Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2153/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 04.05.2019-cu il, 31.12.2019-cu il, 18.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********49047 olan Samsung Galaxy A50 markalı telefon, aksessuar, İMEİ kodu **********73748 olan Samsung Galaxy A10 markalı telefon, HUAWEİ markalı saat almış və nəticədə 1323 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 864 manat (yəni 16 ay x 54 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********49047 olan Samsung Galaxy A50 markalı telefon, aksessuar üçün ümumilikdə 415 manat olmaqla ondan 378 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.12.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 315 manat (yəni 10 ay x 31.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********73748 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 312 manat olmaqla ondan 284 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 manat cərimə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 541.2 manat (yəni 12 ay x 45.1 manat + 0 manat ilkin ödəniş) HUAWEİ markalı saat üçün ümumilikdə 596 manat olmaqla ondan 541.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54.8 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 517 manat təşkil edir. Qeyd olunanlara əsasən 04.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 864 manat (yəni 16 ay x 54 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********49047 olan Samsung Galaxy A50 markalı telefon, aksessuar üçün ümumilikdə 415 manat olmaqla ondan 378 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.12.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 315 manat (yəni 10 ay x 31.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********73748 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 312 manat olmaqla ondan 284 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 manat cərimə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 541.2 manat (yəni 12 ay x 45.1 manat + 0 manat ilkin ödəniş) HUAWEİ markalı saat üçün ümumilikdə 596 manat olmaqla ondan 541.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54.8 manat cərimə borcu, ümumilikdə 1323 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1353 manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 04.05.2019-cu il tarixli 00643705 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********49047 olan Samsung Galaxy A50 markalı telefon, aksessuar verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 04.05.2019-cu il tarixli 00643705 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 04-dən gec olmayaraq 16 ay müddətinə 54 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 26.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 378 manat ödənilməmiş hissə, 37 manat cərimə, cəmi 415 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 31.12.2019-cu il tarixli 01182286 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********73748 olan Samsung Galaxy A10 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 31.12.2019-cu il tarixli 01182286 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 30-dan gec olmayaraq 10 ay müddətinə 31.5 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 26.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 284 manat ödənilməmiş hissə, 28 manat cərimə, cəmi 312 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 18.02.2020-ci il tarixli 20112533 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə HUAWEİ markalı saat verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 18.02.2020-ci il tarixli 20112533 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 30-dan gec olmayaraq 12 ay müddətinə 45.1 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 26.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 541.2 manat ödənilməmiş hissə, 54.8 manat cərimə, cəmi 596 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC-nin Cavabdeh ünvanlanmış 31.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04.05.2019-cu il, 31.12.2019-cu il, 18.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********49047 olan Samsung Galaxy A50 markalı telefon, aksessuar, İMEİ kodu **********73748 olan Samsung Galaxy A10 markalı telefon, HUAWEİ markalı saat almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. “xxxx” MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 29.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, 04.05.2019-cu il tarixli 00643705 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********49047 olan Samsung Galaxy A50 markalı telefon, aksessuar verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 04.05.2019-cu il tarixli 00643705 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 04-dən gec olmayaraq 16 ay müddətinə 54 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 31.12.2019-cu il tarixli 01182286 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********73748 olan Samsung Galaxy A10 markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 31.12.2019-cu il tarixli 01182286 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 30-dan gec olmayaraq 10 ay müddətinə 31.5 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. 18.02.2020-ci il tarixli 20112533 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə HUAWEİ markalı saat verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 18.02.2020-ci il tarixli 20112533 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 30-dan gec olmayaraq 12 ay müddətinə 45.1 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, 04.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 864 manat (yəni 16 ay x 54 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********49047 olan Samsung Galaxy A50 markalı telefon, aksessuar üçün ümumilikdə 415 manat olmaqla ondan 378 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 315 manat (yəni 10 ay x 31.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********73748 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 312 manat olmaqla ondan 284 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 manat cərimə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 541.2 manat (yəni 12 ay x 45.1 manat + 0 manat ilkin ödəniş) HUAWEİ markalı saat üçün ümumilikdə 596 manat olmaqla ondan 541.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54.8 manat cərimə borcu, ümumilikdə 1323 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1353 manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 04.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 864 manat (yəni 16 ay x 54 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********49047 olan Samsung Galaxy A50 markalı telefon, aksessuar üçün ümumilikdə 415 manat olmaqla ondan 378 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.12.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 315 manat (yəni 10 ay x 31.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********73748 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 312 manat olmaqla ondan 284 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 manat cərimə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 541.2 manat (yəni 12 ay x 45.1 manat + 0 manat ilkin ödəniş) HUAWEİ markalı saat üçün ümumilikdə 596 manat olmaqla ondan 541.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54.8 manat cərimə borcu, ümumilikdə 1323 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1353 manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2153/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2153/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver