Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1815/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimetin miqdarının dəyişdirilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimetin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh X2 ilə 27 senlyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 16 mart 2007ci il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə Bakı şəhəri Nizami rayon məhkəməsinin 22 dekabr 2011-ci il tarixli, 2(007)-1326/2011 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(007)-4221/2017 saylı qətnaməsinə əsasən, 16 mart 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat alimentin Cavabdeh tutularaq mənə verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən tutulan 140 manat məbləğində alimentlə hazırki vaxtda uşağın saxlanılmasında çətinlik çəkir. Alimentin tutulmasından uzun müddət keçmiş, həmin müddət ərzində bazar qiymətləri artmış və belə olan halda 140 manat məbləğlə uşağın saxlanılması qeyri mümkündür. Eyni zamanda bildirir ki, cavabdeh işləyir və aylıq qazancı kifayət qədərdir edir. O, məcburiyyət qarşısında qalaraq alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin olunması, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(007)-4221/2017 saylı qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə tutulan alimentin artırılması, 16 mart 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçı özü hal-hazırda 7 saylı doğum evinin tərkibindəki qadın məsləhətxanasında tibb bacısı kimi işləyir. Mülkiyyətində avtonəqliyyat vasitəsi vardır və özünün tələb etdiyi alimentin məbləğinə ehtiyacı yoxdur. O, isə hazırda rəsmi nikah bağlayaraq ikinci dəfə ailə qurmuşdur və bu nikahdan iki övladı var. Onu da bildirir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik fəhləlik edərək ailəni zorla dolandırır. Ailəni dolandırmaqda çətinlik çəkir. Aldığı günəmuzd əmək haqqı ailəsini təmin etmir. Ona görə də xahiş edir ki, İddiaçınin ona qarşı alimentin artırılması tələbini təmin olunmasın Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4221/2017 saylı, 14 iyul 2017-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki,tərəflər arasında bağlanmış nikah Nizami Rayon Məhkəməsinin 22 dekabr 2011-ci il tarixli qətnaməsi ilə pozulmuş,tərəflərin birgə nikahından doğulmuş ilə 16 mart 2007-ci il təvəllüdlü X3 anasının himayəsində saxlanması onun yetkinlik ik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul 100 manat alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.Sonradan İddiaçı alimentin artırılması üçün məhkəməyə müraciət etmiş,aliment artırılaraq 140 manat müəyyən olunmuşur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış 16 mart 2007-ci il təvəllüdlü X1 mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4221/2017 saylı, 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment artırılmalı, Cavabdeh İddiaçı xeyrinə 16 mart 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4221/2017 saylı, 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment artırılsın. 16 mart 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1815/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1815/2021
29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver