Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1963/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasının nümayəndəsi X15 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X8 22.10.1990-cu ildə Bakı şəhərində aradan olmuşdur. Doğulan gündən qüsurlu dünyaya gəlmişdir. Müəyyən vaxt keçdikdən sonra oğlunun kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya, nitq və davranış pozuntuları ilə Daun xəstəliyi olduğunu bilmişdir. Uzun müddət müalicə almağına baxmayaraq oğlunda hər hansı bir irəliləyiş görünməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikasının 01 iyun 2020-ci il tarixli, 1361 saylı arayışından görünür ki, X2 ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniva, nitq və davranış pozuntusu ilə Daun xəstəliyi ilə əqlin inkişafının geri qalmasından əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikasının Baş həkimi Məmmədov N.D. və həkim psixatr İbrahimova E.İ imzaları ilə həmin xəstəliyin mövcudluğunu təsdiq etmişdilər. Uşaq doğulandan xəstədir, daimi müalicələri alır, yaxşılaşma qeydə alınmır. Əlillərin əmək hüququ, məşğulluğu Tibbi-Sosial Ekspert Komissyaları tərəfindən müəyyən edilmiş əmək zəmanəti əsasında keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 saylı zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 № 216450 09.11.2006-cı il tarixli 2376 saylı arayışında, X1 şəxsin daim xidmət və qulluğuna ehtiyacı olması qeyd edilmişdir: X8 22.10.1990- cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Nizami rayon İnzibati bina Ş. Mirzəyev küçəsi ev 71 də qeydiyyatdadır; Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi 2 saylı zona Tibbi-Soaial Ekspert Komissiyasının SER TSE-01 №216450 09.11.2006-cı il tarixli 2376 saylı arayışından müəyyən olunmuşdur ki, X3 şəxsin daim xidmət və qulluğuna ehtiyacı olması TSEK sədri Teymurov tərəfindən qeyd edilərək imza və möhürü ilə təsdiqlənmişdir. X7 20 may 2019cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nizami rayon şöbəsi tərəfindən birinci qrup əlillik vəsiqəsi verilmişdir. Verilmiş 029541 №-li vəsiqədə uşaqlıqdan X7 birinci qrup Əlil diaqnozu qoyulmuşdur. Uzun müddətdir ki, oğlu Daun xəstəliyindən əziyyət çəkdiyindən və öz hərəkətlərinin mənasını başa düşmədiyindən fəaliyyət qabiliyyətsiz hesab edilməlidir. Belə ki, o, öz hərəkətlərinə qiymət verə bilmir, onları dərk etmir, özünü idarə edə bilmir. Ona narahatçılıq yaratdığına görə oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun üçün vacibdir. ünvan 1 ünvanında qeydiyyatda olan 22.10.1990-cu ildə Bakı şəhərində anadan olmuş, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsinin məzmununa uyğun izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasının nümayəndəsi X21 ərizəni qəbul etdiyini bildirdi və iş üzrə qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE 17171116 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 22 oktyabr 1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - XV-ЖГ № 420795 nömrəli doğum haqqİnda şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 22 oktyabr 1990-cı il tarixdə doğulmuşdur. X4, anası X12r. - AZ 071055 nömrəli doğum haqıqnda şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 12 oktyabr 1961-ci il tarixdə doğulmuşdur. X5, anası X13r. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikasının 01 iyun 2020-ci il tarixli arayışından görünür ki, X8 2006-cı ildən kəskin ifadən olunmuş imbesillik dərəcəsində oliqofreniya, nitq və davranış pozuntuları ilə Daun xəstəliyi ilə poliklinikada psixiatrın qeydiyyatındadır. - ƏƏSMN yanında DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş 029541 nömrəli Vəsiqədən görünürki, X8 müddətsiz olaraq üm.xəstəlikdən İ qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X19 X24 Məhkəmə Psixiatrik Ekspertizasının 24 iyul 2020-ci il tarixli 1378 nömrəli rəyindən görünür ki, X8 onda qeyd olunan Daun xəstəliyi nəticəsində ağır kəmağıllıq (kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya) nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X11 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxshesab edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi oğlu 22 oktyabr 1990-cı il tarixdə doğulmuş X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar olması barədə rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 22 oktyabr 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22 oktyabr 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1963/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1963/2020
13.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver