Məhkəmə qərarları › İş №2(007)-1957/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1957/2025

26.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1957/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və mənzilin təhvil verilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin 25 aprel 2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi və həmin müqavilə üzrə cavabdehin Bakı şəhəri, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü giriş, 4cü mərtəbədə yerləşən, ümumi sahəsi 82,4 kv.m olan 285 saylı mənzilinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin 25 aprel 2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi və həmin müqavilə üzrə cavabdehin Bakı şəhəri, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü giriş, 9cu mərtəbədə yerləşən, ümumi sahəsi 82,4 kv.m olan 285 saylı mənzilinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə İddiaçı iddiasına dair 2(007)-1957/2025 saylı mülki işin "xxxx" MMC-nin iddiasına dair e-2(004)-774/2025 saylı mülki işlə əlaqəli olduğundan həmin mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı iddiaçının fikrini öyrənmiş, etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işin sənədlərini tədqiq edib hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-774/2025 saylı mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 43.1.-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2.-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 6217/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “mənzilin verilməsinə dair müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Hazırda həmin mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatdadır. Məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki işlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan mülki iş bir icraatda baxılması məqsədəmüvafiq olduğundan mübahisəyə mülki işi ilkin olaraq icraatına qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 43, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair 2(007)-1957/2025 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “mənzilin verilməsinə dair müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair e-2(004)-774/2025 (e- 2(004)-6217/2024) saylı mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver