O, cavabdehdən 2014-cü ildə Məmmədli kəndində 0,08 ha torpaq sahəsi alan zaman həmin kənddə torpağın bir sotu 2500 manat idi. Hazırda isə Məmmədli kəndində 1 sot torpağın qiyməti 4500 manatdır. Digər tərəfdən 2015-ci ildə iki dəfə devalvasiya olmuş və nəticədə Azərbaycan manatı ABŞ dolları qarşısında dəyərini iki dəfədən çox itirmişdir. Cavabdeh həmin pulu qaytarmamaqla ona külli miqdarda ziyan vurmuşdur. Cavabdeh onu aldadıb 20.000 manat pulunu ələ keçirməylə bağlı etdiyi qanunsuz və cinayətkar hərəkətləri ilə eyni zamanda ən azından ona 25.000(iyirmi beş min) manat məbləğində mənəvi zərər də vurmuşdur. Cavabdeh 21.09.2014-cü ildə ona ödədiyi 20.000 manat məbləğində pulu 05.03.2018-ci ildən başlayaraq dəfələrlə tələb etməsinə baxmayaraq indiyə kimi qaytarmamış və qaytarmaqdan qəsdən boyun qaçırmışdır. Ona görə də cavabdehdən ona torpaq sahəsini almağa görə ödədiyi 20.000 manat məbləğindəki puldan əlavə, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən tutulub ödənilməli olan 20.000 manat pulun illik məbləğinin 5%-i 05.03.2018-ci ildən bu günə kimi, yəni 05.08.2021-ci ilə kimi olan dövr üçün tutulub ona ödənilməlidir. Cavabdeh onun hesabına ödədiyi həmin pulu qaytarmağı 05.03.2018-ci ildən bu günə kimi, yəni 3 il 5 ay, başqa sözlə 41 ay gecikdirmişdir. 21.09.2014-cü il tarixli müqavilə şərtlərini kobud şəkildə pozub 41 ay müddətində dəfələrlə tələb etməsinə baxmayaraq borclu olduğu 20.000 manat məbləğində pulu indiyə kimi qaytarmamışdır. 3 il 5 ay, cəmi 41 ay gecikdirdiyinə görə əlavə olaraq həmin məbləğin illik 5% miqdarını təşkil edən 6833,88 (altı min səkkiz yüz otuz üç manat,səksən səkkiz qəpik) manat pul 20.000 manat x 5% = 100.000 manat :12 ay =83,34 manat (aylıq faiz) x 41 ay (öhdəliyin icra olunmadığı müddət) =6833,88 manat) tutulub ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, həyat yoldaşı müharibə əlilidir. Aldığı 0,08 ha torpaq sahəsinin sənədləşməsinə görə onun 1000 (min) manat əlavə xərci çıxmışdır. 2018-ci ilin mart ayının 5-də yenidən torpaq sahəsinə baxmağa gedən zaman aldıqları torpaq sahəsinə kiminsə daş tökdürməsini və həmin torpaq sahəsinin satılması barədə elan, elanda da özünün telefon nömrəsini yazıb hasara vurmuşdur. Həmin telefon nömrəsi ilə əlaqə saxlayan zaman həmin şəxsin Cavidan adında bir nəfər olduğunu öyrənmişlər. Daha sonra Cavidanla görüşüb söhbətlər edən zaman cavabdehin onu aldadaraq ona məxsus olmayan, tamam başqa adama məxsus olan torpağı ona satdığı müəyyən olunmuşdur. Buna görə də torpağın sahibi onu həmin torpaq sahəsindən çıxarmışdır. Ondan sonra Cavidan cavabdehdən pulunu və torpağını tələb etməyə başlayanda cavabdeh vəziyyətdən çıxmaq üçün onu onların hasara aldıqları 0,08 ha torpaq sahəsinə salmış, Cavidan Cavabdeh göstərişi ilə gəlib onların torpaq sahəsinə girmiş və daş alıb həmin bu torpaq sahəsinə tökmüşdür. O həmçinin qeyd etdi ki, cavabdeh əvvəlki torpaq sahəsinin yerinə başqa torpaq satanda torpağın bacısı oğlu Əliyarın adına olduğunu demiş, lakin kadastrdan nümayəndə gəlib yoxlayaraq həmin torpağın cavabdehə aidiyyatı olmadığını bildirmişdir. Məhəkmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin birinci hissəsi ilə bağlı ekspert rəyi ilə razı olduğunu bildirdi və iddianın digər hissələrdə tam təmin olunmasını xahiş etdi. Əlavə olaraq o bildirdi ki, həmin torpaq sahəsi 2014-cü ildə 2500 manat olmuşsa, hal-hazırda orada torpağın sotu 4500 manatdır. Cavabdeh dəfələrlə söz verib amma sözünün üstündə durmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, 20.000 manatla razı olduğunu, ancaq ekspert rəyi ilə və iddia tələbinin qalan hissəsi ilə razı olmadığını bildirdi. O, əlavə olaraq qeyd etdi ki, onun mülkiyyətində olan torpağı 13 nəfərə satmış, həmin 13 nəfərin içində 2 nəfərə 8 sot torpaq satmış, onlardan biri də Gültəkin xanım olmuşdur. O, alqı-satqını tam qanuni həyata keçirmiş, hər şeyi qanunla etmiş, reyst xidmətindən mütəxəsis çağırmış, hər kəsə öz koordinatları vurularaq torpaq sahələri verilmişdir. Bir müddət o, burada olmamış, qayıtdıqdan sonra belə bir mübahisənin olduğundan xəbər tutmuş və orada koordinat dəyişməsi olmasını öyrənmişdir. Reyestr xidmətinin məsuliyyətsiz bir əməkdaşı çertyoju tərsinə çevirən zaman koordinatlar yerini dəyişmişdir. O, Gültəkin xanımın torpağını satmamışdır. Bu problemi onlara törədən kadastr şöbəsindəki əməkdaşdır. O, sonradan araşdırmışdır ki, hamıya eyni sahə verilmədiyinə görə onun sahəsi başqasının sahəsinə, başqasının sahəsi da onun sahəsinə düşmüşdür. O, mütəxəssis çağıraraq orada iddiaçı tərəfin də öz koordinatlarını yerində düzgün vurulmasını xahiş etmiş, amma həmin vaxt Gültəkin xanım mütəxəsisin şəkillərini telefonla çəkməyə başladığından mütəxəsis çıxıb getmişdir. O, həmçinin müqavilədən kənar razılaşmadan 4000 manat pul verdiyini, 20.000 manat qaldığını, polisdə araşdırma aparılarkən onun dediyinin təsdiq tapdığını və cinayət işinin rədd edildiyini, bacısı oğlunun adına torpağı onlara vermək istədiyini, çıxarış olmadığı üçün vaxt lazım olduğunu, sonradan Gültəkin xanımın torpağı istəmədiyini, pulu geri verməsini dediyini, sonra ondan çıxarışlı torpaq istədiklərini dostunun oğlunun adına rəsmiləşdirdiyi torpağı vermək istədiyini, ancaq razılaşmadıqlarını, eyni zamanda öz torpağını satıb vermək istəsə də torpağın satılmadığını, 20000 manatı ödəməyə imtina etmədiyini, ya pulu, ya da torpağı verməyə razı olduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, ******* saylı, 21.09.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh tərəfindən İddiaçı satılmış və torpağın alınması üçün 20.000 manat Cavabdeh verilmiş, torpaq İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriya ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə 22.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, iddiaçı torpağın ölçüsünü müyyən etmək üçün cavabdehə əlavə 200 manat vermişdir. Daha sonra koordinatlar yerini dəyişdiyindən İddiaçı aldığı torpaq sahəsi başqası tərəfindən də alınmışdır. Cavabdeh əvvəlki torpaq sahəsinin yerinə başqa torpaq satmağı bildirmiş, laki həmin torpaq sahəsi cavabdehə aid olmamışdır. İddiaçı Cavabdeh tərəfindən dələduzluq yolu ilə 24.000 manat vəsaitin ələ keçirilməsinə dair cinayət əməli ilə bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət etmiş, 25.03.2019-cu il tarixli “cinayət işi başlamasının rədd edilməsi” haqqında Qərar ilə toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, İddiaçı mövcud mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması müəyyən edilmişdir. Qərardan görünür ki, Cavabdeh izahatında Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən İddiaçı satdığını, 6 ay ərzində Gültəkinin ona ümumilikdə 20.000 manat verdiyini, torpağın ölçüsünü vermək üçün əlavə 200 manat aldığını, torpağın sənədlərində qarışıqlıq olduğunu, torpaq sahələrinin yerinin səhv düşməsinin ondan aslı olmadığını, problemi həll edəcəyini Gültəkinə desə də Gültəkinin torpaq sahəsini istəməyərək pulunu istədiyini bildirmişdir. Hazırda iddiaçı cavabdeh tərəfidən verdiyi pul qaytarılmadığı üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.03.2022-ci il tarixli rəyinə əsasən, 21,09.2014-cü il tarixdən (alqı-satqı tarixi) 11.10.2021-ci il tarixədək (ekspertiza təyini haqqında qərardadın tarixi) İddiaçı ödənilməli 20.000,00 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi 59.3 faizi ilə hesablanmaqla 11.10.2021-ci il tarixə hesablanmış cari dəyəri 31.860,00 manat (ödənilməli əsas məbləğ 20.000 manat, istehlak qiymətləri indeksi faizi 11.860,00 manat olmaqla) məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Cavabdeh 21.09.2014-cü il tarixli Daşınmaz Əmlakın alqısatqı müqaviləsi ilə öhdəlik götürmüş, ancaq öhdəliyini yerinə yetirməmiş, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsini İddiaçı satsa da, faktiki razılaşdırılmış torpaq sahəsini ona verməmiş, həmin torpaq sahəsinin yerinə verəcəyi torpaq sahəsi onun adına olmamış, daha sonra Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsi üçün ödənilmiş 20.000 manat vəsaiti İddiaçı Cavabdeh tələb etsə də həmin məbləği qaytarmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh alqı-satqı müqaviləsi ilə iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada iddiaçıya qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Bununla yanaşı, Cavabdeh məhkəmə iclasında və 25.03.2019-cu il tarixli “cinayət işi başlamasının rədd edilməsi” haqqında Qərarda İddiaçı ona Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsinin alınması üçün 20.000 manat pul verdiyini və onu qaytarmadığını etiraf etmiş, həmin məbləği iddiaçıya ödəməkdən imtina etməmişdir. Məhkəmə İddiaçı iddia tələbinin “2015-ci ildə baş vermiş iki dəfə devalvasiyanı və hazırda 1 ABŞ dollarının 1,70 AZN bərabər olmasını nəzərə alıb cavabdehdən 43.589,7 manat məbləğində (20.000:0,78 ABŞ dolları= 25.641 ABŞ dolları x 1,70 AZN= 43.589,7 manat) pulun cavabdehdən tutulub ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı iddia tələbində 2015-ci ildə baş verən devalvasiyanı nəzərə alsa da Cavabdeh vəsait manatla verildiyindən, devalvasiya 20.000 manat vəsaitə aid edilmədiyindən devalvasiya hissəsi təmin edilməməli, lakin hazırda Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinin sotu 4500 manat olduğundan, inflyasiya prosesləri baş verdiyindən, manatın dəyəri 2015-ci ilə münasibətdə dəyişdiyindən iddia bu hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd olunan maddənin təfsirinə görə həmin maddə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsini müəyyən edir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası məsələlərini xüsusi olaraq tənzim edən ayrıca normativ hüquqi akt qəbul olunmadığına görə məhkəmə hesab edir ki, «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 17 iyun 1992ci il tarixli 174 saylı Qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 sentyabr 1992-ci il tarixli 479 saylı qərarı ilə təsdiq edilmiş «İstehlak mallarının və xidmətlərinin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşməsi qaydası haqqında metodik təlimat» Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun olaraq şərh olunan maddədə nəzərdə tutulmuş məsələnin həlli üçün qanunun analogiyası qaydasında tətbiq edilməlidir. Belə ki, «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, indeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləği bu qanunla tənzimlənən indeksləşdirmə obyekti olmasa da, həmin qanunda tənzimlənən indeksləşdirmənin mahiyyətini və məqsədini əks etdirən tərif məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına da tətbiq oluna bilər. Bu mənada Mülki-Prosessual Məcəlləsinin 232-ci maddəsində ödənilməli olan pul məbləğlərinin indeksasiyasına dair prosessual hüquq normasının müəyyən olunmasının məqsədi tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından ibarətdir. İş üzrə təyin edilmiş Məhkəmə-mühasibatlıq ekspertizasının 03.03.2022-ci il tarixli rəyindən də görünür ki, 21,09.2014-cü il tarixdən (alqı-satqı tarixi) 11.10.2021-ci il tarixədək (ekspertiza təyini haqqında qərardadın tarixi) İddiaçı ödənilməli 20.000,00 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi 59.3 faizi ilə hesablanmaqla 11.10.2021-ci il tarixə hesablanmış cari dəyəri 31.860,00 manat (ödənilməli əsas məbləğ 20.000 manat, istehlak qiymətləri indeksi faizi 11.860,00 manat olmaqla) məbləğində müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 20.000 manat pul vəsaiti indeksləşdirilərək, müəyyən olunmuş ideksasiya məbləği İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəlməsinə baxmayaraq cavabdeh iddiaçı qarşısında pulun qaytarılması öhdəliyi götürməsinə baxmayaraq məhkəmə araşdırması ilə cavabdehin iddiaçının vəsaitini əlində saxlanması ilə varlanması halı müəyyən olunmamış və iddiaçının həmin vəsaitdən konkret hansı fayda əldə edəcəyinə dair dəlillər gətirilməmişdir. Məhkəmə iddia tələbinin “mənəvi zərərə görə 25.000 manat məbləğində pulun X5 tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Hüseynov İntı̇ qam Tapdiq oğlundan Abdulkərı̇ mova Gültəkı̇ n Qəndı̇ qızının xeyrinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alınması ilə əlaqədar 21.09.2014-cü il tarixli, AN-1-0456571 saylı "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsi üzrə ödənilmiş 20000 manat, həmin vəsaitə görə hesablanmış 11860 manat istehlak qiymətləri indeksi faizi olmaqla ümumilikdə 31860 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200,00 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin Hüseynov İntı̇ qam Tapdiq oğlundan Abdulkərı̇ mova Gültəkı̇ n Qəndı̇ qızının xeyrinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alınması ilə əlaqədar 21.09.2014-cü il tarixli AN-1-0456571 saylı "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsi üzrə ödənilmiş 20000 manat, həmin vəsaitə görə hesablanmış 11860 manat istehlak qiymətləri indeksi faizi olmaqla ümumilikdə 31860 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200,00 manat pul Hüseynov İntı̇ qam Tapdiq oğlundan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-165/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-165/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver