Məhkəmə qərarları › İş №2(007)-2144/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2144/2022

21.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ö
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2144/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “əmlakın qeyri-qanuni sahiblikdən geri alınması, əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “əmlakın qeyri-qanuni sahiblikdən geri alınması, əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli, 67,2 kv m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsi (avtoyuyucu) cavabdeh tərəfindən qeyri-qanuni olaraq zəbt olunmuşdur. Qeyd edir ki, Cavabdeh1 MMC-nin təsisçi və direktoru iddia ərizəsi üzrə Cavabdeh2dur (bununla bağlı iddia ərizəsinə vergilər naziriyindən arayış əlavə olunmuşdur). İlk öncə qeyd edir ki, göstərilən mübahisəli torpaq sahəsi “AQAS” firmasının təsisçi direktoru olan X20 tərəfindən xx.xx.2000-ci il tarixdə Bakı şəhəri 24 nömrəli notariat kontorunda ona alğı-satqı edilərək DƏDRX-dən tam mülkiyyət hüququ əsasında onun adına qeydiyyatdan keçmişdir (həmin alqı-satqı müqaviləsi, çıxarış və AQAS firmasının nizamnaməsi iddia ərizəsinə əlavə olunur). "AQAS” firması qanunla müəyyən edilmiş əmlak kompleksi kimi müəssisənin ümumi 0,39421 ha torpaq sahəsindən həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 7553,6 kv.m, 4069 kv.m əsas, 3484,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “AQAS” firmasının adına xx.xx.2006-cı il tarixdə DƏDRX-dən qeydiyyatdan keçmişdir. AQAS firmasının balanasında olan torpaq sahəsi tərəfindən hissələrə bölünərək xx.xx.2008-ci il tarixdə bir hissəsi X7 A1 tikinti, 2 mərtəbə (ü/s-4320,9 kv.m, tik.alt- ******* ha) “indiki ALTUN Şadlıq evinin yerləşdiyi torpaq sahəsi" G.tikinti (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuyucu X3 bağışlanmışdır. AQAS firmasının qalan hissəsi isə Cavabdeh2 A tiki, 2 mərtəbə (üs-1782 kv.m tik.alt-009788 ha) indiki Neolit şadlıq evi və digər hissəsi isə X11 (indiki Neptun şadlıq evinin yerləşdiyi torpaq sahəsi) alqı-satqı edilmiş və paylı mülkiyyət hüququ əsasında həmin şəxslərə çıxarış verilmişdir (hissələrə ayrılmaqla bağlı olan cizgilər texniki pasport iddia ərizəsinə əlavə olunur). Sonra “AQAS” firması qanunla müəyyən olunmuş qaydada xx.xx.2014-cü il tarixdə tərəfindən "xxxx" MMC kimi Dövlət qeydiyyatından keçərək onun adına DƏDRX-dən çıxarış verilmişdir. X1 tərəfindən bağışlanmış və xüsusi mülkiyyət hüquqa əsasında qardaşına məxsus olan G.tikinti (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predmeti olan indiki avtoyuyucu qeyriyaşayış sahəsi qardaşı Samir Feyzullayev tərəfindən ona alğı-satqı edilərək xx.xx.2014-cü il tarixdə həmin əmlaka dair ona çıxarış verilmişdir. Cavabdeh2 atası üçüncü şəxs X17 ilə onun çox yaxın iş birlikləri və dostluq münasibətləri olmuş və bunun nəticəsində onlar 2014-cü il tarixdə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 7A ünvanında yerləşən (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuvucu qeyri-yaşayış sahəsinin arxa hissəsində boş ərazi olan torpaq sahəsində tikinti işləri aparaq indiki Cavabdeh1 Hall şadlıq evini tikməyə başlamışlar və 2015-ci ildə tikini sonlanan zaman üçüncü şəxs X17 və Cavabdeh2 onunla görüşərək aylıq gəlirinin nə qədər olduğunu ondan soruşmuşlar, o da aylıq gəlirinin 2000-2500 manat civarında olduğunu bildirmişdir və üçüncü şəxs X17 və Cavabdeh2 ona məxsus olan əmlakı boşaltmasını və bunun müqabilində ona başqa ərazidən dəyəri 350000 manat olan DƏDRX-dən qeydiyyatdan keçmiş torpaq alacağını təklif etmişlər və nəticədə onların uzun müdət olan iş birlikləri və dostluq münasibətləri əsasında aralarında hər hansı bir hüquqmüəyyənedici sənəd imzalanıb razılaşdırmadan şifahi olaraq razılaşmışlar. 2015-ci ilin avqust ayında cavabdeh və üçüncü şəxs onunla görüşərək hal-hazırki gündə onları maddi imkanları olmadığından əmlakın dəyəri olaraq ona verəcəkləri 350000 manat pulun onlarda olmadığını, amma buna baxmayaraq həmin məbləği qısa müddət ərzində ona ödəyəcəklərini vəd edərək, ona heç bir haqq ödəmədən əvəzsiz olaraq "xxxx" MMC-ni onun adından X8 adına alqı-satqı etməsini istəmişlər və o da üçüncü şəxs X12 və Cavabdeh2 inanıb "xxxx" MMC-ni əvəzsiz olaraq satmışdır. Sonra səhəri gün cavabdehlər tərəfindən ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 7A ünvanında yerləşən (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuvucu qeyri-yaşayış sahəsini söküb həmin əmlakı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-dən Cavabdeh1 MMC adına dəyişdirilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyindən qeydiyyatdan keçirmişlər. Onu da qeyd edir ki, o, birinci Qarabağ müharibəsi veteranı olduğu üçün cavabdehlər ona Dövlət tərəfindən göstərilən xüsusi qayğılardan istifadə edərək həmin torpaq sahəsi üzərində tikintilər tikib istifadə edirmişlər. Amma buna baxmayaraq Cavabdeh2 və üçüncü şəxs X18 onu aldadaraq əvəzsiz olaraq onun əmlakından qanunsuz istifadə edərək, ona məxsus olan torpaq sahəsini və sökdükləri qeyri-yaşayış sahəsini bu günədək “Neolit’' Hall şadlıq evinin ödənişli dayanacağı kimi istifadə edərək gəlir əldə edirlər. Bununla bağlı o, dəfələrlə cavabdehlərlə görüşüb mülkiyyətində olan əmlakının aralarında olan razılaşmaya əsasən ya pulunu ödəmək, ya da əmlakından çıxmalarını onlara təklif etmişdir. Lakin cavabdehlər bununla bağlı onunla görüşməyib tanımadığı şəxslər vasitəsi ilə onu ailəsini və ən əsası övladına zərər yetirmək adı ilə ciddi təhdidlər etməyə başlamışlar və nəticədə o, bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunan halla bağlı Neolit MMC-nin qanuni təmsilçisi kimi Cavabdeh2 cavabdeh olaraq iddia ərizəsində göstərməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və Nizami Rayon Məhkəməsinin 2(007)- 2498/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və o, həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2742/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Belə ki, apellyasiya inistansiya məhkəməsi tərəfindən qətnamənin və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi əsas nəticə ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxsin düzgün seçilməməsi və işə baxan birinci inistansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədən prosessual pozuntu etməsi səbəb olmuşdur. Həmçinin apellyasiya inistasiya məhkəməsi öz qətnaməsində ona izah etmişdir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Keçən 7 il ərzində obyektindən əvəzsiz istifadə etmə nəticəsində ona əldən çıxmış fayda qismində 180000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda keçən müddət ərzində mülkiyyətini geri almaq üçün cavabdehlə apardığı danışıqlar prosesində, cavabdehin ona təzyiqləri nəticəsində mənəvi cəhətdən ailəvi olaraq olduqca böyük sarsıntılar keçirib və maddi baxımdan da ailəvi olaraq çox pis vəziyyətə düşmüşlər. Cavabdeh isə avtoyuyucunu sökərək öz ərazisinə qatmış və oradan pullu dayanacaq kimi istifadə edərək qazanc əldə etməkdədir. Göründüyü kimi, cavabdeh onun mülkiyyətini kobud şəkildə mənimsəmişdir. Buna görə də, cavabdeh mülkiyyətindən məcburi qaydada çıxarılmalı və ona məxsus olan obyekti texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsi üzərinə qoyulmalıdır. Cavabdeh ona məxsus olan mülkiyyətini qaytarmaq əvəzinə onu sökərək pullu dayanacaq kimi istifadə edərək pul qazanır ki, bu da onun qanunla qorunan mülkiyyət hüququnu birbaşa pozaraq əsassız varlanma hesabına onun əmlakının hesabına pul əldə edir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli 67,2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (avtoyuyucu) istifadədə olan torpaq sahəsi ilə birlikdə boşaldılaraq qaytarılması, cavabdehin qanunsuz sahibliyindən alınmasını, həmin qeyri-yaşayış binasının (avtoyuyucunun) çıxarışda və texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsinin və bununla bağlı bütün xərclərin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 (bir yüz səksən min) manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə 100000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ əsasında Bakı şəhəri, Nizami rayonu, ünvan 7A ünvanında yerləşən qeyri-yşayış binası xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə onun adına qeydiyyata alınmışdır. Bundan əlavə iş ilkin olaraq Nizami Rayon Məhkəməsində baxılarkən məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 7A ünvanınında yerləşən qeyri-yaşayış binasının faktiki olaraq onun adına qeydiyyatdan keçməsi öz təsdiqini tapmışdır (həmin arayışı iddia ərizəsinə əlavə edir). Eyni zamanda Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, ünvan 7A ünvanınında yerləşən qeyri-yaşayış binası olan avtoyuyucu sökülmüşdür (arayış iddia ərizəsinə əlavə edir). Qeyd edilənlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha, torpaq sahəsində yerləşən 9A nömrəli, 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsini (avtoyuyucu) cavabdeh “Neolit’ Məhdud Məsuliyyətli Cəmiyyətin sahibliyindən geri alınması və həmin əmlak üzərinə olan onun mülkiyyət hüquqlarının bərpa edilməsi, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 (bir yüz səksən min) manat məbləğində pulun cavabdehdən tulularaq ona ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbinin əsası kimi “mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadəsində olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli 67,2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyriyaşayış binasını (avtoyuyucu) 2015-ci ildə haqqı ödəməklə istifadə edilməsinə dair üçüncü şəxs X17 və Cavabdeh2 ilə razılaşdığı, onlara verdiyini, lakin sonuncular ona haqq ödəməmiş, həmin binanı söküb, torpaq sahəsini Cavabdeh1 MMC-nin ərazisinə qatıb və oradan pullu dayanacaq kimi istifadə edərək qazanc əldə etdiklərinə” istinad etmişdir. İddiaçı məhkəmədə iddia tələbi ilə bağlı izahatında və bununla bağlı suallara cavabında iddiaçı eyni mövqeydə çıxış edərək bildirmişdir ki, Yaşar və Cavabdeh2larla qarşılıqlı razılaşmış, adı çəkilən qeyri-yaşayış sahəsinin aylıq 2000-2500 manat qazanc verdiyini onlara bildirdiyini, tikilinin əvəzində ona başqa ərazidə yerləşən dəyəri 350000 manat olan DƏDRX-dən qeydiyyatdan keçmiş əmlak verəcəklərini vəd etdiklərini, ona məxsus adı çəkilən 67,2 kv.m qeyri-yaşayış sahəsini 25 avqust 2015-ci il tarixdə onlara təhvil verdiyini, həmin obyekti təhvil götürdükləri gün söküb, Cavabdeh1 MMC-nin ərazisinə qatmışdır. Lakin indiyə kimi ona vəd etdikləri obyekti və ya pulu verməmişdir. İlkin olaraq məhkəmənin nəzərinə çatdırır ki, X4 eyni tələb və eyni əsaslarla iddiası bundan əvvəl Nizami Rayon Məhkəməsində, daha sonra da Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. İddiaların məzmunu arasında fərq ondan ibarətdir ki, birinci iddiada Cavabdeh2, Cavabdeh1 MMC isə üçüncü şəxs qismində göstərilmişdir. Hazırkı iddiada isə Cavabdeh1 MMC cavabdeh, üçüncü şəxs isə X17 göstərilmişdir. Əvvəlki iddiada tələb etdiyi əmlakın sökülməsi ilə bağlı Cavabdeh2la, hazırkı iddiada isə Yaşar və Cavabdeh2larla razılaşdığını qeyd etmişdir. Amma iddia ərizəsinin məzmununda nədənsə tez-tez Cavabdeh2 təkrarlanmışdır. Hər iki iddiada tələbin əsası ondan ibarətdir ki, əvəzi ödənilməklə sökülməsinə qarşılıqlı razılaşma əldə edilmiş ona məxsus avtoyuyucunun 2015-ci ilin avqust ayında (əvvəlki iddiada cavabdeh tərəfindən, hazırkı iddiada isə üçüncü şəxs tərəfindən) söküldüyü və Cavabdeh1 MMC-yə məxsus torpaq sahəsinə qatılmışdır. Xatırlatmaq istəyir ki, əvvəlki iddia üzrə Nizami Rayon Məhkəməsinin 2(007)-2498/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “iddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından iddiaçının belə bir iddia tələb hüququna mailk olmaması əsasdan” iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin “iddiaçının belə bir iddia tələb hüququna mailk olmaması əsasdan” iddianın rədd edilməsi mövqeyi ilə razılaşmamış, hesab etmişdir ki, iddia tələbinin predmeti olan daşınmaz əmlaka dair mülkiyyət hüququ Mirzə Fərzəliyevə aid olduğundan, həmin əmlakla bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Bu baxımdan da qətnaməni ləğv etmiş, lakin mübahisəli əmlakla bağlı iş üzrə müəyyən etdiyi hallara əsasən “iddia ona cavab verən şəxsə qarşı verilmədiyi” əsasdan iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsinə əsas olmuş müəyyən etdiyi hallar iş üzrə qəbul etdiyi 2(103)-2742/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində aşağıdakı ardıcıllıqla qeyd etmişdir. 1. Bakı şəhəri, Nizami rayonu, ünvan 7A ünvanında yerləşən qeyri-yaşayış binası (texniki pasportuna görə 67,2 kv.m birmərtəbəli tikili) İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. 2. İş materiallarında olan Bakı Şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 nömrəli qərarına əsasən adı çəkilən avtoyuyucu obyekin altında yerləşən 6,7 m x 15 m ölçüdə torpaq sahəsi üçün M.X10 ilə icarə müqaviləsi bağlanması qərara alınmışdır. 3. İddiaçı, Əliyeva Sara, Nümayəndə, DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin mütəxəssisləri mühəndis X15 və Quliyev Mahir tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli yerli baxış keçirilməsi barədə aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə mütəxəssislərin iştirakı ilə DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya verdiyi cavab əsasında koordinatlar (GPS Trimble TSC3) cihazı vasitəsilə naturada müəyyən olunmuşdur. Baxış zamanı müəyyən olundu ki, xx.xx.2008-ci il tarixli korrektə edilmiş Daşınmaz Əmlakın Texniki pasportunda qeyd olunmuş qeyri-yaşayış sahəsi olan avtoyuyucunun və torpaq sahəsi müəyyən olundu. Avtoyuyucu “Şərq Sarayı” şadlıq evinin ərazisinə, torpaq sahəsi isə bir hissəsi “Şərq Sarayı” şadlıq evinin digər hissəsi, Cavabdeh1 Hall (Neolit MMC-nin) sahəsinə düşdüyü müəyyən olundu. 4. DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********66 nömrəli məktubundan görünür ki, qeyri-yaşayış binası faktiki olaraq sökülmüşdür. Arxiv sənədlərinə (bölgü sxemi) və əvvəlki illərin ortofoto görüntülərinə əsaslanaraq sökülmüş qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları X 409045.470; 409056.371; 409059.214; 409048.312; Y 4473639,770; 4473644,786; 4473638,609; 4473633,593 kimi təqdim olunur. 5. DƏDRXnin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi 9 və ünvan 4 ünvanların koordinatlarının araşdırılması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizəyə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilir ki, təqdim olunmuş çıxarışda göstərilən Cavabdeh1 MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1,97082 ha) ilə ünvan 5orpaq sahəsi 0,00816 ha) koordinatları üst-üstə düşmür. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd olunan yuxarıda müəyyən etdiyi hallara əsasən İddiaçı mülkiyyətində olan sökülmüş 67,2 kv.m. qeyri-yaşayış tikilisi yerləşmə koordinatlarına görə Cavabdeh1 MMC-yə istifadəsində olan torpaq sahəsinin cizgiləri hüdudlarından kənarda olmuşdur. Ona görə də, adı çəkilən 67,2 kv.m avtoyuyucu qeyri-yaşayış tikilisinin sökülməsi və ya onun əvəzində nəyinsə tələbinə qarşı Cavabdeh1 MMC cavabdeh ola bilməz. Bu baxımdan da hazırkı iddianın özü də təkrarən tələbə cavab verməli olan şəxsə qarşı verilməmişdir. Adı çəkilən hər iki iddia ilə bağlı iş üzrə Cavabdeh1 MMC və İddiaçı tərəfdirlər. Mübahisəli qeyri-yaşayış tikilisi ilə bağlı tələblərin əsasları da eynidir. Birinci iddia ilə bağlı iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2742/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Sübut etməkdən azad olmaq üçün əsaslar təsbit olunmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iddiada Cavabdeh1 MMC qeyd edilmiş və iddia tələbləri ona qarşı yönəldilmişdir. İddianın əsası iddiaçının üçüncü şəxslə əvəzini ödəməklə razılaşıb, sökülməsinə razılıq verdiyi adı çəkilən 67,2 kv.m tikilinin sökülüb, onun yerləşdiyi sahənin Cavabdeh1 MMC-yə məxsus sahəyə qatıldığından ibarətdir. Halbuki, iddianın predmetinin aid olduğu İddiaçı məxsus adı çəkilən 67,2 kv.m tikilinin olduğu yerin Cavabdeh1 MMC-yə məxsus və istifadəsində olan torpaq sahəsindən kənarda yerləşdiyi halın müəyyən edildiyinə dair artıq qanuni qüvvəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Bu baxımdan da qeyd olunan halın yenidən araşdırılması yol verilməzdir və qanuni qüvvəsində olan qətnamədə müəyyən edildiyi kimi qəbul edilməsi hazırkı işə baxan məhkəmə üçün məcburi prosessual tələbdir. Ona görə də, məhkəmədən iddia ərizəsinə baxılarkən, qeyd olunanları nəzərə alınmasını və iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbinin əsası kimi “mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadəsində olan 0,00816 ha. torpaq sahəsində yerləşən 9A nömrəli 67,2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasını (avtoyuyucu) 2015-ci ildə haqqı ödəməklə sökülməsi üçün təhvil verdiyinə dair üçüncü şəxs X17 və Cavabdeh2la razılaşdığı, onlara təhvil verdiyini, sonuncular tərəfindən həmin binanı təhvil götürdüyü gün sökdüklərini, torpaq sahəsini Cavabdeh1 MMC-nin ərazisinə qatıb və oradan pullu dayanacaq kimi istifadə etdiyini, lakin onlarla razılaşdırılmış məbləği ödəmədiklərinə istinad etmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi dəlillər mövcud olmuşdusa belə, bu tərəflər arasında razılaşma olmaqla sifahi müqavilə münasibətindən irəli gələn tələblə və ondan irəli gələn vaxtaşırı icra olunan öhdəliklə bağlı mübahisədir. İddiaçı razılaşma və əmlakın təhvil verilib, söküldüyünü qeyd etdiyi 2015-ci ilin avqust ayından artıq 7 il müddət ötmüşdür. Mülki mübahisələrlə bağlı iddia müddətləri təsbit olunmuş Qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Ona görə də qətnamə çıxarılan zaman, iddianın rəddi üçün işdə mövcud yetərincə dəlillər və qanuni qüvvəsində olan məhkəmə aktı ilə müəyyən edilmiş, tərəflərə aid hallarla yanaşı, müddətin keçməsi ilə bağlı məsələni də nəzərə alıb, iddia müddətinin tətbiq edilməsini və ötürüldüyü əsasdan da iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəmə müraciət edərək qeyd etmişdir ki, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra cavabdeh '‘Neolit” MMC-nin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən DƏDRX-dən ona verilmiş çıxarışı əldə etmişlər. Cavabdehlər tərəfindən ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 7A ünvanında yerləşən (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuyucu qeyri-yaşayış sahəsini söküb həmin əmlakı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-dən Cavabdeh1 MMC adına dəyişdirdkdən sonra xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış əsasında onun mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,00816 ha torpaq sahəsi, 67,2 kv.m qeyri- yaşayış sahəsin isə Cavabdeh1 MMC-yə məxsus torpaq sahəsi kimi göstərərək xx.xx.2015-ci il tarixdə qanunsuz olaraq daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış almışlar. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh1 MMCyə verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ona məxsus ünvan 6 ünvanında yerləşən 0,00816 ha torpaq sahəsi, 67,2 kv.m qeyri-yaşayış sahəsinidə qanunsuz olaraq özəlləşdirdiyindən həmin çıxarış etibarsız hesab olunmalıdır. Qeyd edilənlərə əsasən xx.xx.2015-ci il tarixdə Cavabdeh1nə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli, 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri yaşayış sahəsinin (avtoyuyucu) Cavabdeh1n sahibliyindən geri alınması və həmin əmlak üzərinə olan onun mülkiyyət hüquqlarının bərpa edilməsi, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 (bir yüz səksən min) manat məbləğində pulun cavabdehdən tulularaq ona ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş “iddia tələbinin artırılması”na dair ərizənin icraata qəbulundan imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırda iddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh1nə verilmiş ********** qeydiyyat nömrəli çıxarışı məhkəmə hazırlıq iclası yekunlaşandan sonra əldə etdiyini göstərsə də, məhkəmə qeyd edir ki, mübahisələndirilən əmlakın Cavabdeh1 mülkiyyətində olması iş üzrə müəyyən edilmiş yeni hal deyil. Hazırkı, həmçinin bundan əvvəl aparılmış məhkəmə araşdırmaları zamanı iddiaçıya məlum olmuş haldır. Göründüyü kimi, “iddia tələbinin artırılması”na dair ərizənin verilməsi əsasları məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun obyekti qanunsuz olaraq əlindən alınmışdır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, torpaq sahəsi iddiaçıya məxsusdur. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi çıxarışdakı torpaq sahəsi “Altuna” şadlıq sarayına məxsusdur. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin müddəti bitmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2498/2021 qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi 9 və Bakı şəhəri, Nizami rayonu, ünvan 7A ünvanların koordinatlarının "xxxx" MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1.97082 ha) ilə ünvan 5orpaq sahəsi 0,00816 ha) koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir. Bu fakt məhkəmə aktı ilə təsdiq edildiyi üçün preyudisial haldır və yenidən araşdırılmasına ehtiyac yoxdur. Obyekt “Neolit" MMC-nin ərazisində yerləşsə belə, müqavilə 7 ildir ki, bağlanmışdır. Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Əmlakın çıxarışı var və çıxarış məhkəməyə təqdim edilmişdir. Torpaq sahələrində heç bir dəyişiklik yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 7A ünvanında yerləşən qeyri-yşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 8 ünvanda istifadədə olan 0,13473 ha torpaq sahəsində yerləşən 2211 kv.m ümumi, 1962,2 kv.m əsas, 248,8 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 579 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2404-cü məhəllədə istifadədə olan 0,39421 ha torpaq sahəsində yerləşən 7553.6 kv.m ümumi, 4069 kv.m əsas, 3484.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “AQAS” firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 9 ünvanda istifadədə olan 4,1052 ha torpaq sahəsində yerləşən 7553,6 kv.m ümumi, 4069 kv.m əsas, 3484,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə paylı mülkiyyət hüququ üzrə X6 A1 tik. 2 mərt. (ü/s-4320,9 kv.m, tik.alt.-0,13238 ha) "Şadlıq evi", "AQAS" firmasının qalan hissə, X2 G tik. (ü/s-67,2 kv.m, tik.alt.- 0,00816 ha) "Avtoyuyucu", Cavabdeh2 A tik. 2 mərt. (ü\s-1782 kv.m, tik.alt.-0,09788ha) "Şadlıq evi" adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 9 ünvanda istifadədə olan 4,1052 ha torpaq sahəsində yerləşən 7553,6 kv.m ümumi, 4069 kv.m əsas, 3484,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə paylı mülkiyyət hüququ üzrə Feyzuİİayev Samir İxtiyar oğlunun G tik. (ü/s-67.2 kv.m, tik.alt.- 0.00816 ha) "Avtoyuyucu", X6 A1 tik. 2 mərt. (ü/s-4320,9 kv.m, tik.aİt.- 0,13238 ha) "Şadlıq evi", "AQAS" firmasının qalan hissə, Cavabdeh2 A tik. 2 mərt. (ü\s- 1782 kv.m, tik.ait.-0,09788ha) "Şadlıq evi" adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabmın 102 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********17-12301 reyestr nömrəli daşınmaz əmlak olan qeyri-yaşayış binasının xx.xx.2007-ci il tarixdə tərtib olunmuş texniki pasportundan görünür ki, ünvan 10 ünvanının hüquqi subyekti “AQAS” firmasıdır. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın qeyri-yaşayış binası olan avtoyuyucunun xx.xx.2008-ci il tarixdə tərtib olunmuş texniki pasportundan görünür ki, ünvan 11 ünvanının hüquqi subyekti X5r. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 10 ünvanı ümumi sahəsi 7255 kv.m olan, 1.97082 ha torpaq sahəsi olan əmlak kompleki kimi müəssisə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına "xxxx" MMC-nin adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2404-cu məhəllə, Mikayıl Əliyev küçəsi 9 əmlak kompleksi kimi müəssisə Cavabdeh1 MMC-nin xüsusi mülkiyyətindədir. Əmlak tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. - DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ünvanında yerləşən 0,00816 ha torpaq sahəsi və üzərində inşa edilmiş 9A nömrəli 67,2 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi barədə məlumat, əmlaka dair çıxarışın və texniki pasportun surətlərinin təqdim edilməsi barədə müraciəti ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq, ünvan 12 ünvanda yerləşən 67,2 kv.m qeyri-yaşayış binası İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq çıxarışın surəti göndərilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasportun arxiv nüsxəsi İdarənin arxivində saxlanılmamışdır. - DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatlarının naturada müəyyən edilməsi barədə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası sökülmüşdür. Arxiv və elektron bazada olan koordinatlara əsasən yerində sözügedən qeyri-yaşayış binasının döngə nöqtələri sizə göstərildi. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatları X 409073,784; 409065,854; 409062,837; 409071,026. Y 4473647,041; 4473643,248; 4473648,420; 4473652,385. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2498/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 cəlb edilməklə Cavabdeh2 qarşı "əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2472/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2498/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı mübahisə predmeti arədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 cəlb edilməklə Cavabdeh2 qarşı "əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi" barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda Cavabdeh1 MMC-yə məxsus əmlak kompleksi 1994-cü ildə dövlət qeydiyyatından keçmiş “AQAS” firmasına məxsus olmuşdur. 4,1052 ha torpaq sahəsi “AQAS” firmasına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 87 saylı və Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 03 saylı Sərəncamları əsasında “İaşə obyektinin tikintisi” üçün icarəyə ayrılıb verilmişdir. Verilmiş hüquq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X23 kitabında 08,05.2007-ci il tarixdə, 713 nömrə ilə uçota alınmış, bu barədə A№ 003733 seriyalı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Daha sonra mülkiyyətçilər arasında paylara uyğun bölgü aparılmaqla ayrılmışdır. Bölgüdən sonra “AQAS” firması ona qalmış 19708,2 kv.m. (1,97082 ha.) torpaq sahəsini özəlləşdirmiş və xx.xx.2009-cu il tarixdə, Reyestr kitabında 001936 nömrəli qeydiyyat aparılmaqla Şəhadətnamə verilmişdir. “AQAS” firması alqı-satqı ilə qeyd olunan 1,97082 ha torpaq sahəsinə və onun üzərində mövcud olan 7,255 kv.m. tikiliyə əldə etdiyi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2009-cu il tarixdə qeydə alınmış və bu barədə MH seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. “AQAS” firmasının hüquqi varisi olan "xxxx" MMC xx.xx.2014-cü il tarixdə Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu barədə onun adına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi kimi onun xüsusi mülkiyyətinə keçmişdir. Daha sonra "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh1 MMC-yə çevrilmişdir. Cavabdeh1 MMC 11 noyabr 2015-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Dövlət Reyestrində qeydə alınmışdır. "xxxx" MMC-yə məxsus əmlaklar xx.xx.2015-ci il tarixdə Cavabdeh1 MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu barədə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi bugünədək onun xüsusi mülkiyyətindədir. Mübahisə predmeti olan ünvan 12 ünvanda yerləşən 67,2 kv.m qeyri-yaşayış binası İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırda iddiaçı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha, torpaq sahəsində yerləşən 9A nömrəli, 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri yaşayış sahəsini (avtoyuyucu) cavabdeh “Neolit’ Məhdud Məsuliyyətli Cəmiyyətin sahibliyindən geri alınması və həmin əmlak üzərinə olan onun mülkiyyət hüquqlarının bərpa edilməsi, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 (bir yüz səksən min) manat məbləğində pulun cavabdehdən tulularaq ona ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması tələblərlə məhkəmədə iddia qaldırmışdır. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2472/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1.97082 ha) ilə M.Əliyev küçəsi 9A ünvanının (torpaq sahəsi 0,00816 ha) koordinatları üst-üstə düşmür. Həmçinin, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası sökülmüşdür. Göründüyü kimi cavabdeh Neolit” MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1,97082 ha) ilə iddiaçının mülkiyyətində olan M.Əliyev küçəsi 9A ünvanında yerləşən (torpaq sahəsi 0,00816 ha) əmlaklar eyni əmlak deyillər. Belə ki, iddiaçı hazırkı iddia tələbində cavabdehlər tərəfindən ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 7A ünvanında yerləşən (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuvucu qeyri-yaşayış sahəsini söküb həmin əmlakı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-dən Cavabdeh1 MMC adına dəyişdirilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyindən qeydiyyatdan keçirdiklərini bildirsə də, həmin əmlak Cavabdeh1 MMC-nin yox, iddiaçının öz mülkiyyətindədir. Eyni zamanda həmin əmlakın söküldüyü təsdiq edilsə də, söküntünün məhz cavabdeh cəmiyyət tərəfindən aparılması halı da müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin birinci hissəsinə, yəni “Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha, torpaq sahəsində yerləşən 9A nömrəli, 67,2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsini (avtoyuyucu) Cavabdeh1n sahibliyindən geri alınması və həmin əmlak üzərinə olan onun mülkiyyət hüquqlarının bərpa edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə həmçinin qeyd edir ki, vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini bərpa etməkdən ibarətdir; o, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur. Vindikasiyanın məzmununu şeyi eyni cinsli, eyni keyfiyyətli başqa şeylə əvəz etmə deyil, şeyə sahibliyin bərpası tələbi təşkil etdiyindən vindikasiya əlaməti yalnız cinsi əlaməti ilə müəyyən edilən, yaxud natura şəklində qalmamış şeylər (məsələn, mübahisəli tikili yeni sahibi tərəfindən sadəcə təmir edilməyib əsaslı şəkildə yenidən inşa olunubsa) haqqında qaldırıla bilməz. Vindikasiya predmeti olmadıqda yalnız vurulmuş zərərin ödənilməsi haqqında öhdəlik-hüququ tələbi qaldırıla bilər. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha, torpaq sahəsində yerləşən 9A nömrəli, 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh1 sahibliyində olması halı öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya məxsus mübahisələndirilən əmlakla Cavabdeh1nə məxsus əmlaklar üst-üstə düşməməklə ayrıayrı əmlaklardır. Ümumiyyətlə, iddiaçı mübahisələndirilən əmlakın nə vaxt və kim tərəfindən sökülməsi, hazırkı vaxtadək görülmüş tədbirlər, əmlakın cavabdehin faktiki sahibliyində olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin, ünvan 10 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi bugünədək Cavabdeh1 xüsusi mülkiyyətindədir və cəmiyyət mülkiyyətində olan əmlak üzərində müstəqil şəkildə mülkiyyət hüquqlarını həyata keçirir. İddiaçı məhkəmə təqdim etdiyi iddiasında və iddia tələbinin artırılması barədə ərizədə göstərmişdir ki, cəmiyyət mübahisə predmeti olan əmlakı cəmiyyətə məxsus əmlak kimi göstərərək xx.xx.2015-ci il tarixdə qanunsuz olaraq çıxarış almışdır. Lakin yuxarıda da göstərildiyi kimi göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmçinin bundan əvvəlki məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçıya məxsus və hazırda mübahisələndirlən əmlak Cavabdeh1nə məxsus əmlakdan kənarda yerləşir və cəmiyyət iddiaçının mülkiyyətində olan əmlakı öz əmlakına əlavə etməmişdir. Bundan başqa, iddiaçı və onun vəkili yazılı vəsatətlə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan əmlakla cavabdeh cəmiyyətin mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən əmlak kompleksinin kordinatlarının üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Qeyd edilən vəsatət məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında tərəflərin iştirakı ilə müzakirə olunmuş və məhkəmənin həmin tarixli qərardadı ilə iddiaçı və onun vəkilinin vəsatəti təmin edilməmişdir. Belə ki, göstərilən məsələ bundan əvvəlki məhkəmə araşdırmasının da predmeti olmuş və həmin iş üzrə ekspertiza keçirilərək zəruri araşdırma aparılmışdır. Qeyd edillənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha, torpaq sahəsində yerləşən 9A nömrəli, 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsini (avtoyuyucu) Cavabdeh1n sahibliyindən geri alınması və həmin əmlak üzərinə olan onun mülkiyyət hüquqlarının bərpa edilməsi” hissəsində təmin edilməməlidir. 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə olan halda, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri, mübahisə predmeti olan əmlakın cavabdehin sahibliyində olmasını, əmlakın cavabdeh tərəfindən sökülməsini sübut edə bilməmiş, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ümumiyyətlə, göstərilənlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmə iddia tələbinin birinci hissəsində gəldiyi qənaətinə əsaslanaraq hesab edir ki, iddia tələbi “vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 (bir yüz səksən min) manat məbləğində pulun cavabdehdən tulularaq ona ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması” hissələrində də təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, tərəflər arasında şikahi razılıq olsa belə, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 384.0.4-ci maddəsinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən iddiaçı hazıkı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini itirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “əmlakın qeyri-qanuni sahiblikdən geri alınması, əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunduğu kimi, iddiaçı müharibə veteranıdır və qanunvericiliyin tələbinə əsasən müharibə veteranları məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddırlar. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “əmlakın qeyri-qanuni sahiblikdən geri alınması, əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver