Məhkəmə qərarları › İş №2(007)-2193/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2193/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2193/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı “xxxx” MMC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” MMC cavabdeh X3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 fevral 2020-ci il tarixli razılaşmaya əsasən, məhsulun qaytarılmasından sonra 200 manat borc, 20 manat dövlət rüsumu olmaqla, cəmi 220 manat pulun cavabdeh X1 alınaraq, “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 24 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc 200 (iki yüz) manat olmuşdur. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 200 (iki yüz) manat (yəni 5 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan məhsulun qaytarılmasından sonra qalan borc üçün ümumilikdə 200 (iki yüz) manat olmaqla ondan 200 (iki yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş “xxxx” MMC ilə X4 arasında bağlanmış 24 fevral 2020-ci il tarixli, 20124551 saylı razılaşmadan və ona əlavə sənədlərdən görünür ki, tərəflər razılaşmışlar ki, müqavilə üzrə “X6 Atron H24” markalı mal müştərinin dəstəyi ilə qaytarılır (dəyişdirilir). Malın istehlak xassəsinin pozulması nəticəsində MMC-yə 200 manat məbləğində zərər dəymişdir. Müştəri həmin məbləği Razılaşmanın 2-ci bəndində verilmiş qrafik üzrə, yəni 5 ay ərzində, hər ay 40 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 30 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X2 24 fevral 2020-ci il tarixli razılaşma üzrə əsas borc üzrə 200 manat, cərimə borcu üzrə 0 manat olmaqla, ümumilikdə 200 manat borcu vardır. İşə əlavə olunmuş 31 mart 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh X4 “xxxx” MMC-dən əşyalar (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 24 fevral 2020-ci il tarixli razılaşma üzrə 200 (iki yüz) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi X1 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar