Məhkəmə qərarları › İş №2(007)-2196/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2196/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2196/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 29.11.2019-cu il, 03.12.2019-cu il, 02.01.2020-ci il tarixli müqavilələrinə əsasən Philips markalı fen, İMEİ kodu **********45988 olan X1 8 markalı telefon, qulaqlıq, İMEİ kodu **********00827 və **********94089 olan HOFFMANN X markalı 2 ədəd telefon almış və nəticədə 874 (səkkiz yüz yetmiş dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 110 (yüz on) manat (12 ay x 9 manat + 2 manat ilkin ödəniş) Philips markalı fen üçün ümumilikdə, 50 (əlli) manat olmaqla ondan, 46 (qırx altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə, 03.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660 (altı yüz altmış) manat (20 ay x 33 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********45988 olan X1 8 markalı telefon, qulaqlıq üçün ümumilikdə, 620 (altı yüz iyirmi) manat olmaqla ondan, 564 (beş yüz altımış dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56 (əlli altı) manat cərimə, 02.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 240 (iki yüz qırx) manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********00827 və **********94089 olan HOFFMANN X markalı 2 ədəd telefon üçün ümumilikdə, 204 (iki yüz dörd) manat olmaqla ondan, 186 (yüz səksən altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 214 manat təşkil edir. Qeyd olunanlara əsasən iddiaçı 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips markalı fen üçün 46 (qırx altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 03.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********45988 olan X1 8 markalı telefon, qulaqlıq üçün 564 (beş yüz altımış dörd) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə, 02.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********00827 və **********94089 olan HOFFMANN X markalı 2 ədəd telefon üçün 186 (yüz səksən altı) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə miqdarında borc, ümumilikdə, 874 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 904 manat Cavabdeh alınaraq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli 01084346 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə Philips markalı fen verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 29.11.2019-cu il tarixli 01084346 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 10-dan gec olmayaraq 12 ay müddətinə 09 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 29.11.2019-cu il tarixli 01084346 nömrəli müqavilə üzrə Cavabdeh 46 manat ödənilməmiş hissə, 4 manat cərimə, cəmi 50 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli 01096229 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********45988 olan X1 8 markalı telefon, qulaqlıq verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 03.12.2019-cu il tarixli 01096229 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 16-dan gec olmayaraq 20 ay müddətinə 33 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03.12.2019-cu il tarixli 01096229 nömrəli müqavilə üzrə Cavabdeh 564 manat ödənilməmiş hissə, 56 manat cərimə, cəmi 620 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 02.01.2020-ci il tarixli 20005728 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********00827 və **********94089 olan HOFFMANN X markalı 2 ədəd telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 02.01.2020-ci il tarixli 20005728 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 10-dən gec olmayaraq 12 ay müddətinə 20 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 02.01.2020-ci il tarixli 20005728 saylı kredit müqaviləsi üzrə Cavabdeh 186 manat ödənilməmiş hissə, 18 manat cərimə, cəmi 204 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC-nin Cavabdeh ünvanlanmış 19.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il, 03.12.2019-cu il, 02.01.2020-ci il tarixli müqaviləsinə əsasən Philips markalı fen, İMEİ kodu **********45988 olan X1 8 markalı telefon, qulaqlıq, İMEİ kodu **********00827 və **********94089 olan HOFFMANN X markalı 2 ədəd telefon almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. “xxxx” MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 30.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, 29.11.2019-cu il tarixli 01084346 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə Philips markalı fen verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 29.11.2019-cu il tarixli 01084346 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 10-dan gec olmayaraq 12 ay müddətinə 09 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 03.12.2019-cu il tarixli 01096229 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********45988 olan X1 8 markalı telefon, qulaqlıq verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 03.12.2019-cu il tarixli 01096229 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 16-dan gec olmayaraq 20 ay müddətinə 33 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 02.01.2020-ci il tarixli 20005728 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********00827 və **********94089 olan HOFFMANN X markalı 2 ədəd telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 02.01.2020-ci il tarixli 20005728 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 10-dən gec olmayaraq 12 ay müddətinə 20 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips markalı fen üçün 46 (qırx altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 03.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********45988 olan X1 8 markalı telefon, qulaqlıq üçün 564 (beş yüz altımış dörd) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə, 02.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********00827 və **********94089 olan HOFFMANN X markalı 2 ədəd telefon üçün 186 (yüz səksən altı) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə miqdarında borc, ümumilikdə, 874 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 904 manat Cavabdeh alınaraq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips markalı fen üçün 46 (qırx altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 03.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********45988 olan X1 8 markalı telefon, qulaqlıq üçün 564 (beş yüz altımış dörd) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə, 02.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********00827 və **********94089 olan HOFFMANN X markalı 2 ədəd telefon üçün 186 (yüz səksən altı) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə miqdarında borc, ümumilikdə, 874 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 904 manat Cavabdeh alınaraq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar