Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2699/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə qarşı “ipotekaya xitam verilməsi, mənzilin yüklülükdən azad edilməsi və icra sənədinin məhkəməyə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə qarşı “ipotekaya xitam verilməsi, mənzilin yüklülükdən azad edilməsi və icra sənədinin məhkəməyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC-nin Yasamal filialı ilə X5 arasında bağlanmış 16 dekabr 2011-ci il tarixli, “16122011/03" saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 16 dekabr 2011-ci il tarixli, "16122011/803/İ" saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 5, 32 saylı mənzilin ipoteka ilə yüklülüyünə xitam verilməsi, mənzilin LPO "xxxx" ASC qarşısında ipoteka ilə yüklülükdən azad edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1576/2019 saylı icra sənədinin (vərəqəsinin) "tutmanın ona məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilə yönəldilməsi" hissəsində məhkəməyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-13/2018 saylı mülki iş üzrə 06.06.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Amrahbank ASC-nin xeyrinə X2 18862 ABŞ dolları əsas, 3432 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, cəmi 22794 ABŞ dollarının qətnamənin icra oldunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəıi, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə edilmiş pul vəsaitindən 22794 ABŞ dollarının (icra olunan gün AZN məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun iddiaçı Amrahbank ASC-nin xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdeh olaraq ona qaytarılması, tutma yönəldikdən sonra onun və mənzildə qeydiyyatda olan digər şəxslərin 1 ay ərzində mənzili boşaltmağı qət edilmişdir. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Məhkəmənin yuxarıda göstərilən qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək qətnamə yalnız ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, mənzilin dəyəri 65000 manat müəyyən edilmiş, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və Bakı apellyasiya Məhkəməsi tərəfindən icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Nizami rayon icra şöbəsi tərəfindən icra hərəkətlərinə başlanılmış və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması üçün hərrac təşkilatına sifariş göndərilmşdir. Hərrac təşkliatı "xxxx" MMC tərəfindən iki mərhələli formada hərrac təyin edilmiş, 24 fevral 2020-ci il tarixə təyin edilmiş hərracın ikinci mərhələsi baş tutmadığından bu barədə hərrac təşkilatı tərəfindən "Birja" qəzetinin 28.02.2020-ci il tarixli nömrəsində elan dərc edilmiş və həmin tarixdə də ipoteka predmetinin əldə edilməsi üçün tələbkar banka təklif məktubu göndərilmişdir. Bank tərəfindən qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində əmlak əldə edilməmiş və ya bu barədə təklifə müsbət mövqe bildirilməmişdir. Bu səbəbdən də sifariş məktubu hərrac təşkilatı tərəfindən 01.04.2021-ci il tarixdə icra şöbəsinə geri qaytarılmışdır. Məhkəmə iclasında cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O, təklifin bankın alıb-almamsının bir mahiyyəti olmadığını, hərracın baş tutduğunu və yekunlaşdığını, bankın hərrac elanlarının dərcini izləməli və maraqlarına toxunduğu üçün nəzarətdə saxlamalı olduğunu, hərrac keçirilən zaman bildirişin onlara gedib çatdığını, 30 gün ərzində həmin əmlakın əldə edilməməsini buna görə də ipotekaya xitam verilmə əsası yarandığını bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 ASC-nin və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iddia tələbinə münasibət bildirərək bankın hərrac barədə məlumatı olmadığını, hərrac barədə təklif məktublarının banka daxil olmadığını qeyd etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.06.2018-ci il tarixli, 2(007)-13/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Amrahbank ASC-nin xeyrinə X2 18862 ABŞ dolları əsas, 3432 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, cəmi 22794 ABŞ dollarının qətnamənin icra oldunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə edilmiş pul vəsaitindən 22794 ABŞ dollarının (icra olunan gün AZN məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun iddiaçı Amrahbank ASC-nin xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdeh olaraq ona qaytarılması, tutma yönəldikdən sonra onun və mənzildə qeydiyyatda olan digər şəxslərin 1 ay ərzində mənzili boşaltmağı qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli İcra Vərəqəsindən görünür ki, İddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X3, İddiaçı qarşı borcun tutulması və tutmanın ipoeka predmetinə yönəldilməsi tələbinə dair işə baxılaraq, İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş, 65000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - “Hərracın keçirilməsinə” dair 10.01.2020-ci il tarixli 1№li bildiriş və 14.02.2020-ci il tarixli 2 №li bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2 (103)- 1576/2019 saylı, 28.01.2019-cu il tarixli icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 5, 32 saylı mənzilə tutma yönəldildiyi və hərracda satıldığı bildirilmiş və bununla bağlı məlumatların "Birja yenilikləri" qəzetində əldə olunması qeyd dilmişdir. - “İpoteka predmetinin əldə olunmasına dair” təklifin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 5, 32 saylı mənzil təkrara hərracdakı satış qiymətinin 25 faiz az olmayan qiymətlə yəni 42712,5 manata ipoteka saxlayana təklif olunmuşdur. - Daşınar və Daşınmaz əmlakın satışı üzrə Hərrac Mərkəzinin 04.11.2021-ci il tarixli 21\3322 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzillə bağlı Cavabdeh1 ASC-yə bildiriş və təklifin satdırılması bildirilmiş və məktuba bu barədə xəbərnamələrin sürətləri əlavə edilmişdir. - ƏİV seryalı 125356 saylı “Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonu”nun sürətindən görünür ki, “İpoteka predmetinin əldə olunmasına dair” təklif 03.03.2020-ci il tarixdə bank tərəfindən alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-13/2018 saylı mülki iş üzrə 06.06.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Amrahbank ASC-nin xeyrinə X2 18862 ABŞ dolları əsas, 3432 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, cəmi 22794 ABŞ dollarının qətnamənin icra oldunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə edilmiş pul vəsaitindən 22794 ABŞ dollarının (icra olunan gün AZN məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun iddiaçı Amrahbank ASC-nin xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdeh olaraq ona qaytarılması, tutma yönəldikdən sonra onun və mənzildə qeydiyyatda olan digər şəxslərin 1 ay ərzində mənzili boşaltmağı qət edilmişdir. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Məhkəmənin yuxarıda göstərilən qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək qətnamə yalnız ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, mənzilin dəyəri 65000 manat müəyyən edilmiş, qalan hissədə birinci instansiya məhkəməsinin qətaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və Bakı apellyasiya Məhkəməsi tərəfindən icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Nizami rayon icra şöbəsi tərəfindən icra hərəkətlərinə başlanılmış və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması üçün hərrac təşkilatına sifariş göndərilmşdir. Hərrac təşkliatı "xxxx" MMC tərəfindən iki mərhələli formada hərrac təyin edilmişdir. 24 fevral 2020-ci il tarixə təyin edilmiş hərracın ikinci mərhələsi baş tutmadığından bu barədə hərrac təşkilatı tərəfindən "Birja" qəzetinin 28.02.2020-ci il tarixli nömrəsində elan dərc edilmiş və həmin tarixdə də “İpoteka predmetinin əldə olunmasına dair” təklifin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 5 saylı evin, 32 saylı mənzili təkrara hərracdakı satış qiymətinin 25 faiz az olmayan qiymətlə yəni 42712,5 manata ipoteka saxlayana təklif olunmuş, bu barədə tələbkar banka təklif məktubu göndərilmiş, bank tərəfindən həmin məktub 03.03.2020-ci il tarixdə alınmış, lakin 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsinə dair təşəbbüs göstərilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsindən görünür ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.8-ci maddəsindən görünür ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.12.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin ləğv prosesində olan "xxxx" ASC-nin Yasamal filialı ilə X5 arasında bağlanmış 16 dekabr 2011-ci il tarixli, “16122011/03" saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 16 dekabr 2011-ci il tarixli, "16122011/803/İ" saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 5, 32 saylı mənzilin ipoteka ilə yüklülüyünə xitam verilməsi, mənzilin "xxxx" ASC ləğv prosesində olan qarşısında ipoteka ilə yüklülükdən azad edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Beləki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşin hallarından da görünür ki, ipoteka predmeti birinci və təkrar hərraclarda satılmamış, bununla bağlı bildirişlər təqdim olunmuş və təkrar hərracdan sonra 30 təqvim gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Məhkəmə iddia tələbinin “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1576/2019 saylı icra sənədinin (vərəqəsinin) "tutmanın ona məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilə yönəldilməsi" hissəsində məhkəməyə qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, həmin məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada icra qaydasında həll edilməli məsələ olduğundan həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ləğv prosesində olan "xxxx" ASC ilə X5 arasında 16.12.2011-ci il tarixli, 16122011\803 saylı kredit müqaviləsinin təminatı kimi bağlanılmış 16.12.2011-ci il tarixli, 16122011\803\İ saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən, 5 saylı evin, 35 sayl mənzilinin ipoteka ilə yüklülüyünə xitam verilməli və mənzil ipoteka yüklülüyündən azad edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ləğv orosesində olan "xxxx" ASC ilə X5 arasında 16.12.2011-ci il tarixli, 16122011\803 saylı kredit müqaviləsinin təminatı kimi bağlanılmış 16.12.2011-ci il tarixli, 16122011\803\İ saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu Nobel prospektində yerləşən, 5 saylı evin, 35 sayl mənzilinin ipoteka ilə yüklülüyünə xitam verilsin və mənzil ipoteka yüklülüyündən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2699/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2699/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver