Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-287/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh2 arasında bağlanan 06.03.2020-ci il tarixli ***-*******TK280220-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 30000 AZN məbləğində kredit verilib. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 06 mart 2020-cu il tarixli Zaminlik müqaviləsi bağlanıb. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır.Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 06.03.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X1 məxsus Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 6. 9 saylı mənzili ipotekaya qoyulub. Mənzilin ipoteka qoyulması barədə Bank ilə borc alan ipoteka qoyan Cavabdeh2 arasında 02 mart 2020-ci il tarixli ***-*******TK280220-01 saylı İpoteka müqaviləsi bağlanıb. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 04.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilib. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********712 saylı 24 may 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməyib və kredit borcunun Banka qaytarılmasını təmin etməyib. Bank tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirməyib. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasnın ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd olunanları nəzərə alaraq 06.03.2020-ci il tarixli ***-*******TK280220-01 saylı kredit müqaviləsinə əsasən 20.05.2021-ci il tarixinə olan borcun,30000 manat borcun, 7368.82 manat faiz borcunun, 30 manat dövlət rüsumunun,ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması,tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu,Əli Vəliyev küçəsindəki 6 saylı evin 9 saylı mənzilinə yönəldilməsi,həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun tutulması,satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmetinəə tutma yönəldikdən və o satıldıqdan mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 iddianı etiraf etdi və izahat verərək göstərdi ki, həqiqətən də bankdan 30000 manat kredit götürmüşdür.Oğlu Pərviz onun öhdəliyinə görə zamin durmuşdur. Bundan əlavə onu da, qeyd edir ki,borcun ödənilməsinin təminatı üçün onlara məxsus mənzili ipoteka ilə yüklü etmişlər. İlk vaxtlar borcu vaxtlı-vaxtında ödəsə də, sonradan borcu ödəyə bilməmişdir.Çalışacaq ki,qısa müddət ərzində borc tam ödənilsin. Cavabdeh1 da iddianı etiraf etdi və Cavabdeh2 izahatı ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan; “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh2 arasında bağlanan 06.03.2020-ci il tarixli ***-*******TK280220-01 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 30000 AZN məbləğində kredit verilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur. “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh1 arasında bağlanan 06.03.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki,zamin həmin kredit müqaviləsi ilə əlaqədar öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh2 arasında bağlanan 02.03.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri,Nizami rayonu,Əli Vəliyev küçəsindəki 6 saylı evin 9 saylı mənzili “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. DƏDRX-dən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri,Nizami rayonu,Əli Vəliyev küçəsindəki 6 saylı evin 9 saylı mənzili “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki,bank pretenziya qaydasına əməl etmiş,eləcə də ipoteka predmetinə tutma yönələcəyi barədə xəbərdarlıq etmişdir. 31 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 20.05.2021-ci il tarixinə həmin kredit müqaviləsi üzrə əsas borcu 30000 manat faiz borcu 7368 manat, cəmi borcu 37368.82 manatdır. Ödəniş qəbzlərindən görünür ki,iddiaçı məhkəmə xərclərinə görə 30 manat dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum ödəmişdir. “X2 Mərkəzi” MMC-nin 28 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri,Nizami rayonu,Əli Vəliyev küçəsindəki 6 saylı evin 9 saylı mənzilinin bazar dəyəri 69000 manat, likvid dəyəri isə 65000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh2 arasında 06.03.2020-ci il tarixli ***-*******TK280220-01 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 30000 AZN məbləğində kredit verilmişdir. Bank müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə kredit vəsaitinin cavabdehə versə də,sonuncu müqavilənin şərtlərinə əməl etməmiş, öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir. Cavabdeh2nın banka 37368.82 manat borcu qalmışdır.Digər Cavabdeh1 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri,Nizami rayonu,Əli Vəliyev küçəsindəki 6 saylı evin 9 saylı mənzilini “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdehlər iddia tələbini tam olaraq etiraf edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanla əsasən məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, 06.03.2020-ci il tarixli ***- *******TK280220-01 saylı kredit müqaviləsinə əsasən 20.05.2021-ci il tarixinə olan 30000 manat əsas borc, 7368.82 manat faiz borcu, cəmi 37368.82 manat borc,30 manat dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı,tutma likvid dəyəri 65000 olan, Cavabdeh2 məxsus Bakı şəhəri,Nizami rayonu,Əli Vəliyev küçəsindəki 6 saylı evin 9 saylı mənzilinə yönəldilməlıi, həmin mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına borc tutulmalı,satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borc Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “Amrahbank" ASC-nin xeyrinə tutulmalı,ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra mənzil boşaldılaraq banka təhvil verilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 350 manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq “X2 Mərkəzi” MMC-nin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 06.03.2020-ci il tarixli ***-*******TK280220-01 saylı kredit müqaviləsinə əsasən 20.05.2021-ci il tarixinə olan 30000 manat əsas borc,7368.82 manat faiz borcu, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma likvid dəyəri 65000 olan, Cavabdeh2 məxsus Bakı şəhəri,Nizami rayonu,Əli Vəliyev küçəsindəki 6 saylı evin 9 saylı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın.Satışdan əldə olunan vəsait hesabına borc tutulsun.Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borc Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmetinə yönəldikdən və o satıldıqdan 1 ay sonra mənzil boşaldılaraq banka təhvil verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 350 manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq “X2 Mərkəzi” MMC-nin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-287/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-287/2022
16.03.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver