Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-295/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “AmrahBank“ Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2018-ci il tarixli 06112018/291333 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.05.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hiiqııqu üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106, 99 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında 06.11.2018-ci il tarixli 06112018/291333/2 savlı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra əmlakın ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.11.2018ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 1.1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizləri və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********821 saylı 27 may 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin elməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 24.05.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 109528,39 (bir yüz doqquz min beş yüz iyirmi səkkiz manat 39 qəpik) manat təşkil edir. Bundan 88607,25 (səksən səkkiz min altı yüz yeddi manat 25 qəpik) manat əsas, 20921,14 (iyirmi min doqquz yüz iyirmi bir manat 14 qəpik) manat faiz borcu təşkil edir. Qeyd edilənlərə əsasən, 24.05.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 109528,39 (bir yüz doqquz min beş yüz iyirmi səkkiz manat 39 qəpik) manat borcun, bundan 88607,25 (səksən səkkiz min altı yüz yeddi manat 25 qəpik) manat əsas, 20921,14 (iyirmi min doqquz yüz iyirmi bir manat 14 qəpik) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106, 99 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 25 yanvar 2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 nümayənəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 13 avqust 2021-ci il tarixli **********442 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən 06.11.2018-ci il tarixli 06112018/291333 saylı kredit müqaviləsi üzrə 24.05.2021-ci il tarixinə iddiaçıya 88607,25 manat əsas, 20921,14 manat faiz borcu, cəmi 109528,39 manat məbləğində borcu yaranmışdır. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2018-ci il tarixli 06112018/291333 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə ödənişlərin qrafiki ödəniş cədvəlində göstərilir. - Kassa məxaric orderindən görünür ki, Cavabdeh1 06.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 150000 manat məbləğində pul vəsaitini həmin tarixdə İddiaçı ASC-dən almışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.05.2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2323 №-li reyestr kitabının 216318 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmış 06.11.2018-ci il tarixli 06112018/291333/2 ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104,7 kv.m, yaşayış sahəsi 76,3 kv.m və yardımçı sahəsi 28,4 kv.m olan 5 otaqlı mənzil 06.11.2018-ci il tarixli 06112018/291333 saylı kredit müqaviləsindən irəli gələn kredit və faiz borcunun qaytarılmasının təminatı üçün banka ipoteka qoyulmuşdur. Müqavilənin 2.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 140000 manat məbləğində qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08.11.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili 06.11.2018-ci il tarixli 06112018/291333 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC-yə 36 (otuz altı) ay müddətinə ipotekaya qoyulmuşdur. - Ləğv prosesində olan İddiaçı ASC-nin 27.05.2021-ci il tarixli **********821 saylı bildirişdən görünür ki, Cavabdeh1 3 (üç) gün ərzində borcunu ödəmədiyi təqdirdə barəsində Məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşlar. - Elekton Xidmətlər Portalından olan çıxarışlardan görünür ki, iddiaçı ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 40 (qırx) manat məbləğində dövlət rüsumu ödəmişdir. - 27.09.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “AmrahBank“ Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2018-ci il tarixli 06112018/291333 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.05.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında 06.11.2018-ci il tarixli 06112018/291333/2 savlı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra əmlakın ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.11.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 1.1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizləri və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********821 saylı 27 may 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin elməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 24.05.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 109528,39 (bir yüz doqquz min beş yüz iyirmi səkkiz manat 39 qəpik) manat təşkil edir. Bundan 88607,25 (səksən səkkiz min altı yüz yeddi manat 25 qəpik) manat əsas, 20921,14 (iyirmi min doqquz yüz iyirmi bir manat 14 qəpik) manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında 06.11.2018-ci il tarixli 06112018/291333 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 150000 manat məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 36 (otuz altı) ay müddətinə, illik 20 faiz olmaqla ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə borcu yaranmışdır. MM-in: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 və 448.2-ci maddələrinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan 13.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 88607,25 manat məbləğində əsas kredit borcu, 20921,14 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 109528,39 manat borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi borcun ödənilməsi hissəsində təmin edilməli və Cavabdeh1 iddiaçının xeyrinə 88607,25 manat əsas, 20921,14 manat faiz borcu olmaqla, cəmi 109528,39 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil bankın xeyrinə girov (ipoteka) qoymuşdur. MM-in: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü mаddəsinə əsаsən ipоtеkа dаşınmаz əşyаlаrа, hаbеlə rəsmi rеyеstrdə qеydə аlınmаlı оlаn dаşınаr əşyаlаrа əşyа hüquqlаrının məhdudlаşdırılmаsıdır; 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 34.1.3-cü mаddəsinə əsаsən ipоtеkа müqаviləsində nəzərdə tutulmuş və ipоtеkа sахlаyаnа ipоtеkаyа tutmа yönəltmək hüququ vеrən şərtinin yеrinə yеtirilməməsi ipоtеkа sахlаyаnın ipоtеkа prеdmеtinə tutmаnın yönəldilməsi hüququnun yаrаnmаsı аnıdır; 39.1-ci mаddəsində göstərilir ki, ipоtеkа sахlаyаn ipоtеkа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə mürаciət еdə bilər; 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Yenə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 06.11.2018-ci il tarixli 06112018/291333/2saylı ipoteka müqaviləsi ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104,7 kv.m, yaşayış sahəsi 76,3 kv.m və yardımçı sahəsi 28,4 kv.m olan 5 otaqlı mənzilin dəyəri 140000 manat məbləğində qiymətləndirilmişdir. Hazırda tərəflər müqavilə ilə razılaşdırılmış məbləği mübahisələndirmədiklərindən məhkəmə hesab edir ki, 06.11.2018-ci il tarixli 06112018/291333/2 saylı ipoteka müqaviləsinə uyğun olaraq Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil hərraca çıxarıldıqda, ilkin satış qiyməti 140000 (yüz qırx min) manat müəyyən edilməlidir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə 88607,25 manat əsas, 20921,14 manat faiz borcu olmaqla, cəmi 109528,39 manat məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəliklər Cavabdeh1 tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə tutma yönəldilməli, mənzilin ilkin satış qiyməti 140000 (yüz qırx min) manat müəyyən edilməli, ipoteka predmeti hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan cəmi 109528,39 manat məbləğində borc ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə, iddia tələbinin “ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra mənzilin boşaldılaraq banka təhvil verilməsi" hissəsinə münasibət bildirərək qeyd etmək istəyir ki, tələb həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından da göründüyü kimi, ipoteka predmeti olan əmlak məhz kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ünvan 1 ünvanında yerləşən mənzil boşaldılmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh1 88607,25 (səksən səkkiz min altı yüz yeddi manat 25 qəpik) manat əsas borc, 20921,14 (iyirmi min doqquz yüz iyirmi bir manat 14 qəpik) manat faiz borcu olmaqla, cəmi 109528,39 (bir yüz doqquz min beş yüz iyirmi səkkiz manat 39 qəpik) manat kredit borcu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldilməli, ipoteka predmeti 140000 (yüz qırx min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ödənilməli, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ünvan 1 ünvanında yerləşən mənzil boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddiaçı tərəfindən 30 (otuz) manat məhkəmə üçün və 40 (qırx) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 88607,25 (səksən səkkiz min altı yüz yeddi manat 25 qəpik) manat əsas borc, 20921,14 (iyirmi min doqquz yüz iyirmi bir manat 14 qəpik) manat faiz borcu olmaqla, cəmi 109528,39 (bir yüz doqquz min beş yüz iyirmi səkkiz manat 39 qəpik) manat kredit borcu, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınmasına dair ödənilmiş 40 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldilsin, ipoteka predmeti 140000 (yüz qırx min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ödənilsin. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılsın. İpoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ünvan 1 ünvanında yerləşən mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-295/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-295/2022
08.02.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver