Məhkəmə qərarları › İş №2(007)-1663/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1663/2021

05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1663/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qzının sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, bacısı X1 11 dekabr 2020-ci il tarixdə ölməsi ilə əlaqədar hüquqi faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirdi ki, onun bacısı X2 30.09.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 36 A ünvanında qeydiyyatda olmaqla, ünvan 2cısı kəskin qaraciyər çatışmazlığından əziyyət çəkdiyindən 11 dekabr 2020-ci il tarixdə, saat 13 radələrində yaşadığı ünvan 3 ünvanında kəskin qaraciyər çatışmazlığından vəfat etmişdir. Təcili tibbi yardıma mərhum bacısının adına çağırış edilmiş, lakin 13 radələrində həkim gələnə qədər bacısı X2 vəfat etmişdir. Bacısı poliklinikada qeydiyyatda olmadığından, ölüm haqqında həkim şəhadətnaməsi ala bilməmişdir. Mərhum bacısının adına ölüm haqqında şəhadətnamə almaq üçün Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mərhum bacısı 30.09.1974-cü ildə, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 36 A ünvanında qeydiyyatda olan, bacısı X1 11 dekabr 2020ci il tarixdə, Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Təcili və X3 Stansiyasının 11.12.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 46 yaşlı X2 qadın cinsli meyit (həkimə qədər) aşkar olunub. Ölüm səbəbi kəskin qaraciyər çatışmazlığıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05Q-412/15 saylı 24.02.2021-ci il tarixli məktubda göstərilir ki, X1 ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə ölüm faktını təsdiq edən tibb müəsisəsinin müvafiq sənədi olduqda qeydiyyat şöbəsi tərəfindən aparılır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 05.04.2021-ci il tarixli 200 nömrəli arayışdan görünür ki, X2 11.12.2020-ci il tarixdə Maştağa qəsəbəsi, Daş karxanası ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, X1 11 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin olunsun. 30.09.1974-cü il təvəllüdlü X1 11 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar