Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-299/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 14.06.2019-cu il, 12.08.2019-cu il, 06.04.2019-cu il, 06.04.2019-cu il, 25.06.2019-cu il, 12.08.2019-cu il İMEİ kod **********10791 “Samsung Galaxy A20” markalı telefon, qoruyucu şüşə, “Samsung Led” markalı televizor, “Remington” markalı Fen ütü, İMEİ kod **********19886 “Samsung Galaxy J6” markalı telefon, İMEİ kod **********06573 “Samsung Galaxy A20” markalı telefon, qoruyucu örtük, qoruyucu şüşə, “Samsung” markalı qulaqlıq, “Philips” markalı tozsoran almış və nəticədə 2308 (iki min üç yüz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 (altı yüz) manat (12 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********10791 “Samsung Galaxy A20” markalı telefon, qoruyucu şüşə üçün ümumilikdə 588 (beş yüz səksən səkkiz) manat olmaqla ondan 453 (dörd yüz əlli üç manat ödənilməmiş hissə, (0.50 manat x 270 gün), 135 (yüz otuz beş) manat dəbbə pulu, 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 748 (yeddi yüz qırx səkkiz) manat (11 ay x 68 manat + 0 manat ilkin ödəniş) olan “Samsung Led” markalı televizor üçün ümumilikdə 931 (doqquz yüz otuz bir) manat olmaqla ondan 748 (yeddi yüz qırx səkkiz) manat öənilməmiş hissə, (0.68 manat x 270 gün), 183 (yüz səksən üç) manat dəbbə pulu, 06.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 88 (səksən səkkiz) manat (11 ay x 8 manat + 0 manat ilkin ödəniş) olan “Remington” markalı Fen ütü üçün ümumilikdə 62 (altmış iki) manat olmaqla ondan 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, (0.08 x 180 gün) 14 (on dörd) manat dəbbə pulu, 06.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 447 (dörd yüz qırx yeddi) manat (6 ay x 73 manat + 9 manat ilkin ödəniş) olan İMEİ kod **********19886 “Samsung Galaxy J6” markalı telefon üçün ümumilikdə 94 (doxsan dörd) manat olmaqla ondan 73 (yetmiş üç) manat ödənilməmiş hissə (0.73 x 30 gün) 21 (iyirmi bir) manat dəbbə pulu hesablanmışdır. 25.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 496 (dörd yüz doxsan altı) manat (6 ay x 36 manat + 280 manat ilkin ödəniş) olan İMEİ kod **********06573 “Samsung Galaxy A20” markalı telefon, qoruyucu örtük, qoruyucu şüşə, üçün ümumilikdə 187 (yüz səksən yeddi) manat olmaqla ondan 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə (0.36 x 170 gün) 43 (qırx üç) manat dəbbə pulu hesablanmışdır. 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat (11 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” markalı qulaqlıq, “Philips” markalı tozsoran üçün ümumilikdə 446 (dörd yüz qırx altı) manat olmaqla ondan 360 (üç yüz altmış) manat ödənilməmiş hissə (0.36 x 240 gün) 86 (səksən altı) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 949 manat təşkil edir. Qeyd olunanlara əsasən 14.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********10791 “Samsung Galaxy A20” markalı telefon, qoruyucu şüşə üçün 453 (dörd yüz əlli üç) manat öənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə pulu, 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən, “Samsung Led” markalı televizor üçün 748 (yeddi yüz qırx səkkiz) manat öənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə pulu, 06.04.2019-cu il tarixli müqaviləsinə əsasən, “Remington” markalı Fen ütü üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 14 (on dörd) manat dəbbə pulu, 06.04.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********19886 “Samsung Galaxy J6” markalı telefon üçün 73 (yetmiş üç) manat ödənilməmiş hissə 21 (iyirmi bir) manat dəbbə pulu, 25.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********06573 “Samsung Galaxy A20” markalı telefon, qoruyucu örtük, qoruyucu şüşə, üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə 43 (qırx üç) manat dəbbə pulu, 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən “Samsung” markalı qulaqlıq, “Philips” markalı tozsoran üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə 86 (səksən altı) manat dəbbə pulu, ümumilikdə 2308 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2338 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə işə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 14.06.2019-cu il tarixli 00723202 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********10791 “Samsung Galaxy A20” markalı telefon və qoruyucu şüşə verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.06.2019-cu il tarixli 00723202 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 15-dən gec olmayaraq 12 ay müddətinə 50 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş “xxxx” MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 14.06.2019-cu il tarixli 00723202 nömrəli kredit müqaviləsi üzrə 453 manat ödənilməmiş hissə, 135 manat cərimə, cəmi 588 manat borcu vardır. İş materiallarında olan 12.08.2019-cu il tarixli 00842100 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Samsung Led” markalı televizor verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.08.2019-cu il tarixli 00842100 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 15-dən gec olmayaraq 11 ay müddətinə 68 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş “xxxx” MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 12.08.2019-cu il tarixli 00842100 nömrəli kredit müqaviləsi üzrə 748 manat ödənilməmiş hissə, 183 manat cərimə, cəmi 931 manat borcu vardır. İş materiallarında olan 06.04.2019-cu il tarixli 00600694 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Remington” markalı Fen ütü verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.04.2019-cu il tarixli 00600694 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 10-dan gec olmayaraq 11 ay müddətinə 8 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş “xxxx” MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 06.04.2019-cu il tarixli 00600694 nömrəli kredit müqaviləsi üzrə 48 manat ödənilməmiş hissə, 14 manat cərimə, cəmi 62 manat borcu vardır. İş materiallarında olan 06.04.2019-cu il tarixli 00600667 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********19886 “Samsung Galaxy J6” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.04.2019-cu il tarixli 00600667 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 10-dan gec olmayaraq 06 ay müddətinə 73 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş “xxxx” MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 06.04.2019-cu il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 73 manat ödənilməmiş hissə, 21 manat cərimə, cəmi 94 manat borcu vardır. İş materiallarında olan 25.06.2019-cu il tarixli 00743348 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********06573 “Samsung Galaxy A20” markalı telefon, qoruyucu örtük, qoruyucu şüşə verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.06.2019-cu il tarixli 00743348 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 23-dən gec olmayaraq 06 ay müddətinə 36 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş “xxxx” MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 25.06.2019-cu il tarixli 00743348 nömrəli kredit müqaviləsi üzrə 144 manat ödənilməmiş hissə, 43 manat cərimə, cəmi 187 manat borcu vardır. İş materiallarında olan 12.08.2019-cu il tarixli 00842141 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Samsung” markalı qulaqlıq, “Philips” markalı tozsoran verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.08.2019-cu il tarixli 00842141 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 15-dən gec olmayaraq 11 ay müddətinə 36 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş “xxxx” MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 12.08.2019-cu il tarixli 00842141 nömrəli kredit müqaviləsi üzrə 360 manat ödənilməmiş hissə, 86 manat cərimə, cəmi 446 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC tərəfindən Cavabdeh göndərilmiş 06.01.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə 3 gün müddətində “xxxx” MMC ilə razılığa gəlməsi barədə xəbərdar olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 29.05.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14.06.2019-cu il, 12.08.2019-cu il, 06.04.2019-cu il, 06.04.2019-cu il, 25.06.2019-cu il, 12.08.2019-cu il tarixli alq-satqı müqvilələrinə əsasən İMEİ kodu **********10791 olan “Samsung Galaxy A20” markalı telefon, qoruyucu şüşə, “Samsung Led” markalı televizor, “Remington” markalı Fen ütü, İMEİ kodu **********19886 olan “Samsung Galaxy J6” markalı telefon, İMEİ kodu **********06573 olan “Samsung Galaxy A20” markalı telefon, qoruyucu örtük, qoruyucu şüşə, “Samsung” markalı qulaqlıq, “Philips” markalı tozsoran almış və nəticədə 2308 (iki min üç yüz səkkiz) manat borc yaranmışdır.Lakin Cavabdeh müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəmədə mülki işin baxılması üçün cəmiyyət tərəfindən 30 manat dövlət rüsumu banka ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14.06.2019-cu il tarixli müqavilə üzrə 453 manat əsas, 135 manat dəbbə borcu, 12.08.2019-cu il tarixli müqavilə üzrə 748 manat əsas, 183 manat dəbbə borcu, 06.04.2019-cu il tarixli müqavilə üzrə 48 manat əsas, 14 manat cərimə borcu, 06.04.2019-cu il tarixli müqavilə üzrə 73 manat əsas, 21 manat cərimə borcu, 25.06.2019-cu il tarixli müqavilə üzrə 144 manat əsas, 43 manat cərimə borcu, 12.08.2019-cu il tarixli müqavilə üzrə 360 manat əsas, 86 manat cərimə borcu, və 30 manat dövlət rusumu, cəmi 2338 manat borc “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 14.06.2019-cu il tarixli müqavilə üzrə 453 manat əsas, 135 manat dəbbə pulu, 12.08.2019-cu il tarixli müqavilə üzrə 748 manat əsas, 183 manat dəbbə pulu, 06.04.2019-cu il tarixli müqavilə üzrə 48 manat əsas, 14 manat dəbbə pulu, 06.04.2019-cu il tarixli müqavilə üzrə 73 manat əsas, 21 manat dəbbə pulu, 25.06.2019-cu il tarixli müqavilə üzrə 144 manat əsas, 43 manat dəbbə pulu, 12.08.2019-cu il tarixli müqavilə üzrə 360 manat əsas, 86 manat dəbbə pulu, və 30 manat dövlət rusumu, cəmi 2338 manat “xxxx” MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-299/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-299/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver