Məhkəmə qərarları › İş №2(007)-2780/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2780/2021

01.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2780/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi qardaşı X2 “fəaliyyət qabiliyyəti olmayan hesab olunması” ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X7 09.07.1990-cı il tarixdə Abşeron rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Qardaşı 2009-cu ildən “yüngül dərəcəli kəmağıllılıq” diaqnozu ilə X11 Dispanserində qeydiyyatdadır. X7 həm fiziki cəhətdən, həm də əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxslərin köməyinə və qulluğuna ehtiyacı vardır. Qardaşı öz-özünü müstəqil idarə etmək iqtidarında deyildir, etdikləri hərəkətlərin mənasını dərk etmir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin “XAHİŞ EDİRİK” hissəsində texniki səhv olaraq başqa şəxsin adı, soyadı, ata adı və təvəllüdü yazıldığından dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.07.1990-cı il tarixdə Abşeron rayonun Xırdalan şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 39A saylı evin 62 saylı mənzilində qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, izahatında bildirdi ki, X2 atası rəhmətə gedib. Anasının eşitmə qabiliyyəti yoxdur. O, özü-özünü idarə edə bilmir, kənar şəxsin köməyinə ehtiyacı vardır. X11 Dispanserində qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X10 izahatında bildirdi ki, ərizədə qeyd olunanlara etiraz etmir. Ekspert rəyində də qeyd olunduğu kimi “Yüngül dərəcəli kəmağıllılıq” diaqnozu fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxsin nümayəndəsi X6 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli Şəhər Poliklinikasının 21.10.2019-cu il tarixli 467 nömrəli arayışından görünür ki, 09.07.1990-cu il təvəllüdlü Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 39A saylı evin 62 saylı mənzilində yaşayan X7 həqiqətən 2009-cu ildən “yüngül dərəcəli kəmağıllılıq” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatındadır. İş materiallarında olan AZE seriyalı 15954451 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 09.07.1990-cı il tarixdə Abşeron rayonun Xırdalan şəhərində anadan olan X7 Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 39A saylı evin 62 saylı mənzilində pasport qeydiyyatındadır. İş materiallarında olan XV-JQ seriyalı 407140 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09.07.1990-cı il təvəllüdlü X7 anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında isə X4 qeyd olunmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə Abşeron rayonun Xırdalan şəhərində anadan olan Ərizəçi Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 39A saylı evin 62 saylı mənzilində pasport qeydiyyatındadır. İş materiallarında olan XVİ-JQ seriyalı 436909 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında isə X4 qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 06.09.2021-ci il tarixli 2051 saylı ekspert rəyindən görünür ki, X5 Yüngül kəmağıllılıq (orta debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər (anamnestik məlumatlara görə təxminən altı-yeddi yaşlarında turnikdən yıxılaraq huşunu itirməklə başından zədə alması, aldığı zədədən sonra onda sol gözünün zəifliyi, həmçinin əsəbi və hövsələsiz olması, əsəbi gərginliklər zamanı ev əşyalarını, pəncərə şüşələrini sındırması, fərdi qaydada müalicələr alması, xəstəliyi ilə əlaqədar hərbi xidmətdən azad edilməsi, ekspertiza mərkəzinin arxivindən əldə edilmiş tibbi sənədə görə yoxlanılan şəxs 2009-cu ildə oğurluq əməlində iştirak etdiyi üçün istintaqa cəlb edilməsi, istintaq gedişində psixi vəziyyəti şübhə doğurduğu üçün ambulator məhkəmə psixiatrik ekspertizasından keçərək 14.04.2009-cu il tarixli, 257 saylı rəyinə görə onda “Debillik dərəcəsində oliqofreniya, emosional-iradi pozuntularla” diaqnozu müəyyən edilməklə törətdiyi əməl barəsində anlaqsız hesab edilməsi-məhkəmə qərarı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında» göstərilən diaqnozla məcburi müalicədə olması, Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikasında 2009-cu ildən “Yüngül dərəcəli kəmağıllıq” diaqnozu ilə poliklinikanın ruhiəsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatda olması və hal-hazırkı psixiatrik müayinənin nəticələri: sorğu gedişatında bilik ehtiyatının kasadlığı, təfəkkürü konkret xarakter daşıması, abstraklaşdırma qabiliyyətinin zəifliyi, sadə hesablama əməliyyatlarını səhvlərlə, nisbətən çətin hesablama əməliyyatlarını yerinə yetirə bilməməsi, intellektual imkanlarının aşağı səviyyədə olması, atalar sözləri və metaforaların məcazi mənasını başa düşməməsi, bir sıra ümumi qəbul edilmiş anlayışlarla tanış olmaması, vacib tarixi hadisələr barəsində anlayışının olmaması, yaddaşında zəifik və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 09.07.1990-cı il tarixdə Xırdalan şəhərində anadan olan X2 psixi vəziyyəti necədir? Cavab: X5 Yüngül kəmağıllılıq (orta debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə müəyyən edilir. 2-ci sual: X7 öz hərəkətlərinin mənasını anlaya və ya öz hərəkətlərini idarə edə bilirmi? 3-cü sual: Onun fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün əsaslar mövcuddurmu? 2-ci və 3-cü suallara cavab: X7 hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara və ekspert rəyinə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 09 iyul 1990-cı il tarixdə Abşeron rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 iyul 1990-cı il tarixdə Abşeron rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar