Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1954/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki,o,xx.xx.2001-ci i tarixdə anadan olmuşdur,yəni yetkinlik yaşına çatmışdır.Əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti yoxdur.Ona daimi anası baxır.Ona görə də anası heç yerdə işləyə bilmir.O,anadangəlmə xəstədir.Xəstəlik diaqnozu orta dərəcədə əqli gerilik,qulluq və müalicə tələb edən ciddi davranış pozuntusudur.Müddətsiz olaraq 2-ci qrup əlildir.Əlilliyi ilə əlaqədar cəmi 130 manat pensiya alır.Həmin məbləğdə pul nəinki dava dərmanlarını,heç maddi təlabatını da ödəmir.Cavaheh olan atasının isə maddi durumu olduqca yaxşıdır.O,şirkətdə nəzarətçi işləyir.Bundan başqa yaxşı sənətkardır.Akvariumlar düzəldib satır.Buna baxmayaraq ona heç bir kömək göstərmir.Qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə həra ya sabit pul məbləğində 100 manat aliment Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbardar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və Bakı şəhəri Nizami rayonu inzibati bina Ş.Mirzəyev küçəsindəki 127 saylı evdə qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki,Cavabdeh xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur və ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2—ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 01.04 2021-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə yetkinlik yaşına çatsa da,əmək qabiliyyəti olmayan,müddətsiz olaraq 2-ci qrup əlil hesab edilmiş İddiaçı mənafeyini nəzərə alaraq hesab edir ki,iddia tələbinin qanuni əsası mövcuddur və cavabdehdən övladının saxlanması üçün aliment tutulması məqsədəuyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2001-ci i tarixdə anadan olmuş, əmək qabiliyyəti olmayan, müddətsiz olaraq 2-ci qrup əlil olan İddiaçı saxlanması üçün 01.04.2021-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1954/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1954/2021
01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver