Məhkəmə qərarları › İş №2(007)-2235/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2235/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2235/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə “xxxx” MMC arasında bağlanmış 08.01.2020-ci il və 29.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə Epson markalı printer, Toshiba markalı sərt disk satılmış və nəticədə onun 1638 manat borcu yaranmışdır. Cavabdeh 08.01.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1575.6 manat Epson markalı printer üçün ümumilikdə, 1558 manat olmaqla ondan 1443.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 144.4 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh 29.01.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 136.8 manat Toshiba markalı sərt disk üçün ümumilikdə, 50 manat olmaqla ondan 45.8 manat ödənilməmiş hissə, 4.2 manat cərimə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 223 manat təşkil edir. Qeyd olunanlara əsasən 08.01.2020-ci il tarixli müqaviləyə əsasən, Epson markalı printer üçün 1443.6 manat ödənilməmiş hissə, 144.4 manat cərimə, 29.01.2020-cu il tarixli müqaviləyə əsasən, Toshiba markalı sərt disk üçün 45.8 manat ödənilməmiş hissə, 4.2 manat cərimə, ümumilikdə 1638 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1668 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 08.01.2020-cu il tarixli 20021532 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh Firuz oğlunın sahibliyinə və istifadəsinə Epson markalı printer verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 08.01.2020-ci il tarixli 20021532 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 21-dən gec olmayaraq 12 ay müddətinə 131.3 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 06.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 08.01.2020-cu il tarixli 20021532 nömrəli kredit müqavilə üzrə 1443.6 manat ödənilməmiş hissə, 144.4 manat cərimə, cəmi 1558 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 29.01.2020-cu il tarixli 20067478 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə “Toshiba” markalı sərt disk verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 29.01.2020-cu-cu il tarixli 20067478 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 27-dən gec olmayaraq 6 ay müddətinə 22.8 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 06.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 29.01.2020-cu il tarixli 20067478 nömrəli kredit müqaviləsi üzrə 45.8 manat ödənilməmiş hissə, 4.2 manat cərimə, cəmi 50 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC tərəfindən Cavabdeh göndərilmiş 16.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 07.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, 08.01.2020-cu il tarixli 20021532 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə “Epson” markalı printer verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 08.01.2020-cu il tarixli 20021532 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh hər ayın 21-dən gec olmayaraq 12 ay müddətinə 131.3 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. 29.01.2020-cu-cu il tarixli 20067478 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdeh nın sahibliyinə və istifadəsinə “Toshiba” markalı sərt disk verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 29.01.2020-cu-cu il tarixli 20067478 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh hər ayın 27-dən gec olmayaraq 6 ay müddətinə 22.8 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 08.01.2020-ci il tarixli müqaviləyə əsasən, Epson markalı printer üçün 1443.6 manat ödənilməmiş hissə, 144.4 manat cərimə, 29.01.2020-cu il tarixli müqaviləyə əsasən, Toshiba markalı sərt disk üçün 45.8 manat ödənilməmiş hissə, 4.2 manat cərimə, ümumilikdə 1638 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1668 manat məbləğində pul "İddiaçı" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar