Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2315/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızı sədrliyi Məhkəmə iclas katibi Abasova Aygün Faiq qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" Qaraj Korperatı̇ vı̇ nin cavabdeh Nəsı̇ bov Tahı̇ r Məcı̇ d oğluna, İ̇smayılov Yunı̇ s Eldar oğluna qarşı maddi zərər, tikilinin cavabdehlərin hesabına bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Qaraj Korperatı̇ vı̇ cavabdeh Nəsı̇ bov Tahı̇ r Məcı̇ d oğluna, ̇İsmayılov Yunı̇ s Eldar oğluna qarşı maddi zərər, tikilinin cavabdehlərin hesabına bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "İddiaçı" Qaraj Korperatı̇ vı̇ nin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Nəsı̇ bov Tahı̇ r Məcı̇ d oğluna, İ̇smayılov Yunı̇ s Eldar oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdirş. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "İddiaçı" Qaraj Korperatı̇ vı̇ nin cavabdeh Nəsı̇ bov Tahı̇ r Məcı̇ d oğluna, ̇İsmayılov Yunı̇ s Eldar oğluna qarşı maddi zərər, tikilinin cavabdehlərin hesabına bərpa edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2315/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2315/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver