Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3699/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2020-ci il tarixli müqaviləyə əsasən əsasən, ona satdığı “Plantronics BT” markalı qulaqlıq üçün 38,2 manat ödənilməmiş hissə, 3,8 manat cərimə borcu, 14 sentyabr 2020-ci il tarixli müqavilə üzrə “Panasonic” Epilyator, “Trimmer” və “Huawei” səsucaldıcıya görə 210,40 manat ödənilməmiş hissə, 21,6 manat cərimə borcu, olmaqla ümumi 274 manat dəyərində borcun və 20 manat ödənilmiş dövlət rüsumun, cəmi 294 manat məbləğində vəsaitin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 10 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 58.2 manat ( 06 ay x 9.7 manat + 0 manat ilkin ödəniş) olan 1 ədəd “Plantronics BT” markalı qulaqlıq üçün ümumilikdə 42 manat olmaqla, ondan 38,2 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olaraq 3,8 manat cərimə pulu borcu yaranmışdır. Bundan əlavə 14 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300,4 manat (3 ay x 96.8 manat + 10 manat ilkin ödəniş) olan 1 ədəd “Panasonic” markalı Epilyator və “Trimmer” və “Huawei” səsucaldıcı üçün ümumilikdə 232 manat olmaqla, ondan 210,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 21.6 manat cərimə borcu yaranmışdır.Hər iki müqavilə üzrə, cavabdeh ona 110 manat məbləğində ödəmə etmiş və 248,6 manat ödənilməmiş əsas borcu qalmışdır. Beləliklə, iki müqavilə üzrə cavabdehin ona 248,6 manat əsas borcu və 25,4 manat cərimə olmaqla, cəmi 274 manat borcu qalmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 21064212 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 58.2 manat olan “Plantronics BT” markalı qulaqlıq satılmışdır. Eləcə də, işə əlavə olunmuş 14 sentyabr 2020-ci il tarixli, 21168314 nömrəli müqavilədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 300.4 manat olan bir ədəd “Panasonic” markalı Epilyator, “Trimmer” və “Huawei” səsucaldıcı satılmışdır. Hər iki müqavilələr üzrə Cavabdeh həmin müqavilələrə əlavə olunmuş ödəniş cədvəllərində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 10 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 avqust 2020-ci il tarixli 21064212 nömrəli müqavilə üzrə əsas borcu 38.2 manat, cərimə borcu 3.8 manat olmaqla, cəmi 42 manat borcu qalmışdır.Eləcə də, 14 sentyabr 2020-ci il tarixli 21168314 nömrəli müqavilə üzrə əsas borcu 210.4 manat, cərimə borcu 21.6 manat olmaqla, cəmi 232 manat borcu qalmışdır. Beləliklə hər iki müqavilələr üzrə Cavabdeh MMC-yə cəmi 274 manat məbləğində borcu qalmışdır. İşə əlavə olunmuş 11 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 10 avqust 2020-ci il tarixli 21064212 nömrəli və 14 sentyabr 2020-ci il tarixli 21168314 nömrəli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 10 avqust 2020-ci il tarixli 21064212 nömrəli müqavilə üzrə 38,2 manat ödənilməmiş hissə, 3,8 manat cərimə borcu, 14 sentyabr 2020-ci il tarixli 21168314 nömrəli müqavilə üzrə 210,40 manat ödənilməmiş hissə, 21,6 manat cərimə borcu olmaqla ümumilikdə 274 manat və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3699/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3699/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver