Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3700/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh Nazı̇ m qızının iştrakı ilə, İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, Cavabdeh Nazım qızının Bakı şəhəri, Nizamı rayonu, Nəsimi küçəsi, ev 33, mənzil 14-dən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh isə onun qızıdır. 18.11.2018-ci ildə qızı Kəmalə ailə qurmuşdur və sonra həyat yoldaşının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ŞTQ, 1-ci mədən, ev 32f-ə gəlin köçmüşdür. Artıq qızı 3 ildir ki, iddiaçının şəxsi mülkiyyətində olan mənzildə yaşamır. Cavabdehin İddiaçı mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Nazı̇ m qızı məhkəməyə ərizə verərək, İddiaçı ona qarşı Bakı şəhəri, Nizamı rayonu, Nəsimi küçəsi, ev 33, mənzil 14-dən istifadə hüququnun itirilməsi barədə qaldırdığı iddianı qəbul etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM 004596 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Nəsimi küçəsi, ev 33, mənzil 14 İddiaçı adına 30 iyun 1999-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarıdan olan MKTB-nin 141 saylı İstismar sahəsi tərəfindən verilmiş 521 nömrəli, 02 avqust 2020-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Nəsimi küçəsi, ev 33, mənzil 14 İddiaçı məxsudur. Həmin mənzildə İddiaçı, Cavabdeh Nazı̇ m qızı və X1 daimi qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizamı rayonu, Nəsimi küçəsi, ev 33, mənzil 14 İddiaçı xüsusi mülkiyyətindədir. O, və qızı Cavabdeh Nazı̇ m qızı həmin mənzildə qeydiyyatdadır. Hazırda İddiaçı cavabdehin, yəni qızı Cavabdeh Nazı̇ m qızının həmin mənzildən istifadə hüququ itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh Nazı̇ m qızı məhkəməyə ərizə ünvanlayaraq, onun ünvan 2larının itirilməsini xahiş etmişdir. Məhkəmə MPM-in yuxarıda qeyd olunan tələblərindən çıxış edərək qeyd edir ki, hazırki halda iddia tələbi cavabdeh tərəfindən etiraf olunmuşdur. Həmin etiraf məhkəmə tərəfindən qəbul edilir. Məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi təmin edilməli, Cavabdeh Nazı̇ m qızının ünvan 2ları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Məhkəmə qeyd edir ki, qətnamə Cavabdeh Nazı̇ m qızının sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Nazı̇ m qızının Bakı şəhəri, Nizamı rayonu, Nəsimi küçəsi, ev 33, mənzil 14-ə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Nazı̇ m qızının Bakı şəhəri, Nizamı rayonu, Nəsimi küçəsi, ev 33, mənzil 14-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddiaçı tərəfindən iddia verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3700/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3700/2021
07.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver