Məhkəmə qərarları › İş №2(007)-304/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-304/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-304/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.02.2018-ci il tarixli müqaviləyə əsasən, 07.02.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********88742 Samsung J2 markalı telefon, Mİ markalı Power Bank üçün 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə, 11.04.2019-cu il tarixli müqaviləyə əsasən, Dnepr markalı qonaq desti, VENETSİYA FS-5, Loft - Genc - Çarpayı DOSHEK URETAN, Kika - Gənc - Çarpayı, Zeta - Yumsaq - Kunc, Pufık - Yumsaq, Balis - Yumsaq mebel dəsti üçün 5332 (beş min üç yüz otuz iki) manat ödənilməmiş hissə, 811 (səkkiz yüz on bir) manat dəbbə, 10.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********72232 iPhone X markalı telefon üçün üçün 1067 (min altmış yeddi) manat ödənilməmiş hissə, 333 (üç yüz otuz üç) manat dəbbə, ümumilikdə 7675 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7705 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə 07.02.2018-ci il, 11.04.2019-cu il, 10.07.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ kod **********88742 Samsung J2 markalı telefon, Mİ markalı Power Bank, Dnepr markalı qonaq desti, VENETSİYA FS-5, Loft - Genc – Çarpayı DOSHEK URETAN, Kika - Gənc - Çarpayı, Zeta - Yumsaq - Kunc, Pufık – Yumsaq Balis - Yumsaq mebel dəsti, İMEİ kod **********72232 iPhone X markalı telefon almış və nəticədə 7675 (yeddi min altı yüz yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.02.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 564 (beş yüz altmış dörd) manat (20 ay x 28 manat + 4 manat ilkin ödəniş) olan İMEİ kod **********88742 Samsung J2 markalı telefon, Mİ markalı Power Bank üçün ümumilikdə, 132 (yüz otuz iki) manat olmaqla, ondan 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, (0,28 manat x 120 gün) 33 (otuz üç) manat dəbbə, 11.04.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5658 (beş min altı yüz əlli səkkiz) manat (23 ay x 246 manat + 0 manat ilkin ödəniş) olan Dnepr markalı qonaq desti, VENETSİYA FS-5, Loft - Genc - Çarpayı DOSHEK URETAN, Kika - Gənc - Çarpayı, Zeta - Yumsaq - Kunc, Pufık - Yumsaq, Balis - Yumsaq mebel dəsti üçün ümumilikdə 6143 (altı min yüz qırx üç) manat olmaqla ondan, 5332 (beş min üç yüz otuz iki) manat ödənilməmiş hissə, (2,46 manat x 330 gün) 811 (səkkiz yüz on bir) manat dəbbə, 10.07.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3276 (üç min iki yüz yetmiş altı) manat (15 ay x 185 manat + 501 manat ilkin ödəniş) olan İMEİ kod **********72232 iPhone X markalı telefon üçün üçün ümumilikdə 1400 (min dörd yüz) manat olmaqla, ondan 1067 (min altmış yeddi) manat ödənilməmiş hissə (1,85 x 180 gün) 333 (üç yüz otuz üç) manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 3000 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayədəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh 03 iyun 2020-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlinin surətindən görünür ki, Cavabdeh 07.02.2018-ci il tarixli İMEİ kodu **********88742 olan Samsung J2 markalı telefona, Mİ markalı Power Banka görə ümumilikdə 132 manat, 11.04.2019-cu il tarixli Dnepr markalı qonaq desti, VENETSİYA FS-5, Loft - Genc - Çarpayı DOSHEK URETAN, Kika - Gənc - Çarpayı, Zeta - Yumsaq - Kunc, Pufık - Yumsaq, Balis - Yumsaq mebel dəstinə görə ümumilikdə 6143 manat, 10.07.2018-ci il tarixli İMEİ kodu **********72232 olan iPhone X markalı telefona görə ümumilikdə 1400 manat, cəmi 7675 manat ödənilməmiş borcu vardır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 07.02.2018-ci il tarixli 00039777 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 4 manat ilkin ödənişlə 564 manat məbləğində İMEİ kodu **********88742 olan Samsung J2 markalı telefon, Mİ markalı Power Bank əldə etmiş və həmin məbləği aylıq 28 manat olmaqla 20 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 10.07.2018-ci il tarixli 00208809 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 501 manat ilkin ödənişlə 3276 manat məbləğində İMEİ kodu **********72232 olan iPhone X markalı telefon əldə etmiş və həmin məbləği aylıq 185 manat olmaqla 15 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 11.04.2019-cu il tarixli 00609424 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 5658 manat məbləğində Dnepr markalı qonaq desti, VENETSİYA FS-5, Loft - Genc - Çarpayı DOSHEK URETAN, Kika - Gənc - Çarpayı, Zeta - Yumsaq - Kunc, Pufık - Yumsaq, Balis - Yumsaq mebel dəsti əldə etmiş və həmin məbləği aylıq 246 manat olmaqla 23 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 07.02.2018-ci il, 10.07.2018-ci il və 11.04.2019-cu il tarixli bildirişlərdən görünür ki, uyğun olaraq 07.02.2018-ci il, 10.07.2018-ci il və 11.04.2019-cu il tarixində bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilələrdə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilələrin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilələrin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00039777 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********88742 olan Samsung J2 markalı telefonu, Mİ markalı Power Bankı tam qüsursuz halda təhvil almışdır. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00609424 nömrəli müqaviləyə əsasən Dnepr markalı qonaq desti, VENETSİYA FS-5, Loft - Genc - Çarpayı DOSHEK URETAN, Kika - Gənc - Çarpayı, Zeta - Yumsaq - Kunc, Pufık - Yumsaq, Balis - Yumsaq mebel dəstini tam qüsursuz halda təhvil almışdır. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00208809 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********72232 olan iPhone X markalı telefonu tam qüsursuz halda təhvil almışdır. - İddiaçı MMC-nin 11.09.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh qısa müddətdə borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 02.06.2020-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 07.02.2018-ci il, 10.07.2018-ci il və 11.04.2019-cu il tarixli müqavilələr bağlanmışdır. 07.02.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 564 manat məbləğində İMEİ kodu **********88742 olan Samsung J2 markalı mobil telefonu, Mİ markalı Power Bank 4 manat ilkin ödəniş, aylıq ödənişi 28 manat olmaqla, 20 ay müddətinə ödəmək şərti ilə almışdır. 10.07.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 3276 manat məbləğində İMEİ kodu **********72232 olan iPhone X markalı telefonu 501 manat ilkin ödənişlə, aylıq ödənişi 185 manat olmaqla, 15 ay müddətinə ödəmək şərti ilə almışdır. 11.04.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 5658 manat məbləğində Dnepr markalı qonaq desti, VENETSİYA FS-5, Loft - Genc - Çarpayı DOSHEK URETAN, Kika - Gənc - Çarpayı, Zeta - Yumsaq - Kunc, Pufık - Yumsaq, Balis - Yumsaq mebel dəstini ilkin ödənişsiz, aylıq ödənişi 246 manat olmaqla, 23 ay müddətinə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilələrin predmeti olan əşyanı “xxxx” MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliyə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq, hesab edir ki, 07.02.2018-ci il tarixli İMEİ kodu **********88742 olan Samsung J2 markalı telefon, Mİ markalı Power Bank üçün 99 manat miqdarında cərimə pulu 465 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 10.07.2018-ci il tarixli İMEİ kodu **********72232 olan iPhone X markalı telefon üçün 333 manat miqdarında cərimə pulu 1067 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 11.04.2019-cu il tarixli Dnepr markalı qonaq desti, VENETSİYA FS-5, Loft - Genc - Çarpayı DOSHEK URETAN, Kika - Gənc - Çarpayı, Zeta - Yumsaq - Kunc, Pufık - Yumsaq, Balis - Yumsaq mebel dəsti üçün 811 manat miqdarında cərimə pulu 5332 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 07.02.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********88742 olan Samsung J2 markalı telefon, Mi markalı Power Bank üçün 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 11.04.2019-cu il tarixli müqaviləyə əsasən, Dnepr markalı qonaq dəsti, VENETSİYA FS-5, Loft-Genc-Carpayı DOSHEK URETAN, Kika-Gənc-Çarpayı, Zeta- Yumşaq-Kunc, Pufik-Yumsaq, Balis-Yumşaq mebel dəsti üçün 5532 (beş min beş yüz otuz iki) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat cərimə, 10.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72232 olan iPhone X markalı telefon üçün 1067 (min altmış yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, ümumilikdə 6753 manat borc, 26,40 manat ödənilmiş dövlət rüsumu, cəmi 3626 manat Cavabdeh alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilməli, iş üzrə ödənilmiş dövlət rüsumunun 3,60 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07.02.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********88742 olan Samsung J2 markalı telefon, Mi markalı Power Bank üçün 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 11.04.2019-cu il tarixli müqaviləyə əsasən, Dnepr markalı qonaq dəsti, VENETSİYA FS-5, Loft-Genc-Carpayı DOSHEK URETAN, Kika-Gənc- Çarpayı, Zeta-Yumşaq-Kunc, Pufik-Yumsaq, Balis-Yumşaq mebel dəsti üçün 5532 (beş min beş yüz otuz iki) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat cərimə, 10.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72232 olan iPhone X markalı telefon üçün 1067 (min altmış yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, ümumilikdə 6753 manat borc, 26,40 manat ödənilmiş dövlət rüsumu, cəmi 3626 manat Cavabdeh alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 3,60 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar