Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3772/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh X9 iştirakı ilə, İddiaçı X2 cavabdeh X12 qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı X10 cavabdeh X23 oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdehlə 30 noyabr 2003-cü ildə nikaha daxil olmuşdur.Həmin nikahdan 16 dekabr 2006-cı il təvəllüdlü X3 və 22 fevral 2012-ci il təvəllüdlü X11 dünyaya gəliblər. Hal-hazırda ailə münasibətləri pisləşsə də rəsmi nikahlsrı pozulmayıb. O cavabdehlə ayrı ayrı ünvanlarda yaşayır.Birgə təsərrüfat aparmırlar övladları onun yanındadır. Cavabdeh uşaqların saxlanılması üçün hər hansı bir köməklik göstərmədiyi üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən cavabdehlə birgə nikahdan doğulmuş 16 dekabr 2006-cı il təvəllüdlü X1 və 22 fevral 2012-ci il təvəllüdlü X18 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat,cəmi 350 manat alimentin cavabdehdən onun xeyrinə alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X15 izahat verərək göstərdi ki, övladlarına gücü çatdığı qədər baxır, onlara maddi yardım göstərir. Uşaqların saxlanılması üçün hər ay 150 manat aliment ödəmək imkanı vardır.Ona görə də, xahiş edir ki, iddia qismən təmin edilsin. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 077805 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Quliyeva Ceyran Oktay qızı arasında nikah 30 noyabr 2003-cü il tarixdə bağlanmış və bu barədə 2822 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Quliyeva Ceyran “Abıyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 877953 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 16 dekabr 2006-cı il təvəllüdlü X3 anadan olmuşdur. X4,anası Abıyeva Ceyran Oktay qızıdır. İş materiallarında olan AZ-İİ seriyalı 836147 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 22 fevral 2012-ci il təvəllüdlü X13 anadan olmuşdur. X5,anası Abıyeva Ceyran Oktay qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 02.09 2021-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X8 02 sentyabr 2021-ci il tarixdən başlayaraq 16 dekabr 2006-cı il təvəllüdlü X1 və 22 fevral 2012-ci il təvəllüdlü X18 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat olmaqla cəmi 350 manat aliment Abıyeva Ceyran Oktay qızının xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X8 02 sentyabr 2021-ci il tarixdən başlayaraq 16 dekabr 2006-cı il təvəllüdlü X1 və 22 fevral 2012-ci il təvəllüdlü X18 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat olmaqla cəmi 350 manat aliment Abıyeva Ceyran Oktay qızının xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3772/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3772/2021
01.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver