Məhkəmə qərarları › İş №2(007)-2201/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2201/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2201/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 13.06.2018-ci il və 16.09.2018-ci iltarixli müqaviləyə əsasən, HOFFMANN markalı TV, İMEİ kodu **********85058 olan Samsung Galaxy A6 markalı telefon almış və nəticədə 1418(min dörd yüz on səkkiz) manat borc yaranmışdır. Cavabdeh 13.06.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 864 (səkkiz yüz altmış dörd) manat (yəni 18 ay x 48 manat + 0 manatilkin ödəniş), HOFFMANN markalı TV üçün ümumilikdə 489 (dörd yüz səksəndoqquz) manat olmaqla ondan 445 (dörd yüz qırx beş) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə pulu borcu yaranmışdır.Cavabdeh 16.09.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1080 (min səksən) manat (yəni 24 ay x 45 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********85058 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 929 (doqquz yüz iyirmi doqquz) manat olmaqla ondan 845(səkkiz yüz qırx beş) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 654 manat təşkil edir. Qeyd olunanlara əsasən 13.06.2018-ci il tarixli müqavilə üzrə HOFFMANN markalı TV üçün 445 (dörd yüz qırx beş) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə borcu, 16.09.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********85058 olan Samsung Galaxy A6 markalı telefon üçün) manat 845 (səkkiz yüz qırx beş) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə, ümumilikdə 1418 manat borc 30 manat dövlət rüsumu cəmi 1448 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.06.2018-ci il tarixli K00173919 nömrəli kredit müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə HOFFMANN markalı TV verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 13.06.2018-ci il tarixli K00173919 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 26-dən gec olmayaraq 18 ay müddətinə 48 manat ödəniş etməlidir. "xxxx" MMC-nin 24.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13.06.2018-ci il tarixli K00173919 nömrəli kredit müqaviləsi üzrə 445 manat ödənilməmiş hissə, 44 manat cərimə, cəmi 489 manat borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.09.2018 tarixli 00298466 nömrəli kredit müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********85058 olan Samsung Galaxy A6 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 16.09.2018 tarixli 00298466 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 30-dan gec olmayaraq 24 ay müddətinə 45 manat ödəniş etməlidir. "xxxx" MMC-nin 24.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 16.09.2018 tarixli 00298466 nömrəli kredit müqaviləsi üzrə 845 manat ödənilməmiş hissə, 84 manat cərimə, cəmi 929 manat borcu vardır. "xxxx" MMC ilə Cavabdeh göndərilmiş 15.05.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 25.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 13.06.2018-ci il tarixli K00173919 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə HOFFMANN markalı TV verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış K00173919 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh 26-dən gec olmayaraq 18 ay müddətinə 48 ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 16.09.2018 tarixli 00298466 nömrəli nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə İMEİ kodu İMEİ kodu **********85058 olan Samsung Galaxy A6 markalıtelefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 16.09.2018 tarixli 00298466 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh 30-dan gec olmayaraq 24 ay müddətinə 45 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 13.06.2018-ci il tarixli müqavilə üzrə HOFFMANN markalı TV üçün 445 (dörd yüz qırx beş) manat, ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə borcu, 16.09.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********85058 olan Samsung Galaxy A6 markalı telefon üçün) manat 845 (səkkiz yüz qırx beş) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə, ümumilikdə 1418 manat borc 30 manat dövlət rüsumu, cəmi 1448 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar