Məhkəmə qərarları › İş №2(007)-1683/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1683/2021

01.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1683/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi dövlət rüsumunun ödənilməsinə dair qəbzi ərizəyə əlavə etmədən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin böyük məsləhətçisi Ceyhun Bayramov, dəftərxana müdiri Cəmilə Paşayeva, məsləhətçi kompyuter proqramçı Roza Hacıyeva tərəfindən tərtib edilmiş 26.02.2021-ci il tarixli 28 nömrəli aktından da görünür ki, Ərizəçi tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə poçt vasitəsilə göndərilən ərizənin qoşma hissəsində qeyd edilən dövlət rüsumunun ödənilməsinə dair qəbz aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, dövlət rüsumu ödənilmədiyindən hazırkı ərizənin icraata qəbul edilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 108.1.1, 152, 263- 264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar