Məhkəmə qərarları › İş №2(007)-3685/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3685/2021

01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3685/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Yevgeniyeviçin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Yevgeniyeviç maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı şəxsin vəfat etmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni onunla əsaslandırdı ki,hüquqlarını müdafiə etdiyi şəxsin atası X3 12 may 2020-ci il tarixdə vəfat edib. Bundan sonra iddiaçının atasının ölümünün X1 dövlət qeydiyyatına aldırmaq üçün mərhumun qeydiyyatda olduğu ünvan üzrə M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasına və həmçinin Səhiyyə Nazirliyinə müraciət edərək “Ölüm haqqında tibbi şəhadətnamə" tələb etmişlər. Həmin tibb müəssisəsi və nazirlik şəhadətnamənin verilməsindən imtina edib. Bakı İnzibati Məhkəməsinə iddia ilə müraciət etmişlər, lakin iddia rədd olundu. Bu səbəbdən onun ölüm faktının müəyyən edilməsi üçün bu məhkəməyə müraciət elməli oldu. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Burada ölüm faktı əsas olduğu və ölümü təsdiq edən faktın “Ölüm haqqında tibbi şəhadətnamə" olduğuna görə mərhum şəxsin mülkiyyətində olan əmlakı miras olaraq bölüşdürülməsi üçün əsasdır. İddiaçının atası X2 xüsusi mülkiyyətində ünvan 1 ünvanında olan 191 nömrəli mənzil vardır. Həmin daşınmaz əmlaka mirasın açılması və bölünməsi üçün iddiaçının atası X2 ölüm faktı təsdiqlənməlidir. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması və X212 may 2020-ci il tarixdə Bakı Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Suraxanı Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsindəki 75 saylı evin 72 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.Atası X3,anası X5. Təcili və təxirəsalınmaz X4 12.05.2020-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsindəki 75 saylı evin 72 saylı mənzilindən X2,adına 12:05-də çağırış daxil olmuş,həkim gəldikdə mənzildə kişi cinsli meyid aşkar edilmişdir. Bakı Şəhəri Yasamal Bələdiyyəsindən verilmiş 08 sentyabr l 2021-ci il tarixli arayışdan görünür ki, X3 13.05.2020-ci il tarixdə Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında oğlu Ərizəçi tərəfindən dəfn olunmuşdur. 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsindən ərizəçiyə ünvanlanmış 07.07.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,ərizəçinin ölüm faktı barədə şəhadətnamə verilməsinə dair xahişindən imtina olunmuş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, X2 12.05.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi Ərizəçi atasının ölümü haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.07.1957-ci il tarixdə anadan olmuş X2 12.05.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar